/ / Şərur rayonunda “Zərifə xanım Əliyeva və elmə, vətənə həsr edilmiş zərif ömür” adlı tədbir keçirilib
Şərur rayonunda “Zərifə xanım Əliyeva və elmə, vətənə həsr edilmiş zərif ömür” adlı tədbir keçirilib
15.04.2026 [12:35]
15.04.2026-cı il tarixində YAP Şərur rayon təşkilatı Akademik Zərifə xanım Əliyevanın Anım günü nünasibəti ilə “Zərifə xanım Əliyeva və elmə, vətənə həsr edilmiş zərif ömür ” adlı tədbir keçirmişdir.
Tədbirdə İlk öncə Ulu Öndər Heydər Əliyevin, Şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilir. Sonra YAP Şərur rayon təşkilatının sədr müavini Adil Əhmədov tədbiri açıq elan etmiş və məruzə edərək bildirmişdir ki,Zərifə xanım Əliyeva Azərbaycan tibb elminin inkişafında mühüm rol oynamış görkəmli alim və pedaqoqlardan biri kimi xüsusilə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutundakı fəaliyyəti ilə seçilmişdir. Onun bu institutdakı işi həm elmi, həm də praktiki səhiyyə sahəsində böyük əhəmiyyət kəsb etmişdir.Zərifə xanım uzun illər bu nüfuzlu təhsil ocağında çalışaraq həkim kadrlarının hazırlanmasına və onların peşəkar səviyyəsinin yüksəldilməsinə mühüm töhfələr vermişdir. O, oftalmologiya sahəsində ixtisaslaşmış həkimlərin təkmilləşdirilməsi istiqamətində müasir metodların tətbiqinə xüsusi diqqət yetirirdi. Onun təşəbbüsü ilə tədris prosesinə yeni yanaşmalar gətirilmiş, nəzəri biliklərlə yanaşı, praktik bacarıqların artırılması əsas prioritetə çevrilmişdir. Bu yanaşma sayəsində institutda təhsil alan həkimlər yalnız bilik baxımından deyil, həm də praktik fəaliyyət baxımından daha hazırlıqlı mütəxəssislər kimi formalaşırdılar.
Zərifə Əliyevanın institutdakı fəaliyyətinin əsas istiqamətlərindən biri də elmi tədqiqatların genişləndirilməsi olmuşdur. O, göz xəstəliklərinin, xüsusilə də peşə ilə bağlı yaranan görmə problemlərinin araşdırılması sahəsində dərin tədqiqatlar aparmışdır. Kimya sənayesində çalışan insanların görmə orqanlarında baş verən dəyişiklikləri öyrənərək bu sahədə mühüm elmi nəticələr əldə etmişdir. Bu tədqiqatlar yalnız Azərbaycan üçün deyil, beynəlxalq səviyyədə də diqqət çəkmiş, onun elmi nüfuzunu daha da artırmışdır. O, oftalmologiya sahəsində əldə etdiyi nəticələri müxtəlif elmi konfranslarda təqdim edir, beynəlxalq elmi ictimaiyyətlə sıx əlaqələr qururdu.
Onun rəhbərliyi altında institutda bir çox gənc alimlər yetişmiş, aspirantlar və doktorantlar elmi fəaliyyətə cəlb olunmuşdur. Zərifə xanım tələbələrinə və həmkarlarına qarşı tələbkar, eyni zamanda qayğıkeş münasibəti ilə seçilirdi. O, yalnız bilik ötürən müəllim deyil, həm də məsuliyyət hissini aşılayan peşəkar həkim idi. Onun yetişdirdiyi mütəxəssislər sonradan Azərbaycanın müxtəlif bölgələrində və xaricdə uğurla fəaliyyət göstərərək onun məktəbinin davamçılarına çevrilmişlər.
Sonra Tədbirdə Naxçıvan MR Ali Məclisinin deputatı Sevinc Həsənova, Püsyan kənd Kitabxana filialının kitabxanaçısı Səmannaz Əbilova, Düdəngə kənd tam orta məktəbinin psixoloqu Ruqiyyə Musayeva və partiya fəalı Şəhla Cəfərova məruzə ətrafında çıxış etmişlər.Sonda tədbirə yekun vurulmuşdur.
Xəbər lenti
Hamısına baxDünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10

