Nur saçan ömür yolu
15.04.2026 [12:17]
İlqar İlyasov
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri
Azərbaycan tibb elminin parlaq siması, görkəmli alim-oftalmoloq, akademik Zərifə Əliyevanın əziz xatirəsi hər il aprelin 15-də xalqımız tərəfindən dərin ehtiramla yad olunur. Zərifə xanımın Azərbaycan səhiyyəsinə həsr etdiyi ömür yolu onu yalnız böyük alim kimi deyil, həm də yüksək mənəvi dəyərlərə malik kamil insan kimi yaddaşlara həkk etmişdir. Onun həyatı Azərbaycan ziyalısının ən mükəmməl obrazlarından biridir.
Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım eyni zamanda müasir Azərbaycan dövlətçiliyinin formalaşması prosesində dahi rəhbərin ən sadiq dayaqlarından biri olmuşdur. Ümummilli Lider Zərifə xanım haqqında deyirdi: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb…”
Zərifə Əliyevanın elmi fəaliyyəti Azərbaycan tibb tarixində yeni bir mərhələnin əsasını qoymuşdur. O, fəaliyyətinin ilk illərindən etibarən özünü xalqın sağlamlığına həsr etmiş, xüsusilə ölkədə geniş yayılmış Traxoma ilə mübarizədə mühüm xidmətlər göstərmişdir. Onun bu sahədə apardığı tədqiqatlar və tətbiq etdiyi müalicə üsulları qısa müddətdə respublika üzrə geniş yayılmış və yüksək nəticələr vermişdir. Bu xidmətlərinə görə o, oftalmologiya sahəsində nüfuzlu mükafatlardan biri olan M.İ.Averbax adına mükafata layiq görülən ilk azərbaycanlı qadın alim kimi tarixə düşmüşdür.
Akademikin elmi maraqları yalnız bununla məhdudlaşmırdı. O, Qlaukoma xəstəliyinin öyrənilməsi, görmə orqanının funksional vəziyyətinin tədqiqi sahəsində də mühüm elmi nəticələr əldə etmişdir. Onun rəhbərliyi ilə aparılan tədqiqatlar sənaye sahəsində çalışan insanların görmə qabiliyyətinin qorunmasına və peşə xəstəliklərinin qarşısının alınmasına yönəlmişdi. Bu istiqamətdə əldə olunan nailiyyətlər Azərbaycanda oftalmologiya elminin inkişafına ciddi təkan vermişdir.
1967-ci ildə Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdur. Bu dövrdə onun pedaqoji fəaliyyəti xüsusi diqqət çəkmiş, yüzlərlə gənc həkimin yetişməsində mühüm rol oynamışdır. Onun elmi fəaliyyəti ilə yanaşı, ictimai və xeyriyyəçilik fəaliyyəti də yüksək qiymətləndirilmişdir. Kimsəsiz uşaqlara qayğı göstərmək, ehtiyacı olanlara yardım etmək onun həyat prinsipinə çevrilmişdi.
Onun etik və mənəvi dəyərlərə baxışı “Yüksək etimad” adlı əsərində öz əksini tapmışdır. Bu kitab tibbi etikanın, həkim–xəstə münasibətlərinin və humanizmin təbliği baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi onun adını layiqincə yaşadaraq insanların gözlərinə nur bəxş etməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev anası haqqında xatirələrini bölüşərkən onların həyat yolunun çətin, lakin dərin məhəbbət və sədaqət üzərində qurulduğunu xüsusi vurğulamışdır.
Akademik Zərifə Əliyevanın 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd edilmiş, onun zəngin irsinin gənc nəsillərə çatdırılması istiqamətində mühüm addımlar atılmışdır. Bu gün də onun adı Azərbaycan elminin, səhiyyəsinin və yüksək mənəvi dəyərlərin simvolu kimi yaşayır.
Zərifə xanım Əliyeva öz həyat yolu ilə bir daha sübut etdi ki, böyük alim olmaq üçün ilk növbədə böyük ürəyə sahib olmaq lazımdır. Onun nurlu ömür yolu gələcək nəsillər üçün əbədi bir örnəkdir.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

