Azərbaycan tibb elminin inkişafında silinməz iz qoymuş görkəmli alim
14.04.2026 [11:40]
Toğrul Zeynalov
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Zərifə Əliyeva Azərbaycan tibb elminin inkişafında silinməz iz qoymuş görkəmli alim, peşəkar həkim və yüksək mənəvi dəyərlərə malik şəxsiyyət kimi tarixə düşmüşdür. Onun çoxşaxəli elmi fəaliyyəti xüsusilə oftalmologiya sahəsinin inkişafına mühüm töhfələr vermiş, bu sahədə yeni elmi istiqamətlərin formalaşmasına zəmin yaratmışdır. Akademik Zərifə xanım Əliyeva görmə orqanlarının peşə patologiyalarının öyrənilməsi sahəsində apardığı fundamental tədqiqatlarla geniş şöhrət qazanmış, kimya və sənaye müəssisələrində çalışan insanların göz sağlamlığı problemlərini sistemli şəkildə araşdırmışdır. Onun irəli sürdüyü elmi müddəalar və praktik yanaşmalar səhiyyə sistemində geniş tətbiq olunmuş, alim-oftalmoloq Zərifə xanım Əliyevanın müalicə metodu bütün respublikada tətbiq edilərək yüksək səmərəlilik nümayiş etdirmişdir. Bu metodların tətbiqi nəticəsində minlərlə insan görmə qabiliyyətini qoruyub saxlamış, peşə ilə bağlı yaranan göz xəstəliklərinin qarşısı vaxtında alınmışdır. Böyük tətbiqi əhəmiyyət kəsb edən tədqiqatların əsas istiqamətləri sırasında istehsalat mühitinin insan sağlamlığına təsiri, zərərli amillərin görmə orqanlarına təsirinin öyrənilməsi, profilaktik tədbirlərin hazırlanması və erkən diaqnostika məsələləri xüsusi yer tutmuşdur. Onun müəllifi olduğu monoqrafiyalar, elmi məqalələr və dərs vəsaitləri Azərbaycanda oftalmologiya elminin inkişafına səbəb olmuş mühüm əsərlər kimi bu gün də aktuallığını qoruyur və müasir tibb mütəxəssisləri üçün əvəzsiz elmi mənbə hesab olunur.
Zərifə xanım Əliyeva yalnız alim kimi deyil, həm də pedaqoq və maarifçi kimi böyük xidmətlər göstərmiş, yüksəkixtisaslı tibbi kadrların hazırlanmasına mühüm töhfələr vermişdir. Onun rəhbərliyi ilə yetişən mütəxəssislər bu gün də ölkənin müxtəlif səhiyyə müəssisələrində uğurla fəaliyyət göstərərək onun elmi irsini yaşadır və inkişaf etdirirlər. Akademik eyni zamanda yüksək humanizm prinsiplərinə sadiqliyi, pasiyentlərinə göstərdiyi həssas münasibət və insanlara olan dərin qayğısı ilə yadda qalmışdır. O, həkimlik peşəsini yalnız bir ixtisas kimi deyil, insanlara xidmət missiyası kimi qəbul etmişdir. Zərifə xanım Əliyevanın fəaliyyəti Azərbaycan səhiyyəsinin inkişaf tarixində xüsusi mərhələ təşkil edir və onun zəngin elmi irsi bu gün də müasir tibbin inkişafına öz töhfəsini verməkdədir. Hər il 15 aprel tarixində akademikin anım günü qeyd olunarkən onun oftalmologiya sahəsində qazandığı mühüm nailiyyətlər, elmi məktəbinin davamlılığı və cəmiyyətə bəxş etdiyi xidmətlər dərin ehtiram və minnətdarlıq hissi ilə yad edilir, onun parlaq xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayır.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

