YAP Ağcabədi rayon təşkilatında partiya veteranları ilə gənclərin görüşü keçirilib
10.04.2026 [13:03]
Aprel ayının 9-də Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatında partiya veteranları ilə gənclərin görüşü təşkil edilib.
Görüşün əvvəlində Azərbaycan Dövlət himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad etdilmişdir.
YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov çıxış edərək, Yeni Azərbaycan Partiyasının müasir Azərbaycanın inkişafında mühüm rol oynadığını qeyd etdi. Partiyanın veteran üzvlərinin dövlətimizin inkişafı yolunda əvəzsiz fəaliyyətləri, verdikləri töhfələrdən, Ümummilli Lider Heydər Əliyev irsinin öyrənilməsi və təbliği işində əvəzsiz rolu barədə ətraflı məlumat verdi.
Görüşdə partiya veteranları Tofiq Zeynalov, Əli Bədəlov, Səfa Zeynalov çıxış edərək, onları gənclərlə görüşə dəvət etdikləri üçün təşkilat rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası sıralarında uzun müddət fəaliyyət göstərdiklərindən qürur duyduqlarını bildirmişlər. Partiya veteranları çıxışlarında Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman ordumuz tərəfindən 30 ildən artıq Erməni işğalında qalmış torpaqlarımızın azad edilməsində gənclərin böyük fədakarlıq göstərdiklərini qeyd etmiş, eyni zamanda gənclərə vətənpərvər olmağı, ərazi bütövlüyünə qovuşmuş ölkəmizin gələcək inkişafı naminə əzmlə çalışmağı, elm və təhsilə önəm verməyi, ictimai işlərdə fəal olmağa, Yeni Azərbaycan Partiyası ətrafında sıx birləşərək, ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda bütün qüvvələrini sərf etməyə səsləmişlər.
Ağcabədi Pedoqoji Kolleci ƏPT-nin sədri Rövşən Bayramov, gənclər adından isə, Xankəndi şəhər 1 nömrəli Körpələr evi-uşaq bağçasının tərbiyəçi müəllimi Asiya Şirinova və Azərbaycan Dövlət Pedoqoji Universitetinin Ağcabədi filialının tələbəsi Susana Süleymanzadə çıxış edərək bildirdilər ki, partiya veteranlarının təcrübəsi, bilikləri və Heydər Əliyev ideyalarına sadiqliyi gənc nəsil üçün örnəkdir və bu dəyərlərin yaşadılmasında onların üzərinə böyük məsuliyyət düşür. Çıxışlarda vurğulandı ki, gənclər partiya veteranlarından nümunə götürərək, onların yolunu davam etdirəcək, Vətənimiz üçün laiqli vətəndaş olmaq üçün səylə çalışacaqlar.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fərqlənən və yubiley yaşı tamam olan bir qrup partiya veteranına, gənc YAP fəalına Fəxri Fərman və hədiyyələr, həmçinin gənc könüllülərə isə Sertifikatlar və hədiyyələr təqdim edildi.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səslənməsi ilə başa çatmışdır.
Sonda tədbir iştirakçıları YAP Ağcabədi rayon təşkilatının inzibati binasının qarşısında xatirə şəkili çəkdirmişlər.
Xəbər lenti
Hamısına baxDünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28

