"İRƏVAN" Xalq Çalğı Alətləri Ansamblının konserti keçirilib
10.04.2026 [12:56]
9 aprel 2026-cı il tarixində Beynəlxalq Muğam Mərkəzində İrəvan Xalq Çalğı Alətləri Ansamblının konserti yüksək bədii ovqat və zəngin musiqi proqramı ilə keçirilib.
Tədbiri açan ansamblın bədii rəhbəri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Maya Qafarova qonaqları salamlayaraq ansamblın yaranma tarixindən bəhs edib. O, bu təşəbbüsə göstərilən dəstəyə görə ilk növbədə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərliyə, həmçinin Qadınlar Şurasının sədri, millət vəkili Məlahət İbrahimqızına təşəkkürünü bildirib. Çıxışında vurğulayıb ki, Qərbi Azərbaycan yalnız coğrafi məkan deyil, zəngin musiqi irsi, dərin mənəvi yaddaşı və əsrlərlə formalaşmış mədəniyyət dünyasıdır; səslənən hər bir ifa isə həmin ruhun və yurda bağlılığın canlı ifadəsidir.
Sonra söz Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərliyə verilib. İcma sədri çıxışında Qərbi Azərbaycan mədəni irsinin qorunmasının milli kimliyin yaşadılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, bu irs təkcə keçmişin yadigarı deyil, həm də bu günümüzü formalaşdıran və gələcəyə istiqamət verən mühüm mənəvi sütundur. Əziz Ələkbərli, eyni zamanda, Maya Qafarovanın bu istiqamətdə fəaliyyətini yüksək qiymətləndirərək onu Qərbi Azərbaycan İcmasının Fəxri Fərmanı ilə təltif edib.
Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu çıxışında musiqinin tarixi yaddaşı yaşadan və onu nəsildən-nəslə ötürən ən təsirli vasitələrdən biri olduğunu diqqətə çatdırıb. O bildirib ki, milli musiqi nümunələri xalqın yaddaşını, keçmişini və kimliyini qoruyaraq gələcəyə daşıyır, bu baxımdan belə konsertlər yalnız mədəni tədbir deyil, həm də milli-mənəvi dəyərlərin təbliği baxımından mühüm platformadır.
Rəsmi hissədən sonra səhnə ifaçıların ixtiyarına verilib. Konsert proqramında Qərbi Azərbaycan ədəbi mühitinin görkəmli nümayəndələrinin sözlərinə bəstələnmiş mahnılar səsləndirilib, milli musiqimizin zəngin çalarları tamaşaçılara duyğusal anlar yaşadıb.
9-cu muğam televizya musabiqəsinin diplomantı Yusif Cəfərbəyli, 8-ci muğam televizya musabiqəsinin laureatı Ülkər Abdullayeva, Elşad Həsənli, Mina Paşayeva, 9-cu muğam televizya müsabiqəsinin diplomantı Ədilə Əliyeva, Əşrəf Bünyadzadə və Azərbaycan Respublikanın Əməkdar artisti Sevinc Sarıyeva ruhoxşayan muğam və mahnılar ifa ediblər.
Gecə boyu səslənən ifalar dinləyiciləri Qərbi Azərbaycanın mənəvi dünyasına aparıb, doğma yurd yerlərinə sevgi və bağlılıq hisslərini musiqinin dili ilə bir daha canlandırıb.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

