Rusiya qazın qiymətini qaldırsa....
08.04.2026 [12:23]
Ermənistan buna inanmır
Ermənistanın baş naziri Nikol Paşinyanın Moskvaya səfəri iki ölkə arasında münasibətlərin kritik vəziyyət aldığını bir daha təsdiqlədi. Qarşılıqlı atmaca ritorikasından istifadə, Samvel Karapetyanın Rusiya pasportu daşıdığı üçün seçkidə iştirakının mümkünsüzlüyünün açıq kontekstdə dilə gətirilməsi, KTMT narazılığı, Aİİ üzvü ola ola Aİ-yə üzvlüklə bağlı cəhdlərin edilməsi kimi məsələlər vəziyyətin gərginliyini bir daha ortaya qoyur. Bir sıra siyasi təhlilçilər münasibətlərin parlament seçiklərindən sonra daha da gərginləşə bilmə ehtimalını irəli sürürlər. Bildirilir ki, seçkidə Paşinyanın qələbə çalacağı təqdirdə Ermənistan Rusiyadan bir qədər də uzaqlaşacaq. Bu isə Kremlin “xoşuna gəlmir”.
Bu səbəbdəndir ki, Rusiya Ermənistana qarşı açıq təzyiqi daha fərqli üsullarla həyata keçirməyə çalışır. Uzun illər “forpost” kimi dəyərləndirilən Ermənistanın iqtisadiyyatının Rusiyadan asılılığı sirr deyil - bu ölkənin enerji təminatı və digər təminatlar məhz Rusiya tərəfindən qarşılanır. Hətta Ermənistanın dəmir yollları bu və ya digər şəkildə birbaşa Rusiya mülkiyyəti hesab edilir. Bu mənada, Ermənistanın Rusiyasının iqtisadi asılılığından xilası olduqca çətin dəyərləndirilir - xüsusilə qaz idxalı ilə bağlı məsələdə İrəvan demək olar ki, “tərk-silahdır”.
Ermənistan idxal etdiyi qazın 90 faizini....
Qeyd edək ki, Ermənistan qaz təminatının mühüm hissəsini Rusiyadan alır. Qazprom Ermənistan QSC-nin yaydığı hesabata görə, 2025-ci ildə Ermənistanda təbii qaz təchizatının həcmi 2 milyard 318,6 milyon kubmetr təşkil edib. Bu dövrdə istehlakçılara 2 milyard 223,1 milyon kubmetr təbii qaz verilib. Ötən ilin yanvar-dekabr aylarında enerji və sənaye sektorlarına təbii qaz təchizatı müvafiq olaraq 333,4 və 277 milyon kubmetr təşkil edib.
Ermənistanın hər il Rusiyadan aldığı qazın miqdarı da 2 milyard kubmetrdən çoxdur - başqa sözlə, İrəvan özünün qaz təminatının təxminən 90 faizə yaxınını məhz Rusiyadan alır. 2024-cü ildə tədarük 2 milyard 367,9 milyon kubmetr təşkil edib. 2023-cı ildə isə bu rəqəm 2 milyard 444,8 milyon kubmetr təşkil edib. 2022-ci ildə isə Ermənistan Rusiyadan 2 milyard 599,6 milyon kubmetr qaz alıb. Ermənistana qaz tədarükü “Qazprom”un törəmə müəssisəsi olan “Qazprom Ermənistan QSC” tərəfindən həyata keçirilir. Təbii qazdan əlavə, Rusiya ölkənin mayeləşdirilmiş təbii qaz tədarükünün təxminən 96 faizini təmin edir. Ermənistan özünün az miqdarda qaz təminatını isə İran vasitəsilə əldə edir.
Putin eyham vurdu - 177,5 dollara...
Bu məsələdə ən “kilid məqam” isə qazın qiymətindədir. Qeyd edək ki, aprelin 1-də Putin ilə Paşinyan arasında keçirilən görüşdə Rusiya prezidenti bu məsələyə eyham vurdu - Putin Paşinyana ölkəsinin Rusiya qazını hansı şərtlərlə aldığını xatırlatdı. “Enerjiyə gəldikdə, ümid edirəm ki, burada vəziyyət yaxşılaşacaq, amma bildiyiniz kimi, enerji qiymətləri, xüsusən də Avropada qaz qiymətləri hazırda min kubmetr üçün 600 dollardan çox yüksəlir. Rusiya isə Ermənistana qazı 177,50 dollara satır. Fərq əhəmiyyətlidir”.
Putin həmçinin qeyd etdi ki, İrəvanın bu məsələyə öz yanaşması var: “Amma biz burada da tez-tez mübahisə edirik. Bilirəm ki, enerji qiymətlərinin müəyyənləşdirilməsi üçün bir az fərqli metodlarda israr edirsiniz. Amma bu, yenə də fərqli bir miqyasdır - 600 dollar və 177,5 dollar”.
Birdən-birə Ermənistana satılan qazın qiymətinin və bunun azlığının belə açıq şəkildə bəyan edilməsinın arxasında siyasi məqsədlərin dayandığı da sirr deyil. Ermənistanın KTMT-dən çıxmaq, Aİİ ilə paralel şəkildə Ai ilə də münasibətlər qurmaq siyasəti Rusiyanı “dilə gətirib”. O da təsadüfi deyildi ki, Putin-Paşinyan görüşünün ardından Kremlin Avrasiya inteqrasiyası üzrə məsul şəxsi, Rusiya baş nazirinin müavini Aleksey Overçuk TASS dövlət xəbər agentliyinə verdiyi müsahibədə bildirdi ki, Ermənistan Rusiyanın onunla iqtisadi münasibətlərini yenidən qurmalı olduğu nöqtəyə çox yaxındır. Yəni, Ermənistan özünün “siyasi qərarlarında” korrektə etməyəcəyi təqdirdə, Rusiya İrəvanla iqtisadi münasibətlərinə “diqqət yetirəcək”.
Ermənistan inanmır...
Qiymətlərə yenidən “baxış” isə Ermənistan üçün xoş perspektiv vəd etmir. Onsuz da iqtisadi çətinlik içində olan Ermənistanın Rusiyadan idxal etdiyi qazın qiyməti qalxacağı təqdirdə hansı addımları ata biləcəyi sual doğurur. Amma rəsmi İrəvan bu versiyaya inanmaq istəmir. Ermənistan parlamentinin sədri Alen Simonyan ölkə bazarı üçün Rusiya qazının qiymətlərinin artırılmasını az ehtimal olunan hesab edir. Bu barədə o, jurnalistlərə bildirib. “Belə söhbətlər yeni deyil və məsələn, qazın və ya malların qiymətləri ilə bağlı müzakirələr uzun illərdir aparılır və əgər belə bir qərar qəbul edilərsə, Ermənistan öz qərarını verəcək və həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT), həm də Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxacaq. Amma mən düşünmürəm ki, iş bu yerə çatsın, çünki ölkə rəhbərləri arasında çox yaxşı, məhsuldar və səmərəli söhbətin baş tutduğunu da bilirəm”, - Simonyan deyib. O əlavə edib ki, Ermənistan Rusiyaya qarşı heç bir addım atmayıb və atmır.
“Biz Rusiyaya qarşı heç nə etməmişik, etmirik və etməyəcəyik, lakin bununla belə Ermənistan Respublikasının maraqlarını müdafiə edəcəyik”, - o qeyd edib.
Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan eyni məsələ ilə bağlı bildirib ki, Ermənistan üçün Rusiya qazının qiyməti çox güman ki, dəyişməyəcək, çünki tərəfdaşlar üçün Ermənistanın KTMT və Aİİ tərkibində qalması vacibdir.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

