Bu gün Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır
07.04.2026 [14:19]
Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində də bir-birinin suverenliyi və ərazi bütövlüyünü daim dəstəkləməsi münasibətlərin strateji səviyyəsini təsdiqləyən əsas amillərdəndir. Bu qarşılıqlı dəstək regional sabitliyin qorunmasına və beynəlxalq arenada mövqelərin gücləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyevin aprelin 6-da Tbilisiyə səfərini, burada Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili və Baş nazir İrakli Kobaxidze ilə keçirilən görüşlərini Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirirəm. Səfər çərçivəsində aparılan danışıqlar ikitərəfli əməkdaşlığın genişləndirilməsi ilə yanaşı, regional təhlükəsizlik, iqtisadi inteqrasiya və nəqliyyat-kommunikasiya layihələrinin perspektivlərini də əhatə edib.
Bu səfər həmçinin regionda yeni geosiyasi reallıqlar fonunda Azərbaycan-Gürcüstan tandeminin rolunu daha da gücləndirdi. Xüsusilə nəqliyyat və logistika dəhlizlərinin inkişafı baxımından tərəflərin ortaq maraqları bir daha təsdiqləndi. Gürcüstanın Azərbaycan üçün Qərbə açılan əsas qapı olması, Azərbaycanın isə Gürcüstan üçün etibarlı enerji tərəfdaşı kimi çıxış etməsi bu əməkdaşlığın strateji mahiyyətini artırır.
Azərbaycanın həyata keçirdiyi iri enerji layihələri – neft və qaz kəmərləri – Gürcüstan üzərindən keçərək Avropa bazarına çıxır. Bu baxımdan Gürcüstan Azərbaycanın enerji strategiyasında mühüm tranzit ölkədir. Eyni zamanda, nəqliyyat sahəsində Bakı-Tbilisi-Qars dəmir yolu xətti kimi layihələr regionun iqtisadi inteqrasiyasına ciddi töhfə verir.
Gürcüstanda hazırda çox müsbət sərmayə iqlimi mövcuddur və məhz buna görə bir çox investorlar, o cümlədən Azərbaycan investorları Gürcüstana böyük maraq göstərirlər. Təbii ki, bütün uğurların təməlində əsas şərt, əsas amil siyasi sabitlikdir.
Bu günə qədər Azərbaycan tərəfindən Gürcüstan iqtisadiyyatına 3,7 milyard dollar sərmayə qoyulmuşdur. Biz bu gün həm Azərbaycan, həm də Gürcüstan üçün yeni investisiya layihələri haqqında fikir mübadiləsi aparmışıq və nə vaxtsa üçüncü ölkələrə də birgə sərmayə qoyuluşu nəzərdə tutula bilər
Səfərin əsas istiqamətlərindən biri iqtisadi əməkdaşlığın genişləndirilməsi olmuşdur. Azərbaycan və Gürcüstan arasında ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi məsələləri ön planda olmuşdur. Xüsusilə enerji sahəsində əməkdaşlıq hər iki ölkə üçün prioritet istiqamət olaraq qalır. Görüş zamanı alternativ enerji, yaşıl enerji və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq imkanları da müzakirə olunmuşdur. Bu isə gələcəkdə iki ölkə arasında iqtisadi münasibətlərin daha da şaxələndirilməsinə şərait yaradır.
Prezident İlham Əliyevin “Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaranmaqdadır və region ölkələri bu imkanları əldən verməməlidir” fikri, yeni regional yanaşmanın ideoloji əsasını təşkil edir. Bu yanaşmaya görə sülh artıq yalnız siyasi bəyanatlar və imzalanmış sənədlərlə məhdudlaşmamalıdır. Əksinə, sülhün dayanıqlılığı onun iqtisadi əsaslarla möhkəmləndirilməsindən asılıdır.
Prezidentin çıxışında səsləndirilən digər mühüm tezis “Cənubi Qafqazın artıq münaqişə məkanından əməkdaşlıq məkanına çevrilməsi” haqqındadır ki, bu da regionda baş verən transformasiyanın mahiyyətini açıq şəkildə ifadə edir. Əgər əvvəlki dövrdə qarşıdurma, münaqişə və geosiyasi rəqabət dominant idisə, bu gün əməkdaşlıq, tranzit imkanları və iqtisadi inteqrasiya ön plana çıxır. Məhz bu üç komponent Cənubi Qafqazı davamlı sülh və inkişaf məkanına çevirə biləcək əsas amillər kimi çıxış edir.
Müşfiq Səfərov
Yeni Azərbaycan Partiyası
Beyləqan rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

