“Aprel döyüşləri - tarixi Zəfərin başlanğıcıdır” mövzusunda tədbir keçirilib
06.04.2026 [17:02]
YAP Şəmkir rayon təşkilatının təşkilatçılığı ilə 2016-cı ilin 2-5 aprel tarixlərində müzəffər ordumuzun düşmən üzərində qələbəsi ilə nəticələnən Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilmiş “Aprel döyüşləri - tarixi Zəfərin başlanğıcıdır” mövzusunda tədbir keçirilib.
Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəb ərazi partiya təşkilatında keçirilən tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva, Şəmkir Təhsil Sektorunun direktoru Elşən Ələsgərov, rayon təşkilatının əməkdaşları, məktəbin müəllim və şagird heyəti iştirak etdi.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Aprel döyüşlərini əks etdirən videoçarx nümayiş olunub.
YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək, bildirib ki, Aprel döyüşlərinin tarixi ədalətin, zəfərin başlanğıcı oldu: “Aprel qələbəsi xalqımızın Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşdiyini, igid əsgərlərimizin Ali Baş Komandanın əmri ilə işğal olunmuş torpaqların azad olunmasına tam hazır olduğunu sübut etdi”.
Fəxrəddin Vəliyev Aprel döyüşlərinin yaratdığı ruh yüksəkliyindən, eləcə də əhəmiyyətindən danışaraq, qeyd edib ki, Zəfər döyüşlərinin qığılcımları olan və dörd gün davam edən Aprel döyüşləri qırx dörd gün ərzində Şuşaya bayraq sancılması ilə başa çatdı, onun ardınca antiterror əməliyyatları Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin azad edilməsi ilə yekunlaşdı. Bu, qəhrəmanlıq irsidir və Aprel döyüşlərində şücaət göstərənlərin yetişdirdiyi əsgərlər, həmin döyüşlərdə iştirak edənlərin, zabit və əsgərlərin hərbçi yoldaşları onların qisasını aldı.
Şəmkir rayon İcra Hakimiyyəti başçısının müavini Aynur Abdullayeva çxışında Aprel döyüşlərinin Azərbaycan tarixində mühüm yer tutduğunu vurğulayıb. Bildirib ki, 2016-cı ilin aprelində baş verən döyüşlər Azərbaycan Ordusunun gücünü, xalq–ordu birliyini və dövlətimizin qətiyyətini bütün dünyaya nümayiş etdirdi. Qeyd olunub ki, bu döyüşlər uzun illər davam edən işğal faktının dəyişməz olmadığını sübut edərək gələcək böyük zəfərlərin əsasını qoydu.
Digər çıxış edənlər qeyd ediblər ki, Aprel döyüşlərindən 10 il ötsə də, şanlı Qarabağ salnaməsinin ilk səhifələrinin yazıldığı bu günləri xalqımız böyük qürur hissi ilə xatırlayır, həmişə qəhrəman şəhidləri böyük ehtiramla yad edir. Bildirilib ki, bu gün bütün şəhidlərin ruhu şaddır, çünki onların qanı yerdə qalmayıb, qisası artıqlaması ilə alınıb. Öz canları, qanları bahasına şərəfli tarix yazan bu oğullar heç zaman unudulmayacaq və belə qəhrəman oğullarımızın keçdiyi şərəfli döyüş yolu bütün gənclərimizə, hər bir azərbaycanlıya bir örnəkdir.
Natiqlər əminliklə vurğulayıblar ki, Möhtərəm Prezident İlham Əliyev cənablarının uzaqgörən, milli maraqlara söykənən müdrik siyasəti nəticəsində 2026-cı ildə müstəqil, suveren Azərbaycanımızın şanlı dövlətçilik tarixində çox uğurlu, yaddaqalan, önəmli bir il olacaqdır!
Tədbirin sonunda Şəmkir şəhər Fərman Salmanov adına tam orta məktəbin şagirdləri qəhrəmanlıq mövzusunda şeirlər səsləndiriblər.
Xəbər lenti
Hamısına baxSiyasət
26 May 10:42
Sosial
26 May 10:41
YAP xəbərləri
26 May 10:32
Gündəm
26 May 10:17
İqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22

