Azərbaycanlı astronom NASA-da elmi-tədqiqat aparır
03.04.2026 [20:52]
Azərbaycanlı astrofizik, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşı və Tusi-Bohm Planetariumunun direktoru Famil Mustafa hazırda ABŞ-də, NASA-nın Qoddard Kosmik Uçuş Mərkəzində elmi-tədqiqat fəaliyyətini davam etdirir. O, beynəlxalq “SCOSTEP Visiting Scholar” (SVS) proqramı çərçivəsində NASA-da elmi araşdırmalara cəlb olunub.
Bu barədə AZƏRTAC-a rəsədxanadan məlumat verilib.
Tədqiqatın əsas mövzusu Günəşdə baş verən tac kütlə atılmaları və onların Yerə təsiri, xüsusilə geomaqnit fəallıqla əlaqəsinin öyrənilməsidir. Layihə çərçivəsində Günəş aktivliyini xarakterizə edən yeni göstəricilərin hazırlanması, bu göstəricilərin geomaqnit indeksləri ilə müqayisəsi və kosmik hava hadisələrinin proqnozlaşdırılması istiqamətində elmi işlər aparılır.
Qeyd edək ki, bu fəaliyyət yalnız fərdi uğur deyil, həm də Azərbaycan Astronomiya elminin beynəlxalq səviyyədə tanıdılması baxımından əhəmiyyət daşıyır. Famil Mustafanın NASA-da apardığı araşdırmalar ölkəmizin Günəş–Yer əlaqələri və kosmik hava sahəsində beynəlxalq əməkdaşlıq imkanlarının genişlənməsinə töhfədir.
Onu da vurğulamaq lazımdır ki, Famil Mustafa uzun illərdir həm elmi-tədqiqat, həm də astronomiyanın təbliği sahəsində aktiv fəaliyyət göstərir. O, müxtəlif beynəlxalq proqramların iştirakçısı olmaqla yanaşı, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində astronomiya dərnəklərinin, Azərbaycan Astronomiya Olimpiadasının və “Gələcəyin mühəndisi” müsabiqəsinin təşkilatçılarından biridir.
NASA-da həyata keçirilən bu elmi-tədqiqatın nəticələri gələcəkdə həm elmi ictimaiyyət, həm də kosmik hava proqnozları ilə bağlı tətbiqi sahələr üçün faydalı olacaq.
Xəbər lenti
Hamısına baxDünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29

