Zəngəzur dəhlizi (TRIPP) ləngiyə bilər?
03.04.2026 [10:58]
Dəhliz qlobal iqtisadi münasibətlər sisteminə yeni nəfəs vəd edir
Cənubi Qafqazda reallaşdırdığımız sülh prosesinin və sabitliyin əsas təməl daşlarından sayılan Zəngəzur dəhlizi (TRIPP) qlobal iqtisadi əlaqələr sisteminin ən yeni amili kimi günü-gündən böyük marağa səbəb olur. Kontent olaraq Şərq ilə Qərbi birləşdirəcək, amma mahiyyət olaraq 4 cəhətli qlobal qovşaq sayılacaq bu dəhliz yeni dövrün iqtisadi atlasını formalaşdırır. Bakının ideya müəllifliyi ilə ərsəyə gələn layihə ötən ilin avqustunda Vaşinqtonda özünün beynəlxalq təsdiqini tapdı. Hətta ABŞ yolun bərpası və yenilənməsi üçün maliyyə dəstəyini də ifadə edib - ötən ilin payızında Vaşinqton TRIPP layihəsinin həyata keçirilməsi üçün Ermənistana 145 milyon dollar yardım ayırmaq niyyətində olduğunu bildirib. Bu ilkin tranş prosesin uğurla irəlilələməsi üçün həm maddi stimul, həm də siyasi dəstəkdir.
Amma son baş verənlər, xüsusilə Yaxın Şərqdə davam edən müharibə Zəngəzur dəhlizi (TRIPP) layihəsi ilə də bağlı müəyyən fərqli fikirlərin meydana çıxmasına səbəb olub. Dəhlizin keçəcəyi coğrafiyaya yaxın regionda gedən münaqişənin və digər proseslərin nəticəsinin təsir imkanları araşdırılır.
Bir çox siyasətçilər ABŞ administrasiyasının müharibə dövründə dəhlizlə bağlı hər hansı bir anons və ya fikir bildirməməsini əsas götürərək hətta Vaşinqtonun “taym aut” götürdüyü fikrinə də duşur. Başqa sözlə, Tramp administrasiyasının sükuta qərq olması dəhliz ətrafında da bir çox suallar yaradıb. Hətta Qərb politoloqları prosesin inkişaf tempinin fərqli ssenarilər üzrə inkişaf etmək ehtimalını irəli sürürlər.
Müharibənin sonu, inkişafın başlanğıcı...
Sirr deyil ki, hələ dəhlizlə bağlı müzakirələrin başladığı dövrdə İran bu dəhlizi “qırmızı xətt” adlandırır, reallaşmasının mümkünsüzlüyünü önə çəkirdi. İran bunu özünün geoiqtisadi və təhlükəsizlik maraqları ilə əsaslandırırdı. Guya, bu dəhliz reallaşarsa, İranın Ermənistan üzərindən Avropaya çıxış imkanları zəifləyə və regiondakı tranzit üstünlüyü azala bilərdi. Sonradan ölkədə müəyyən siyasi dəyişikliklərin baş verməsi (Pezeşkianın prezident seçilməsi) Tehranın məsələyə baxışına da təsir göstərdi - artıq “qırmızı xətt” anlayışı aradan qalxmış, dəhlizə münasibət “nəqəliyyat logistik keçid” statusu qazanmışdı. Amma nəzərə alınmalıdır ki, bu müharibədən öncə idi. İndiki halda, müharibənin nəticəsi üzərindən yanaşsaq, mövqenin necə olacağını tam proqnozlaşdırmaq mümkün deyil. Müharibənin nəticəsi olaraq meydana çıxa biləcək ilkin ssenari Tehranın regional təsir imkanlarının zəifləməsi ola bilər. İndiki halda halda İran əsas diqqətini daha cənuba - əsas ticari rəqabət apardığı Körfəz ərazisinə transformasiya edə bilər. Bu isə Cənubi Qafqaz istiqamətində mümkün müdaxilə imkanlarını məhdudlaşdıra bilər. Analitiklər qeyd edir ki, belə vəziyyətdə Tehran əvvəlki “qırmızı xətt”lərini daha da yumşaltmaq məcburiyyətində qala bilər. Bu ssenari Azərbaycanın və Türkiyənin strateji təşəbbüslərini sürətləndirməsinə şərait yaradar. Ermənistan isə böyük güclərin balans siyasətindən daha çox asılı vəziyyətə düşər. ABŞ və Qərb aktorları da regionda yeni kommunikasiya xətlərinin açılmasını dəstəkləyərək İranın təsirini balanslaşdırmağa çalışa bilər. Nəticə etibarilə, analitiklər İranın müharibədən sonrakı dövrdə təbii olaraq başının daxili bərpaya qarışmasını Zəngəzur dəhlizinin (TRIPP) diplomatik və ya “yumşaq güc” vasitələri ilə reallaşması üçün nadir fürsət pəncərəsi kimi dəyərləndirir.
Uzunmüddətli eskalasiyanın təsiri
Qərb politoloqları ikinci ssenarini eskalasiyasiyanın uzunmüddətli olması proqnozu üzərindən dəyərləndlirirlər. Belə ki, müharibənin coğrafiyasının genişlənməsi, ətrafdakı böyük iqtisadi-siyasi mərkəzlərin də müharibəyə cəlbi Zəngəzur dəhlizi məsələsini (TRIPP) lokal layihədən çıxaraq böyük güclərin qarşıdurma platformasına da çevrilə bilər. Sirr deyil ki, ABŞ-ın “xeyir-duası” ilə beynəlxalq təsdiqini əldə etmiş bu dəhliz həm Avropanın, həm də digər böyük güclərin diqqətindədir. Hətta müəyyən bir dövrdə bu istiqamətdə “səssiz mübarizə”nin getdiyi də qeyd olunur. Eskalasiyanın genişlənməsi isə həm Zəngəzur dəhlizini (TRIPP), həm də yeni ticari konfiqurasiyanı gecikdirə bilər - yaranmasına manne olmaz, yalnız gecikdirə bilər. Çünki Zəngəzur dəhlizi (TRIPP) yeni gələcək üçün “biletdir”. Və heç bir dövlət də bu bileti asanlıqla “qaytarmaq” niyyətində olmayacaq
Bu proses əksinə də inkişaf edə bilər - yəni, ABŞ dəhlizə qarşı təhlükə hiss edəcəyi anda prosesi tələsdirməyə niyyətlənə bilər. Bu isə nəticə etibarı ilə Şərq-Qərb kontentinin aparıcı xətti sayılacaq dəhlizin daha tez reallaşmasına yol aça bilər. Təbii ki, burada sülh amili də öz işini görəcək - ən yaxın zamanda Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh dəhlizin açılması üçün ən real stimul sayılacaq.
Sabitlik üçün nəticə....
Nəhayət, prosesin uzunmüddətli “dalan və dondurulmuş proses” halına düşməsi ssenarisi - siyasi şərhçilərin düşüncəsinə görə, Zəngəzur dəhlizi üçün ən real “ləngimə təhlükəsi”məhz bu ssenaridir. Yaxın Şərqdə baş verənlərin fonunda proses qeyri-müəyyən nəticəli olarsa, Zəngəzur dəhlizi (TRIPP) də uzun müddət dalana dirənə bilər.
Bu ssenari artıq müəyyən mənada mövcud reallığın davamı kimi qiymətləndirilə bilər. Analitik yanaşmalara görə, tərəflər arasında razılıq əldə olunmadıqda proses uzanır və “nə müharibə, nə sülh” vəziyyəti yaranır (biz 30 il ərzində bunu real olaraq yaşamışıq). İranın da məhz ABŞ ilə masa mübarizəsində diplomatik üstünlük əldə etmək üçün dəhliz amilindən istifadə etməsi mümkün olar. Bu ssenarinin əsas xüsusiyyəti qeyri-müəyyənlikdir. Dəhliz nə tam reallaşır, nə də gündəmdən çıxır. Eyni zamanda, regionda iqtisadi əməkdaşlıq potensialı istifadə olunmadan dondurulma təhlükəsi yaşayır.
Konsensus və “geoiqtisadi transformasiya”: ən optimal ssenari...
Siyasət adamları ən optimist ssenari kimi ABŞ-İran qarşıdurmasının müəyyən mərhələdən sonra diplomatik kanallarla yumşalması və böyük güclər arasında yeni balansın formalaşmasını gözdən keçirir. Bu halda Zəngəzur dəhlizi (TRIPP) daha genişmiqyaslı regional əməkdaşlıq layihəsinə çevrilə bilər. Belə yanaşmada dəhliz yalnız Azərbaycan və Türkiyə, eləcə də Ermənistan üçün deyil, hətta İran üçün iqtisadi dividendlər vəd edən layihə kimi təqdim olunur. Məlumatlara görə, bu dəhliz gələcəkdə böyük ticarət dövriyyəsi yarada bilər və region ölkələrinə ciddi iqtisadi fayda gətirə bilər. Ermənistan üçün bu layihə iqtisadi təcriddən çıxış imkanı yarada bilər, İran isə alternativ marşrutlar və paralel layihələr vasitəsilə öz maraqlarını qoruya bilər. Bu ssenaridə əsas şərt təhlükəsizlik zəmanətləri, beynəlxalq nəzarət mexanizmləri və tərəflər arasında qarşılıqlı etimadın formalaşmasıdır. Nəticədə, Zəngəzur dəhlizi (TRIPP) geniş geoiqtisadi inteqrasiya platformasına çevrilə bilər. Bu isə Cənubi Qafqazda uzunmüddətli sabitlik üçün əsasdır.
Ermənistan seçkiləri - revanşist mövqenin yaratdığı təhlükə
Dəhlizlə bağlı mühüm bir ssenari isə Ermənistanla bağlıdır. Bu ölkədə baş tutacaq parlament seçkilərinin nəticəsi də dəhlizlə bağlı müəyyən gecikmə formalaşdıra bilər. Bəlli olduğu kimi, hazırkı iqtidar, baş nazir Nikol Paşinyan Zəngəzur dəhlizinin (TRIPP) açılmasına isti yanaşır. Vaşinqton sənədlərinə imza atmaqla Paşinyan özünün mövqeyini açıq şəkildə ortaya qoyub. Amma onun rəqibi olan digər şəxslərin fərqli güc mərkəzlərinin nəzarətində olmasını göz önünə gətirsək, vəziyyətin dəyişmə ehtimalı da yarana bilər. Daha çox revanşist mahiyyətə malik olan və digər siyasi mərkəzlərin direktviləri əsasında hərəkət edən bu namizədlərin prosesə mənfi yön vermə ehtimvlı da mümkündür.
Real birləşdirici mexanizm...
Azərbaycanın hər bir halda mövqeyi bəlli və dəyişməzdir - Zəngəzur dəhlizi (TRIPP) mütləq açılacaq. Çünki bu dəhliz iqtisadi dividensiya ilə yanaşı həm də bizim üçün mühüm nəqliyyat bağlantı imkanıdır. Azərbaycan məhz bu dəhliz üzərindən Naxçıvan ilə əlaqəlsini quracaq. Nəticə etibarı ilə, Zəngəzur dəhlizi Azərbaycan üçün milli maraqların təminatı, region üçün sabitlik və inkişaf, dünya üçün isə yeni ticari yol deməkdir. Bu dəhliz həm iqtisadi, həm siyasi, həm də geostrateji baxımdan Cənubi Qafqazın gələcəyini müəyyənləşdirən əsas layihədir. Azərbaycanın qətiyyətli siyasəti nəticəsində reallaşan bu təşəbbüs Türk dünyasını birləşdirməklə, regionun qlobal iqtisadiyyata inteqrasiyasını gücləndirməklə yanaşı, beynəlxalq əməkdaşlığa yeni nəfəs gətirəcək....
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59
Gündəm
26 May 16:52
Gündəm
26 May 16:51
Siyasət
26 May 16:43
YAP xəbərləri
26 May 16:29
Dünya
26 May 16:28
Sosial
26 May 16:24
Sosial
26 May 16:10

