Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Kəlbəcər sakini: 33 il əvvəl kədərlə tərk etdiyimiz yurdumuza bu gün qürurla qayıdırıq

Kəlbəcər sakini: 33 il əvvəl kədərlə tərk etdiyimiz yurdumuza bu gün qürurla qayıdırıq

02.04.2026 [14:30]

33 il əvvəl Kəlbəcəri tərk edəndə qəlbimizdə sağalmaz bir yara, yaddaşımızda isə o müdhiş günlərin ağır xatirələri var idi. O vaxt dağların dumanında kədərlə çıxmışdıq, bu gün isə günəşli bir zəfər sabahında, böyük qürur və sonsuz sevinc hissi ilə doğma ocağımıza qayıdırıq.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında aprelin 2-də Kəlbəcərə növbəti köç karvanı ilə yola düşən rayon sakini, keçmiş məcburi köçkün İman İbrahimov deyib.

İllərin həsrətini arxada qoyan həmsöhbətimiz hisslərini bu cür ifadə edib: “Onilliklər boyu hər gecə yuxumuzda o uca dağları, zümrüd meşələri, buz bulaqları görmüşük. O həsrət bizi heç vaxt tərk etmədi. Amma qəlbimizdə sönməz bir inam var idi – bilirdik ki, nə vaxtsa o yollar yenidən açılacaq, ayağımız doğma torpağa dəyəcək. Bu gün həmin o müqəddəs arzunun gerçəkləşdiyi gündür. Biz Kəlbəcərə yeni nəfəs verməyə, yenidən həyat qurmağa və yurdumuzu dirçəltməyə qayıdırıq”.

Paylaş:
Baxılıb: 384 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Analitik

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31