Xocalı Soyqırımı Memorial Kompleksinin açılışı ədalətin təntənəsidir
05.03.2026 [17:03]
Prezident İlham Əliyevin öz ailə üzvləri ilə birlikdə Xocalı soyqırımının ildönümünü məhz Xocalıda xocalılarla birlikdə keçirməsi “Qarabağ Azərbaycandır!” reallığının dünyaya növbəti təsdiqidir. Həmin gün Xocalıda Soyqırımı Memorial Kompleksinin açılışı isə ədalətin təntənəsidir. Xocalı faciəsinin anım və yaddaş məkanına çevrilməsi məqsədilə inşa olunan Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimi dövlət səviyyəsində mühüm ictimai-siyasi hadisə kimi baş tutmuşdur. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmiş, iki il əvvəl təməli qoyulan kompleksin rəsmi açılışını həyata keçirmişdir. Prezident çıxış edərək həm memorialın əhəmiyyətini, həm də Xocalı soyqırımının tarixi, siyasi və hüquqi mahiyyətini geniş şəkildə şərh etmişdir.
Kompleksin açılışında Xocalı sakinlərinin də iştirakı tarixi Qələbəmizin növbəti töhfəsidir. Öz yaxınlarını, doğmalarını, yurd-yuvasını itirən, ata-baba diyarından didərgin salınan insanlarda gör nə qədər iradə olmalı idi ki, bütün bunlara dözə bilsin və dözdülər də. Çünki onları saxlayan dövlətimizə, onun liderinə, ordumuza, ədalətə olan inam idi. Bu inamın nəticəsini Azərbaycanın ərazi bütövlüyünün bərpasında, işğaldan azad edilmiş ərazilərimizdə Azərbaycan Bayrağının əzəmətlə dalğalanmasında görürük.
Dövlət başçısı bu mərasimi tarixi ədalətin bərpasının növbəti mərhələsi kimi təqdim etmişdir. O, vurğulamışdır ki, Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən azərbaycanlılara qarşı törədilmiş ağır cinayətdir və bu hadisəyə görə məsuliyyət birbaşa Ermənistanın üzərinə düşür.
Prezident İlham Əliyev çıxışında 1992-ci ilin fevralında baş verən qətliamın miqyasına toxunaraq 600-dən çox mülki şəxsin, o cümlədən qadın və uşaqların amansızlıqla qətlə yetirildiyini qeyd etmiş, itkin düşən şəxslərin taleyinə diqqət çəkmişdir. Bu faktların sadalanması çıxışın emosional və hüquqi yükünü artıraraq hadisənin soyqırımı mahiyyətini ön plana çıxarmışdır.
Beynəlxalq müstəvidə aparılan mübarizədən danışan Prezident İlham Əliyev, Azərbaycan dövlətinin və ictimai qurumların Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işləri vurğulamışdır. Xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd edən dövlət başçısı Fondun təşəbbüsü ilə başlanan “Xocalıya ədalət!” kampaniyasının mühüm rol oynadığını bildirmişdir. Bu təşəbbüsün Leyla Əliyeva tərəfindən həyata keçirildiyini xüsusi olaraq vurğulamışdır. Prezident qeyd etmişdir ki, məhz bu sistemli fəaliyyət nəticəsində artıq 20-yə yaxın ölkə Xocalı soyqırımını rəsmən tanımışdır.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 2020-ci ildə qazandığı Zəfərdən və 2023-cü ilin antiterror əməliyyatındakı uğur qazandı O vaxt möhtərəm Prezidentimiz demişdir ki, biz qisasımızı döyüş meydanında alacağıq, aldıq da. İşğalçı Ermənistana, Qarabağda kök salmış separatçılara havadarlıq edən ermənipərəst dövlətlər, həmçinin ikili siyasət yeridən beynəlxalq təşkilatlar Azərbaycan Ordusunun qarşısında cəmi 44 gün davam gətirə bildi. Bütün şəhidlərimizin qisası alındı. Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında canını qurban vermiş şəhidlərimizin xatirəsi qəlbimizdə əbədi yaşadacaq.
Çıxışın mühüm hissələrindən biri ədalətin mərhələli şəkildə təmin olunması ideyası olmuşdur. Prezident bildirmişdir ki, beynəlxalq tanınma prosesi bir mərhələ idi, Vətən müharibəsində əldə olunan Zəfər ikinci mərhələ oldu, Xocalı şəhərinin azad edilməsi isə tarixi ədalətin bərpasında həlledici addımlardan biri kimi qiymətləndirilməlidir. Nəhayət, müharibə cinayətkarlarının məhkəmə qarşısına çıxarılması ədalətin hüquqi müstəvidə təsdiqi kimi təqdim edilmişdir. Xalqımız heç vaxt nə Xocalı soyqırımını, nə də Ermənistan dövlətinin bizə qarşı törətdiyi başqa cinayətləri unudacaq.
Xocalı soyqırımı Ermənistan dövləti tərəfindən azərbaycanlılara, insanlığa, bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. Dünyada nadir halda ölkələr tapılar ki, müharibədə tam və mütləq qələbə qazansın, hər qarış torpağını azad edərək öz ərazi bütövlüyünü və suverenliyini bərpa etsin, həmçinin müharibə cinayətkarlarını məhkəmə qarşısına gətirsin. Bunu biz etdik – Azərbaycan dövləti.
Xocalı Soyqırımı Memorial Kompleksinin açılış mərasimi təkcə bir abidənin istifadəyə verilməsi deyildi. Bu tədbir Azərbaycan dövlətinin tarixi yaddaşa sədaqətinin, şəhidlərin xatirəsinə ehtiramının və ədalət prinsipinə bağlılığının nümayişi idi. Azad edilmiş torpaqda ucaldılan memorial xalqın ağrısının rəmzi olmaqla yanaşı, eyni zamanda qalib dövlətin siyasi iradəsinin və milli qürurunun ifadəsinə çevrildi.
Şövqi Həsənov,
YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

