Nəsimi rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
03.03.2026 [17:35]
02 mart 2026-cı il tarixində 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı və Modern İnkişaf və Ailə İctimai Birliyinin birgə təşkilatçılığı və bir qrup şəhid ailələrinin xanım üzvlərinin iştirakı ilə tədbir keçirilib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri cənab Azər Süleymanov Azərbaycan qadınının cəmiyyət həyatında rolundan, dövlət quruculuğunda və ictimai-siyasi proseslərdə fəal iştirakından bəhs edib. O, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qadın siyasətinin uğurla həyata keçirildiyini və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının yüksək nüfuzunun beynəlxalq səviyyədə tanındığını vurğulayıb.
Sonra çıxış edən Modern Ailə və İnkişaf İctimai Birliyinin sədri xanım Zərifə Quliyeva qadınların ailə institutunun möhkəmləndirilməsində və milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynadığını qeyd edib.
Tanınmış aparıcı və partiya fəalı xanım Lalə Azərtaş çıxışında Azərbaycan qadınının gücü, iradəsi və cəmiyyətə verdiyi töhfələrdən danışıb, qadınların ictimai fəallığının daha da artırılmasının vacibliyini diqqətə çatdırıb.
YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsinin müdiri xanım Zəkiyyə Musayeva isə ölkədə həyata keçirilən gender siyasəti, qadınların hüquqlarının qorunması və gənc qadınların ictimai-siyasi proseslərə cəlb olunması istiqamətində görülən işlər barədə məlumat verib.
Tədbirdə şəhid anaları Lətifə Novruzova və Alimə Cəfərova çıxış edərək göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.
Sonda şəhid ailələrinin xanım üzvlərinə hədiyyələr təqdim olunub.
Tədbir Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

