Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Kəlbəcər rayon təşkilatı tərəfindən “Şəhərsalma və Memarlıq ili” çərçivəsində tədbir keçirilib

YAP Kəlbəcər rayon təşkilatı tərəfindən “Şəhərsalma və Memarlıq ili” çərçivəsində tədbir keçirilib

19.02.2026 [11:34]

YAP Kəlbəcər rayon təşkilatı tərəfindən Qəbələ rayonunun Zarağan 2 qəsəbəsində fəaliyyət göstərən 3 nömrəli tam orta məktəbində “Şəhərsalma və Memarlıq ili” çərçivəsində Heydər Əliyev irsi  və  Azərbaycan memarlığı mövzusunda tədbir təşkil olunmuşdur.
Tədbirdə YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Miirov, məktəbin direktoru, ərazi partiya təşkilatının sədri Kamil İsmayılov və məktəbin pedaqoji kollektivi iştirak etmişdir. Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

YAP Kəlbəcər rayon təşkilatının sədri  Həbib Müsrov çıxış edərək  qeyd etmişdir ki, cənab Prezidentin sərəncamı ilə ölkəmizdə Memarlıq və Şəhərsalma ili elan olunmuş, bu sahənin inkişafı ilə bağlı geniş tədbirlər planı qəbul edilmişdir. Sədr Hıbib Misirov vurğulamışdır ki, Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda memarlıq və şəhərsalma sahəsində mühüm işlər görülmüş, şəhərlərin siması dəyişmiş, yeni mikrorayonlar salınmış, Bakı, Sumqayıt, Gəncə və digər şəhərlərin inkişaf planları hazırlanaraq həyata keçirilmişdir. Tarixi və memarlıq abidələrinin qorunması isə dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmuşdur.

Sədr qeyd etdi ki, bu siyasi kurs bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyev tərəfindən memarlıq və şəhərsalma sahəsində böyük dövlət proqramları icra olunur, qədim ənənələr qorunmaqla şəhərlərimizin siması müasirləşdirilir. Bu gün Bakı dünyanın ən müasir və inkişaf etmiş şəhərlərindən biri kimi tanınır. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış tarixi Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işləri aparılır. Azad edilmiş ərazilərdə müasir standartlara cavab verən, ekoloji cəhətdən təmiz, “yaşıl enerji” prinsiplərinə əsaslanan yeni şəhərlər və yaşayış məntəqələri salınır.Məktəbin direktoru Kamil İsmayılov çıxış edərək Azərbaycan memarlığının inkişafı, işğaldan azad olunmuş ərazilərdə, o cümlədən Kəlbəcər rayonunda tətbiq olunan müasir şəhərsalma üslubu haqqında məlumat vermiş, artıq bu ərazilərə köç prosesinin başladığını və bölgənin müasir şəhər modeli əsasında inkişaf etdirildiyini vurğulamışdır.

Tədbirin sonunda bir qrup YAP -nın fəal üzvlərinə fəxri fərmanlar təqdim edilmişdir.

Paylaş:
Baxılıb: 63 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Siyasət

Gündəm

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28