Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / YAP Tərtər rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat yığıncaqları davam edir

YAP Tərtər rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat yığıncaqları davam edir

10.02.2026 [14:38]

Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının Sarıcalı və Ələsgərli  ərazi partiya təşkilatlarında hesabat yığıncaqları keçirilib.

Tədbir iştirakçıları əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu, Ümumilli Lider Heydər Əliyevin və ölkəmizin suverenliyi və ərazi bütövlüyü  uğrunda şəhid olan qəhrəmanlarımızın xatirəsini ehtiramla yad ediblər.

İclasların gündəliyinə  2025-ci ilin yekun hesabatı və 2026-cı il üçün Tədbirlər planının təsdiqi daxil edilib.

Hesabat məruzələri ilə çıxış edən ərazi təşkilat sədrləri ötən il ərzində partiya üzvlərinin ictimai-siyasi proseslərdəki fəallığını və ideoloji işin yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıblar. Müzakirələrdə iştirak edən fəallar görülən işləri yüksək qiymətləndirərək fəaliyyəti yekdilliklə qənaətbəxş hesab ediblər.

Yığıncaqda çıxış edən YAP Tərtər rayon təşkilatının məsləhətçiləri -  Əli Paşayev və Gündüz Alıkişiyev  qeyd ediblər ki, Ulu Öndər Heydər Əliyevin ideyalarına sadiq qalan Yeni Azərbaycan Partiyası, dövlət müstəqilliyimizin qorunması və milli maraqlarımızın beynəlxalq səviyyədə təmsil olunması işinə misilsiz töhfələr verir. Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən milli birliyin mərkəzinə çevrilərək, ölkəmizdəki siyasi sabitliyin və davamlı inkişafın əsas sütunu rolunu oynayır.  Yeni Azərbaycan Partiyası ölkənin siyasi sistemində liderlik rolunu inamla qoruyub saxlayır.

Sonda Sarıcalı və Ələsgərli  ərazi partiya təşkilatları üçün 2025-ci ilin yekunları təsdiqlənib və 2026-cı il üçün nəzərdə tutulan  tədbirlər planı qəbul edilib.

Paylaş:
Baxılıb: 182 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Hərb, ya sülh?

21 Fevral 10:17

Sosial

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

21 Fevral 08:57  

Ədəbiyyat

Smart mütaliəçi

21 Fevral 08:34

YAP xəbərləri

YAP xəbərləri

Yeni texnologiyalar

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

MEDİA

Müsahibə

Bizim müsahib

20 Fevral 09:16

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28