Güclü iradə və humanizm dəyərlərinin təntənəsi
06.02.2026 [14:20]
Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 2-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirdiyi görüş, keçmişdə mövcud olan gərginliyin tamamilə aradan qaldırılması və regional sabitliyin möhkəmləndirilməsi istiqamətində davam edən səylərin beynəlxalq səviyyədə etirafının göstəricisi kimi qiymətləndirilir. Görüş zamanı dövlət başçımızın Bakı ilə İrəvan arasında münasibətlərin normallaşdırılması prosesində müsbət impulsun qorunmasının vacibliyinə toxunması, ikitərəfli ticarətin başlaması, eləcə də Azərbaycandan Ermənistana neft məhsullarının ixracının müsbət addım kimi qiymətləndirilməsi artıq tərəflər arasında sülhün praktik faydalarının hiss olunmasına imkan yaradır.
Səfər çərçivəsində paytaxt Əbu-Dabi şəhərində keçirilən "Zayed İnsan Qardaşlığı Mükafatı"nın təqdimolunma mərasimi mühüm tarixi hadisə olmaqla, ali mükafatın öz həqiqi və layiqli sahibinə-Azərbaycan Prezidenti, cənab İlham Əliyevə təqdim edilməsi humanizm dəyərlərinin təntənəsi və ölkə rəhbərinin güclü iradəsinin nəticəsidir. Bu tarixi hadisə Azərbaycan Liderinin müasir dünya nizamında sülhün və humanizmin əsas təşəbbüskarı kimi tanınmasını və reallaşdırdığı siyasətin effektivliyini bir daha təsdiqləməklə, sülhün qarşılıqlı etimad sayəsində gerçəkliyə çevrilə bilən strateji hədəf olduğunu dünyaya bəyan etdi.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin banisi Şeyx Zayedin şərəfinə təsis edilmiş, Papa Fransisk və Əl-Əzhər Böyük İmamı tərəfindən dəstəklənən nüfuzlu qlobal sülh və insan qardaşlığı mükafatı dünyanın ən prestijli humanitar və sülh yönümlü təltiflərindən biri hesab olunur. Bu mükafat eyni zamanda illərdir davam edən ədalətsizliyə son qoyan, regionda sülh və sabitlik yaradan, xalqlar arasında humanizm körpüləri salan bir Liderin strateji dühasına verilən layiqli qiymət, ölkə rəhbərimizin diplomatik məharətinin və sülhə nail olmaq üçün göstərdiyi qətiyyətin dünya miqyasında tanınması və yüksək dəyərləndirilməsidir. Şeyx Zayedin adını daşıyan bu mükafatın Prezident İlham Əliyevə təqdim edilməsi Azərbaycanın sülhpərvər siyasətinin, insan qardaşlığı ideallarının bütün dünya üçün bir mayaka çevrildiyinin təsdiqidir.
Bu gün Prezident İlham Əliyevin adı qlobal sülh memarları ilə bir sırada çəkilir. O, təkcə öz xalqının maraqlarını qoruyan rəhbər deyil, həm də qlobal problemlərin həllində təşəbbüskar olan, sivilizasiyalararası dialoqa misilsiz töhfələr verən bir strateqdir.
Şeyx Zayedin adını daşıyan ali mükafata layiq görülməsini böyük şərəf adlandıran dövlətimizin başçısı sülh və insan qardaşlığı mövzusunda mühüm mesajlar verib bildirib ki, Əbu-Dabidəki bu mükafatlandırma mərasimi simvolikdir, çünki Ermənistan və Azərbaycan arasında danışıqların son mərhələsi ötən ilin iyul ayında Vaşinqtondakı tarixi sammitdən cəmi bir ay əvvəl burada baş tutmuşdu: "Burada, Əbu-Dabidə, qardaşımız Şeyx Məhəmmədin dəstəyi ilə sülhün bərqərar olması üçün yekun razılığa gəldik və sonra onu Vaşinqtonda rəsmiləşdirdik. Bir daha bu hörmətli və nüfuzlu mükafatı bizə təqdim etmək qərarını verən hər kəsə və sülhə çatmağımıza kömək edən hər kəsə minnətdarlığımı bildirmək istərdim". Prezident əlavə edib ki, bu nümunə hələ də müharibədə olanlar üçün öyrənilməli və yol xəritəsi kimi qəbul edilməlidir: "Bizim nümunəmiz göstərir ki, uzunmüddətli münaqişələrə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür". Prezidentin çıxışında Əbu-Dabinin adını xüsusi vurğulaması təsadüfi deyil. Bu, Azərbaycanın xarici siyasətində çoxşaxəlilik və regional tərəfdaşlığa verilən önəmi göstərir. Eyni zamanda sülhün yalnız Qərb mərkəzli deyil, həm də dost və qardaş ölkələrin platformasında əldə oluna biləcəyini sübut edir. Dövlət başçısının sülh prosesini digər münaqişələr üçün "yol xəritəsi" adlandırması xüsusi diqqət çəkir. Prezident mesaj verir ki, 30 illik işğal, dağıntılar və etimadsızlığa baxmayaraq, siyasi iradə olduqda sülh mümkündür.
Sözün əsil mənasında "8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan və Ermənistan arasında mühüm sənədlərin imzalanması, eləcə də sonradan Əbu-Dabidə baş tutan mükafatlandırma mərasimi, İlham Əliyevin özünü sərhəd xəttində dayanmağı bacaran və regionu sülhə, ticarətə, eləcə də nəqliyyat bağlılığına yönəldən siyasətçi rolunu təsbit etdi. Bu mükafat çoxillik qarşıdurmanı dayanıqlı sülh şəraitində birgəyaşayış prosesinə çevirən səylərin tanınmasının rəmzinə çevrildi.
Xüsusi olaraq qeyd etmək lazımdır ki, Vaşinqton Sammiti ilə Əbu-Dabi görüşlərinin bir-birini tamamlayan tədbirlər kimi təqdim edilməsi ölkəmizin balanslaşdırılmış xarici siyasətinin göstəricisidir. Bu, sülhün əldə olunmasında həm regional güclərin, həm də qlobal mərkəzlərin rolunun tanınmasıdır. Liderimiz beynəlxalq ictimaiyyətə göstərir ki, sülh, yalnız tərəflər arasında imzalanan müqavilə deyil, eyni zamanda qarşılıqlı hörmət, düzgün seçilmiş vasitəçilik və gələcək nəsillər üçün qurulan insan qardaşlığı körpüsüdür.
Əldə olunan uğurlar nə qədər əhəmiyyətli olsa da, Prezident İlham Əliyev üçün ən böyük və əvəzolunmaz mükafat xalqımızın sonsuz inamı və sevgisidir. Xalqın nəzərində Prezident İlham Əliyev ölkəmizi işğal boyunduruğundan qurtaran əsl xilaskar, bütün vədlərinə əməl edən, 44 günlük Vətən müharibəsində xalqın 30 illik həsrətinə son qoyan Müzəffər Ali Baş Komandan, Azərbaycanı güclü, qüdrətli və dünyada söz sahibi olan bir güc mərkəzinə çevirən, humanizm prinsiplərinə üstünlük verən güclü iradəyə malik Liderdir.
Vüqar İsayev,
YAP Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
21 Fevral 20:28
Dünya
21 Fevral 19:33
Hadisə
21 Fevral 18:15
Sosial
21 Fevral 17:26
YAP xəbərləri
21 Fevral 16:47
YAP xəbərləri
21 Fevral 14:56
YAP xəbərləri
21 Fevral 14:22
YAP xəbərləri
21 Fevral 13:29
YAP xəbərləri
21 Fevral 13:17
Siyasət
21 Fevral 12:53
YAP xəbərləri
21 Fevral 12:50
YAP xəbərləri
21 Fevral 12:45
Siyasət
21 Fevral 12:28
Gündəm
21 Fevral 12:11
Gündəm
21 Fevral 11:56
Elm
21 Fevral 11:38
Sosial
21 Fevral 11:14
İqtisadiyyat
21 Fevral 10:50
İqtisadiyyat
21 Fevral 10:35
Analitik
21 Fevral 10:17
Analitik
21 Fevral 09:52
Sosial
21 Fevral 09:33
Sosial
21 Fevral 09:10
Ədəbiyyat
21 Fevral 08:57
Ədəbiyyat
21 Fevral 08:34
Gündəm
21 Fevral 08:13
YAP xəbərləri
21 Fevral 07:25
YAP xəbərləri
20 Fevral 23:43
İqtisadiyyat
20 Fevral 23:32
Dünya
20 Fevral 22:45
Sosial
20 Fevral 22:20
Dünya
20 Fevral 21:52
YAP xəbərləri
20 Fevral 21:26
Dünya
20 Fevral 21:18
Dünya
20 Fevral 20:49
YAP xəbərləri
20 Fevral 20:30
İqtisadiyyat
20 Fevral 20:14
Dünya
20 Fevral 19:52
YAP xəbərləri
20 Fevral 19:37
Dünya
20 Fevral 19:15
Dünya
20 Fevral 18:53
YAP xəbərləri
20 Fevral 18:29
Sosial
20 Fevral 18:14
Dünya
20 Fevral 18:10
YAP xəbərləri
20 Fevral 17:33
YAP xəbərləri
20 Fevral 17:25
Sosial
20 Fevral 17:12
MEDİA
20 Fevral 17:08
Sosial
20 Fevral 17:06
YAP xəbərləri
20 Fevral 16:57
Sosial
20 Fevral 16:54
Siyasət
20 Fevral 16:42
YAP xəbərləri
20 Fevral 16:00
Yeni texnologiyalar
20 Fevral 15:43
Dünya
20 Fevral 15:23
Dünya
20 Fevral 14:52
Dünya
20 Fevral 14:18
Sosial
20 Fevral 13:50
Dünya
20 Fevral 13:47
Dünya
20 Fevral 13:20
Dünya
20 Fevral 12:55
Sosial
20 Fevral 12:49
Siyasət
20 Fevral 12:48
YAP xəbərləri
20 Fevral 12:46
Sosial
20 Fevral 12:36
Xəbər lenti
20 Fevral 12:33
Dünya
20 Fevral 12:14
Sosial
20 Fevral 12:03
Sosial
20 Fevral 12:00
Gündəm
20 Fevral 11:50

