Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / ABŞ-da immiqrasiya zabitlərinin üzərində müşahidə kameraları yerləşdiriləcək

ABŞ-da immiqrasiya zabitlərinin üzərində müşahidə kameraları yerləşdiriləcək

03.02.2026 [20:45]

ABŞ-ın daxili təhlükəsizlik naziri Kristi Noem bildirib ki, onun rəhbərlik etdiyi departament Minnesota ştatında fəaliyyət göstərən bütün hüquq-mühafizə orqanlarının əməkdaşlarının üzərində müşahidə kameraları yerləşdirəcək.

AZƏRTAC CNN telekanalına istinadla xəbər verir ki, nazir “X” platformasında bildirib: “Bu qayda dərhal qüvvəyə minəcək, Minneapolisdə hər bir zabitin üzərində müşahidə kameraları yerləşdiririk”. O əlavə edib ki, maliyyələşdirmə mümkün olduğundan, bu kameraların tətbiqi proqramı ölkə miqyasında genişləndiriləcək. “Biz sürətlə bu kameraları əldə edib ölkə daxilində DHS hüquq-mühafizə orqanlarında yerləşdirəcəyik”, - deyə nazir bildirib.

Bu açıqlama Minnesota ştatında bir aydan çoxdur davam edən ICE əməliyyatlarına və federal immiqrasiya agentləri tərəfindən atışmalara qarşı etirazlar fonunda verilib. Nümayişlər ötən ay iki nəfərin immiqrasiya xidməti zabitləri tərəfindən öldürülməsindən sonra daha da artıb.

Bu arada, ABŞ Prezidenti Donald Tramp zabitlərin üzərində müşahidə kameralarının yerləşdirilməsini onun qərarı olmadığını bildirib. “Mən bu qərarı ona ( Noemə-red.) buraxıram”, - deyə o, Ağ Evdə jurnalistlərə bildirib.

Eyni zamanda, Tramp bu qərarın hüquq-mühafizə orqanları üçün müsbət addım olduğunu bildirib. O əlavə edib: “Çünki insanlar baş verənlər barədə yalan danışa bilməyəcəklər. Əgər Noem bu tədbiri həyata keçirmək istəyirsə, mənim üçün heç bir problem yoxdur”.

Paylaş:
Baxılıb: 696 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30