Azərbaycanın müəyyən etdiyi regional reallıqlar
09.01.2026 [21:30]
Əli Paşayev
YAP Tərtər rayon təşkilatının məsləhətçisi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin mövcud siyasi mərhələsini dərindən anlamaq baxımından mühüm mənbə hesab olunur. Bu çıxış Azərbaycanın artıq yeni keyfiyyət mərhələsinə keçdiyini, dövlətçilik baxımından formalaşmış və idarəolunan sistemə malik olduğunu nümayiş etdirir.
Müsahibədə formalaşan əsas xətt ondan ibarətdir ki, Azərbaycan artıq öz gələcəyini müəyyən edən subyektdir. Burada söhbət yalnız siyasi suverenlikdən deyil, iqtisadi və ideoloji müstəqillikdən gedir. Dövlətin qərarvermə mexanizmləri daxili resurslara, milli maraqlara və uzunmüddətli strateji hesablamalara əsaslanır. Bu yanaşma Azərbaycanın regional və beynəlxalq mühitdə özünü daha inamlı aparmasına imkan yaradır.
Müsahibənin mühüm istiqamətlərindən biri əldə olunmuş reallıqların dönməzliyidir. Dövlətin bütün ərazilər üzərində real idarəetmə imkanlarına malik olması təkcə hüquqi fakt deyil, həm də siyasi və sosial reallıq kimi çıxış edir. Bu vəziyyət ölkə daxilində sabitliyin möhkəmlənməsinə, idarəetmədə vahidliyin təmin olunmasına və milli təhlükəsizlik sisteminin daha effektiv işləməsinə zəmin yaradır.
Prezident İlham Əliyev müsahibəsində vurğuladı ki, son illərdə əldə edilən uğurlar qısa müddətli və ya situativ qərarların nəticəsi deyil. Onun sözlərinə görə, bugünkü reallıqlar uzun illər davam edən ardıcıl, prinsipial və milli maraqlara əsaslanan siyasətin məntiqi nəticəsidir. Dövlət başçısı açıq şəkildə bildirdi ki, Azərbaycan öz inkişaf yolunu heç vaxt kənar təsirlərlə müəyyən etməyib və etməyəcək. Bu mövqe ölkənin siyasi müstəqilliyinin əsas sütunlarından biri kimi çıxış edir.
Prezident İlham Əliyevin müsahibəsində xüsusi diqqət yetirdiyi məsələlərdən biri Azərbaycanın suverenliyinin tam təmin olunması idi. Onun sözlərinə görə, suverenlik anlayışı yalnız hüquqi sənədlərlə ölçülmür, real idarəetmə, təhlükəsizlik və iqtisadi nəzarətlə təsdiqlənir. Prezident vurğuladı ki, bu gün Azərbaycan öz ərazisində bütün proseslərə tam nəzarət edir və bu fakt beynəlxalq aləmdə də qəbul olunur. Bu reallıq dövlətçilik baxımından yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər.
Prezident İlham Əliyev daxili siyasi proseslərə toxunarkən vurğuladı ki, dövlət idarəçiliyində əsas məqsəd vətəndaşa xidmət anlayışının gücləndirilməsidir. Onun sözlərinə görə, dövlət strukturlarının fəaliyyəti insanların gündəlik həyatında müsbət dəyişikliklər yaratmalıdır. Prezident qeyd etdi ki, islahatların əsas ölçüsü kağız üzərində qəbul edilən qərarlar deyil, real nəticələrdir. Bu baxımdan məsuliyyət daşımayan, etimadı doğrultmayan məmurlarla bağlı sərt mövqenin davam etdiriləcəyi açıq şəkildə ifadə olundu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 05 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibə ölkənin müasir siyasi tarixində mühüm yer tutan çıxışlardan biri kimi qiymətləndirilə bilər. Bu müsahibə təkcə ötən dövrün nəticələrinin sadalanması ilə məhdudlaşmadı, eyni zamanda Azərbaycanın mövcud vəziyyəti, regional və qlobal proseslərdə rolu, eləcə də gələcək strateji xətti barədə əhatəli baxış ortaya qoydu. Prezident İlham Əliyevin fikirləri bir daha göstərdi ki, Azərbaycan artıq hadisələrin təsiri altında olan deyil, hadisələrin gedişinə təsir edən dövlətdir.
Müsahibənin yekun hissəsində Prezident İlham Əliyev qarşıdakı illərdə ölkə daha da güclənəcək, iqtisadi və siyasi mövqelərini möhkəmləndirəcəyini qeyd etdi . Prezident xüsusi olaraq vurğuladı ki, xalq-dövlət birliyi Azərbaycanın ən böyük gücüdür. Bu birlik mövcud olduqca Azərbaycan qarşısında duran bütün çağırışların öhdəsindən uğurla gələcək.
Xəbər lenti
Hamısına baxDünya
20 Aprel 09:17
Gündəm
20 Aprel 09:08
Dünya
20 Aprel 08:49
Dünya
20 Aprel 08:23
Dünya
20 Aprel 08:20
Dünya
20 Aprel 07:57
Elm
19 Aprel 23:18
Dünya
19 Aprel 22:35
Dünya
19 Aprel 21:20
Hadisə
19 Aprel 20:33
Hadisə
19 Aprel 19:15
Siyasət
19 Aprel 19:11
Sosial
19 Aprel 19:09
Sosial
19 Aprel 18:27
Dünya
19 Aprel 17:24
Gündəm
19 Aprel 16:53
Maraqlı
19 Aprel 16:39
Analitik
19 Aprel 14:32
Dünya
19 Aprel 14:25
Dünya
19 Aprel 13:41
Dünya
19 Aprel 12:38
Siyasət
19 Aprel 11:24
Dünya
19 Aprel 11:06
Dünya
19 Aprel 10:50
Dünya
19 Aprel 10:17
Siyasət
19 Aprel 09:45
Dünya
19 Aprel 09:22
Dünya
19 Aprel 08:51
İdman
19 Aprel 08:38
Dünya
19 Aprel 08:09
Siyasət
19 Aprel 08:03
Siyasət
19 Aprel 08:02
Siyasət
19 Aprel 08:00
Siyasət
19 Aprel 07:59
Elm
19 Aprel 07:55
Elm
19 Aprel 07:31
Siyasət
19 Aprel 02:16
Siyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15

