Hər zaman bir yerdə!
19.11.2025 [11:17]
Azərbaycan və Türkiyənin qardaşlıq münasibətləri tarixə söykənir, dövlətlərin, liderlərin qətiyyətli siyasi iradələrindən və cəmiyyətlərin, xalqların istəyindən güc alır
Dünyada Azərbaycan və Türkiyə qədər bir-birinə yaxın olan iki dövlət tapmaq mümkün deyil. Bu gün iki ölkənin qardaşlıq prinsipinə əsaslanan münasibətləri zirvədədir və bu qardaşlığa hansısa bir formada xələl gətirə biləcək qüvvə yoxdur. Çünki bu dostluq, qardaşlıq tarixə söykənir, dövlətlərin, liderlərin qətiyyətli siyasi iradələrindən və cəmiyyətlərin, xalqların istəyindən güc alır. Əsas məqam ondan ibarətdir ki, hər iki dövlət və xalq münasibətləri qorumaq və gələcəkdə daha da möhkəmlətmək əzmindən çıxış edir. Bununla bağlı Türkiyə Prezidenti RəcəbTayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində növbəti dəfə səmimi fikirlərini ifadə edib.
Daim sevincini və kədərini bölüşən iki qardaş ölkə
Azərbaycanda da çox sevilən və böyük hörmət bəslənilən Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə “Bir millət, iki dövlət!” anlayışı ilə bundan sonra da Azərbaycanın yanında olacaq. Qardaş ölkənin dövlət başçısı bu fikri reallığa əsaslanmaqla dilə gətirib. Həqiqətən də, iki ölkə hər zaman bir yerdədirlər və hər zaman da kədərlərini və sevinclərini bir-biri ilə bölüşürlər. İki ölkənin münasibətlərini sınaqlarda bərkiyən qardaşlıq kimi səciyyələndirmək daha doğru olardı.
Azərbaycan və Türkiyə çətin günlərin dostlarıdırlar. Dövlətimizin başçısının qeyd etdiyi kimi, Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub. Qardaş xalqlar yalnız xoş günlərin sevincini bölüşmür, həm də dar gündə bir-birinə dayaq durur, ehtiyac yarananda köməyə tələsirlər. Buna aid həm tarixdən, həm də müasir dövrdən çoxlu nümunələr göstərmək mümkündür. Qardaş ölkə artıq tarixdə qalan Qarabağ münaqişəsinin davam etdiyi üç onillik ərzində həmişə Azərbaycana dəstək verib. Biz Türkiyənin qətiyyətli dəstəyini 44 günlük Vətən müharibəsi zamanı bir daha gördük. Müharibənin ilk günlərindən başda qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla əksər yüksəksəviyyəli rəsmiləri Türkiyənin Azərbaycanın yanında olduğunu bildirən bəyanatlarla çıxış etdilər. Türkiyənin bu mənəvi-siyasi dəstəyi Azərbaycana güc verdi. Nəticədə, Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Qələbə qazanaraq respublikamızın ərazi bütövlüyünü təmin etdi. Postmüharibə mərhələsində də qardaş Türkiyə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə start verdiyi genişmiqyaslı bərpa işlərində yaxından iştirak edir. Prezident İlham Əliyev noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi paraddakı çıxışında qardaş ölkənin, şəxsən Prezident Rəcəb Tayyib Ərdoğanın Vətən müharibəsi günlərində Azərbaycana dəstəyini minnətdarlıq hissi ilə xatırlayaraq vurğulayıb: “Əziz qardaşım İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana, Azərbaycan xalqına, Azərbaycan Ordusuna öz dəstəyini göstərirdi. Onun verdiyi siyasi və mənəvi dəstək bizə əlavə güc verirdi, bizi ruhlandırırdı. Qardaş Türkiyə xalqı hörmətli Prezident Ərdoğanın liderliyi ilə Azərbaycana müntəzəm olaraq dəstək göstərmişdir. Müharibə zamanı onun “Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır!” deməsi bütün dünyaya çox ciddi mesaj idi. Azərbaycan xalqı bu qardaş dəstəyini heç vaxt unutmayacaq”.
Öz növbəsində Azərbaycan da ən çətin vaxtlarında Türkiyəni tək buraxmır. Azərbaycan indiyədək Ermənistanın qardaş ölkəyə qarşı irəli sürdüyü saxta soyqırımı və ərazi iddialarının beynəlxalq səviyyədə ifşa olunmasında mühüm rol oynayıb. 2016-cı il iyulun 15-dən 16-na keçən gecə Türkiyədə xəyanətkar qüvvələr tərəfindən dövlət çevrilişinə cəhd göstərildi. Təbii ki, həmin gecə Azərbaycan xalqının da ürəyi qardaş Türkiyə ilə döyünürdü. Dövlət çevrilişinə cəhd hadisələri Azərbaycanın siyasi rəhbərliyi, şəxsən Prezident İlham Əliyev tərəfindən birmənalı şəkildə qınanıldı və Türkiyənin qanuni hakimiyyətinə həmrəylik nümayiş etdirildi.
2023-cü il fevralın 6-da Türkiyə dəhşətli zəlzələ xəbəri ilə silkələndi. Episentri Kahramanmaraş şəhərinə düşən 7,7 və 7,6 bal gücündəki dağıdıcı zəlzələ qardaş ölkənin tarixində ən faciəvi səhifələrdən biridir. Həmin faciə zamanı da Azərbaycan Türkiyəni tək buraxmadı. Dövlətimizin başçısının bildirdiyi kimi, Azərbaycan xalqı bu faciəni öz faciəsi kimi qəbul etdi. İlk gündən on minlərlə azərbaycanlı Bakıda, Azərbaycanın müxtəlif şəhərlərində insani yardım göstərmək üçün məntəqələrə gəlib öz qardaşlıq borcunu yerinə yetirməyə başlamışdır.
Kahramanmaraşda Prezident İlham Əliyevin xüsusi tapşırığı əsasında “Azərbaycan” məhəlləsinin yaradılması ölkəmizin Türkiyəyə qardaşlıq dəstəyinin daha bir nümunəsidir. Məhəllənin tikintisinə 100 milyon ABŞ dolları (170 milyon AZN) vəsait ayrılıb və tikinti işləri Azərbaycanın Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən həyata keçirilib. 27,6 hektarlıq ərazini əhatə edən məhəllədə 1194 mənzildən ibarət 68 yaşayış binası, Heydər Əliyev adına ibtidai məktəb, uşaq bağçası, mədəniyyət mərkəzi və digər sosial obyektlər inşa olunub. “Azərbaycan” məhəlləsinin Baş planı üzrə 7, 8, 11 və 12-ci kvartalların tikintisi tamamlanıb. 4 kvartalda 26 yaşayış binası yerləşir. Binalar hamısı 4 mərtəbəlidir. Bu binalarda, ümumilikdə, 456 mənzil, 328 qeyri-yaşayış obyekti inşa edilib.
Azərbaycanın qardaşlıq dəstəyi Türkiyə dövləti və cəmiyyəti tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan FHN-nin xilasedicilərinin, Müdafiə Nazirliyinin Tibb Xidməti əməkdaşlarının və zəlzələdən sonra Türkiyəyə gedən gənc könüllülərin bir qismi “Yüksək Fədakarlıq Ordeni və Medalı” ilə təltif edilib. “Əlbəttə, əziz qardaşlar, bu çətin dövrdə ölkəmizin köməyinə ilk gələnlərdən biri Can Azərbaycandır. Fəlakət xəbərini alar-almaz “Səninləyəm, Türkiyəm!” deyərək qardaş köməyi başladan, avtomobilinin tavanına varını-yoxunu yığaraq millətimizə kömək etməyə çalışan, duaları, dəstəkləri, səmimi göz yaşları ilə kədərimizi bölüşən Azərbaycan xalqının həmrəyliyini heç vaxt unuda bilmərik və unutmayacağıq. Xüsusilə, İlham qardaşımızın və hörmətli həyat yoldaşı Mehriban xanımın yardım səfərbərliyimizə verdiyi böyük töhfənin könlümüzdə daim ayrı bir yeri var”, - deyə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan vurğulayıb.
Şuşa Bəyannaməsi ilə rəsmiləşən Azərbaycan-Türkiyə müttəfiqliyi
Prezident İlham Əliyev dəfələrlə belə bir fikri ifadə edib ki, Azərbaycan və Türkiyə onsuz da müttəfiqlər idilər, ancaq Şuşa Bəyannaməsi ilə bu müttəfiqlik rəsmiləşdi. Azərbaycanla Türkiyə arasında 2021-ci il 15 iyun tarixində imzalanan Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bəhs olunan sənəddə Vətən müharibəsində Azərbaycanın şanlı qələbəsi sayəsində regionda yaranan yeni reallıqlar nəzərə alınıb. Bəyannamədə müharibədən sonrakı mərhələdə Qafqaz regionunda sabitliyin, təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi-nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində birgə səylərin artırılmasının zəruriliyi vurğulanıb.
Bəyannamədə tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərilməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur.
Türkiyənin Cənubi Qafqazda sülhyaratma prosesinə davamlı dəstəyi
Qalib Azərbaycanın yaratdığı yeni reallıqlar Ermənistanın işğalçılıq siyasətinə görə otuz il ərzində münaqişə meydanına çevrilən Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və əməkdaşlığın təmin olunması üçün geniş imkanlar açıb. Respublikamız müharibə başa çatdıqdan sonra o mövqedən çıxış etdi ki, yaranan imkanlardan istifadə olunmalı və regionda müharibə səhifəsi birdəfəlik bağlanmalıdır. Bu proses Prezident İlham Əliyevin davamlı səyləri sayəsində irəlilədi. Cari il avqustun 8-də Vaşinqtonda, Ağ Evdə, dünyanın bir nömrəli ofisində Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş” paraflandı. Bununla Azərbaycan və Ermənistan otuz ildən artıq davam edən münaqişəyə son qoymaq niyyətlərini və sülhə sadiq olduqlarını təsdiqləmiş oldular.
Beləliklə, onilliklər ərzində müharibə riskləri, təhdidlərlə üz-üzə dayanmış Cənubi Qafqaz regionu heç vaxt olmadığı qədər sülhə yaxındır. Artıq bir çox cəhətdən son dərəcə həssas coğrafiyada müharibəsiz yeni bir dönəm başlayır. Vaşinqtonda Prezident Donald Trampın vasitəçiliyi ilə paraflanan sənəddə iki ölkənin gələcək münasibətlərinin təməl prinsipləri öz əksini tapıb ki, bu da tərəflər üçün böyük məsuliyyət yaradır.
Postmüharibə dövründə Azərbaycanın təşəbbüsü ilə başlayan sülhyaratma prosesinə Türkiyə lap əvvəldən dəstək verib. Qardaş ölkənin siyasiləri, o cümlədən də Prezident Rəcəb Tayyib Ərdoğan dəfələrlə Azərbaycanla Ermənistan arasında ikitərəfli formatda aparılan müzakirələri alqışladıqlarını bildiriblər. Türkiyə həmçinin regionda nəqliyyat bağlantılarının inkişafının, o cümlədən də Zəngəzur dəhlizinin (Tramp marşrutunun) yaradılmasının tərəfdarıdır. Ankara özünün Cənubi Qafqaz siyasətinə gələcəkdə də sadiq qalacaq. Bunu diqqətə çatdıran Rəcəb Tayyib Ərdoğan “Cənubi Qafqazda sabitliyin bərqərar olması və iqtisadi inkişaf üçün bundan sonra da öhdəmizə düşəni edəcəyik”, - deyə vurğulayıb.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxSosial
19 Noyabr 08:30
Sosial
19 Noyabr 08:19
YAP xəbərləri
18 Noyabr 23:51
YAP xəbərləri
18 Noyabr 23:18
YAP xəbərləri
18 Noyabr 22:35
İdman
18 Noyabr 22:10
İqtisadiyyat
18 Noyabr 21:50
YAP xəbərləri
18 Noyabr 21:19
Siyasət
18 Noyabr 20:57
Siyasət
18 Noyabr 20:34
YAP xəbərləri
18 Noyabr 20:32
Dünya
18 Noyabr 20:19
Siyasət
18 Noyabr 19:56
Diaspor
18 Noyabr 19:45
Siyasət
18 Noyabr 19:41
YAP xəbərləri
18 Noyabr 19:30
Dünya
18 Noyabr 19:18
Sosial
18 Noyabr 19:06
Xəbər lenti
18 Noyabr 18:57
YAP xəbərləri
18 Noyabr 18:43
YAP xəbərləri
18 Noyabr 17:31
YAP xəbərləri
18 Noyabr 17:14
Siyasət
18 Noyabr 16:53
YAP xəbərləri
18 Noyabr 16:20
Xəbər lenti
18 Noyabr 16:17
İqtisadiyyat
18 Noyabr 16:16
Sosial
18 Noyabr 16:16
YAP xəbərləri
18 Noyabr 16:06
YAP xəbərləri
18 Noyabr 16:02
YAP xəbərləri
18 Noyabr 16:01
YAP xəbərləri
18 Noyabr 16:00
Dünya
18 Noyabr 15:39
YAP xəbərləri
18 Noyabr 15:18
Dünya
18 Noyabr 15:18
Dünya
18 Noyabr 15:17
Xəbər lenti
18 Noyabr 15:06
YAP xəbərləri
18 Noyabr 14:52
Dünya
18 Noyabr 14:43
Dünya
18 Noyabr 14:19
YAP xəbərləri
18 Noyabr 14:17
Dünya
18 Noyabr 13:21
Dünya
18 Noyabr 12:48
Dünya
18 Noyabr 12:16
İqtisadiyyat
18 Noyabr 12:08
İqtisadiyyat
18 Noyabr 11:47
Hadisə
18 Noyabr 11:47
Gündəm
18 Noyabr 11:45
Siyasət
18 Noyabr 11:13
MEDİA
18 Noyabr 10:59
İqtisadiyyat
18 Noyabr 10:41
Siyasət
18 Noyabr 10:25
İqtisadiyyat
18 Noyabr 10:14
Ədəbiyyat
18 Noyabr 09:58
Analitik
18 Noyabr 09:33
Analitik
18 Noyabr 09:16
Mədəniyyət
18 Noyabr 08:50
Sosial
18 Noyabr 08:37
Sosial
18 Noyabr 08:37
Mədəniyyət
18 Noyabr 08:32
Dünya
18 Noyabr 08:19
Sosial
18 Noyabr 08:18
Dünya
18 Noyabr 03:54
YAP xəbərləri
17 Noyabr 23:17
YAP xəbərləri
17 Noyabr 23:04
YAP xəbərləri
17 Noyabr 22:53
Diaspor
17 Noyabr 22:43
İdman
17 Noyabr 22:35
YAP xəbərləri
17 Noyabr 22:16
YAP xəbərləri
17 Noyabr 21:32
Hadisə
17 Noyabr 21:14

