Bakı-Vaşinqton əlaqələri yeni mərhələdə
19.11.2025 [10:37]
“Ortaq baxışlar: Strateji tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu” forumu keçirilib
Azərbaycan dövlətinin yürütdüyü praqmatik, əməkdaşlığa istinad edən, xüsusilə bərabərhüquqlu şəkildə qarşılıqlı maraqların qorunmasını özündə birləşdirən siyasət ölkəmizi dünyada etibarlı tərəfdaş kimi xarakterizə edir. Bakı bölgədə formalaşan reallıqlar əsasında vacib və müasir çağırışlara əsaslanan konfiqurasiya yaradır, yeni siyasi-iqtisadi nizama töhfə verir. Bu isə əməkdaşlıqda maraqlı olan dövlətlər üçün əlaqələrin daha da güclənməsi perspektivini ön plana çəkir. Həm çoxtərəfli, həm də ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verən Azərbaycanın bu geniş diapazonlu fəaliyyəti dünyanın aparıcı dövlətləri tərəfindən də təqdir olunur. Rəsmi Bakı ilə strateji təmasların gücləndirilməsi istiqamətində atılan addımlar bunu təsdiqləyir. Xüsusi olaraq qeyd edilməlidir ki, bu məsələ güc mərkəzlərinin də gündəliklərində ən aktual prioritet kimi göstərilir. Bu mənada, Azərbaycan ilə ABŞ arasındakı münasibətlər xüsusilə diqqəti cəlb edir. Qeyd edilməlidir ki, Donald Trampın yenidən dövlət başçısı seçilməsi ilə ABŞ - Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub - son dövrlərdə daha yüksək temp qazanan əməkdaşlıq əlaqələri bu mənada, xüsusi vurğulanmalıdır. Avqustda Vaşinqtonda keçirilən görüşlər, iki ölkə Prezidentinin Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Anlaşma Memorandumunu imzalaması münasibətləri yeni mərhələyə daşıyır. ABŞ ilə Azərbaycan arasında əməkdaşlığın inkişafının perspektivləri aydın və çoxşaxəlidir - rəsmi Vaşinqton ölkəmizin regionda yaratdığı yeni reallıqları yüksək dəyərləndirir. Bu isə ABŞ-ın Azərbaycanın yaxın tərəfdaşı olması həqiqətini növbəti dəfə nümayiş etdirməklə yanaşı, əlaqələri daha da möhkəmləndirməkdə maraqlı olduğunu sübut edir. Bakıda Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən “Ortaq baxışlar: Strateji tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu” mövzusuna həsr edilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin birinci Forumu da məhz bu reallıqların mühüm təzahürüdür. Tədbirdə çıxış edən BMTM rəhbəri Fərid Şəfiyev forumun əhəmiyyətindən danışıb. O vurğulayıb ki, 8 avqust görüşü Azərbaycan-ABŞ əməkdaşlığı üçün yeni imkanlar açır. Son 30 il ərzində əməkdaşlığımız əsasən enerji sektorunda olub, lakin hazırda digər sahələrdə də tərəfdaşlıq üçün geniş perspektivlər mövcuddur.
Səfirlərimiz Beyin Mərkəzləri ilə bağlı müzakirələri diqqətlə izləməlidir
Forumda çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev qeyd edib ki, səfirlərimiz Beyin Mərkəzləri ilə bağlı müzakirələri diqqətlə izləməlidir. “Vaşinqtona getdiyim ilk gündən ABŞ-da gördüyüm çoxsaylı maraqlı məqamlar diqqətimi çəkib. Məni ən çox təəccübləndirən isə Beyin Mərkəzlərinin geniş şəbəkəsi və onların intensiv fəaliyyəti olub. Həmin illər ərzində yeni dostlar qazandığımı və müxtəlif ölkələrin ABŞ-da özlərini necə təqdim etdiklərini xatırlayıram. O dövrdə, Azərbaycandan ABŞ-a səfər edənlər çox az idi və diplomatiya mənim üçün tamamilə yeni bir sahə sayılırdı. ABŞ-da Azərbaycan barədə məlumat isə kifayət qədər deyildi, ölkəmizi tanımırdılar. Lakin bu gün dünyanın bir çox ölkəsində Azərbaycana böyük maraq göstərilir”, - deyə H.Paşayev vurğulayıb.
Atlantik Konsul Beyin Mərkəzinin Avrasiya şöbəsinin baş direktoru Con Herbst bildirib ki, ilk Azərbaycan-ABŞ forumunun keçirilməsi gələcəkdə genişlənən əməkdaşlığa, Bakı-Vaşinqton qarşılıqlı işbirliyinə töhfə verəcək. Biz Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə müxtəlif formatlarda sıx əməkdaşlıq edəcəyik ki, belə forumlar gələcəkdə də keçirilsin. “Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp arasında keçirilmiş görüşlərin nəticələri həm Azərbaycan, həm də regionun qonşu dövlətləri üçün olduqca uğurlu hesab edilir. ABŞ-Azərbaycan münasibətlərində dönüş nöqtəsi isə Prezident İlham Əliyev, Prezident Donald Tramp və Baş nazir Nikol Paşinyan arasında imzalanan vacib sənəd oldu. Bu, Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması üçün mühüm bir zəmin yaradıb”, - deyə Con Herbst əlavə edib.
Azərbaycanın qazandığı Zəfər regionda yeni reallıqlar yaradıb...
“AnewZ” media qurumunun baş redaktor müavini Orxan Amaşovun moderatorluğu ilə keçirilən sessiyada “Vaşinqton sammitinin qiymətləndirilməsi və ABŞ-Azərbaycan əlaqələrinə təsiri” mövzusu müzakirə olunub. Avrasiya Təhlükəsizlik və Rifah Proqramının Baş direktoru Kamran Bokhari Cənubi Qafqazda güclər balansının ciddi şəkildə dəyişdiyinə diqqət çəkib: “Azərbaycanın müharibədə qazandığı Zəfər regionda yeni reallıqlar yaradıb. Artıq Cənubi Qafqaz özü geniş geosiyasi dəhlizə çevrilə biləcək potensiala malikdir. Bu isə olduqca mühüm məsələdir”. O qeyd edib ki, Azərbaycanla Naxçıvanı birləşdirən, Ermənistandan keçməsi nəzərdə tutulan dəhliz də bu baxımdan strateji əhəmiyyət daşıyır. Müharibədən dərhal sonra iki dövlət arasında əldə edilən razılaşmalarda da bu məsələ xüsusi müzakirə olunub. “Tramp administrasiyası da bu marşruta xüsusi diqqət ayırıb, çünki həmin xətt Qərb-Şərq əlaqələrinin genişlənməsi üçün yeni imkanlar yaradır. Bu, eyni zamanda, ABŞ-ın Azərbaycanla münasibətlərində yeni bir mərhələ və Vaşinqtonun Cənubi Qafqaz regionuna indiyədək olmadığı qədər yaxınlaşması deməkdir”, - deyə Kamran Bokhari vurğulayıb.
O, Azərbaycanın regionda söz sahibi olan bir aktora çevrildiyinə diqqət çəkərək deyib: “Şimal və Cənub qonşularının strateji çətinliklərlə üzləşdiyi bir zamanda Azərbaycanın xüsusilə vasitəçilik sahəsində mühüm rol oynadığını görürük. Çünki ətraf ölkələr müharibələr və müxtəlif geosiyasi çaxnaşmalardan əziyyət çəkir. Azərbaycanın ətrafında proseslər sürətlə dəyişir və bu vəziyyət ölkə üçün yeni imkanlar yaradır. Düşünürəm ki, Azərbaycan bu imkanlardan uğurla istifadə edir”.
İkitərəfli dialoqda dinamika...
Milli Məclisin deputatı Fariz İsmayılzadə bildirib ki, ABŞ-ın Xəzər regionuna artan marağı müşahidə edilir. Vaşinqton sənədlərinin imzalanması ABŞ-ın artan marağının çox mühüm bir mərhələsi olub. “Artıq ikitərəfli dialoqda dinamika var. Azərbaycanda iqtisadiyyatın digər sahələrinə, o cümlədən bərpaolunan enerji, nəqliyyat-logistika, texnologiyalar sahələrinə sərmayə, yeni gəlir gətirə biləcək istiqamətlərə diqqət yetirir. Düşünürəm ki, burada ABŞ-ın rolu çox vacib ola bilər. Burada ABŞ texnologiyasını, texnologiyaların transferini, investisiyaları nəzərdə tuturam. Ölkəmiz ABŞ-Azərbaycan münasibətlərinin bu yeni səhifəsinə iqtisadi və texnoloji inkişaf prizmasından baxır. Buraya, həmçinin süni intellekt də daxildir. Bu sahədə Azərbaycanın elə də böyük təcrübəsi yoxdur və biz ABŞ-dan öyrənə bilərik”.
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin sədri Fərhad Məmmədov isə ABŞ-ın sabiq Prezidenti Co Bayden administrasiyasının fəaliyyətini xatırladaraq bildirib: “Baydenin regionla bağlı apardığı siyasət gözlənilən nəticələri vermədi. Azərbaycan öz ərazilərini işğaldan azad etsə də, Bayden administrasiyası həmin dövrdə birtərəfli və qərəzli yanaşma nümayiş etdirdi. Bu yanaşma Azərbaycan ilə ABŞ arasındakı ikitərəfli əlaqələrin gərginləşməsinə səbəb oldu və erməni lobbisinin təsiri ABŞ-ın mövqeyini xeyli uğursuzlaşdırdı”.
F.Məmmədov Donald Trampın ABŞ-da prezident seçilməsinin Ermənistan hakimiyyətinə ciddi təsir göstərdiyini vurğulayıb. O, Tramp administrasiyasının məsələyə daha hüquqi balansla yanaşdığını qeyd edərək deyib: “Üçtərəfli Bəyannamə imzalandıqdan sonra Ermənistan və Azərbaycan bu formatı yeganə müzakirə platforması kimi qəbul edir. Həmin görüşdən sonra sülh müqaviləsinin hazırlanması istiqamətində konkret addımlar atılıb”.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxSosial
19 Noyabr 08:30
Sosial
19 Noyabr 08:19
YAP xəbərləri
18 Noyabr 23:51
YAP xəbərləri
18 Noyabr 23:18
YAP xəbərləri
18 Noyabr 22:35
İdman
18 Noyabr 22:10
İqtisadiyyat
18 Noyabr 21:50
YAP xəbərləri
18 Noyabr 21:19
Siyasət
18 Noyabr 20:57
Siyasət
18 Noyabr 20:34
YAP xəbərləri
18 Noyabr 20:32
Dünya
18 Noyabr 20:19
Siyasət
18 Noyabr 19:56
Diaspor
18 Noyabr 19:45
Siyasət
18 Noyabr 19:41
YAP xəbərləri
18 Noyabr 19:30
Dünya
18 Noyabr 19:18
Sosial
18 Noyabr 19:06
Xəbər lenti
18 Noyabr 18:57
YAP xəbərləri
18 Noyabr 18:43
YAP xəbərləri
18 Noyabr 17:31
YAP xəbərləri
18 Noyabr 17:14
Siyasət
18 Noyabr 16:53
YAP xəbərləri
18 Noyabr 16:20
Xəbər lenti
18 Noyabr 16:17
İqtisadiyyat
18 Noyabr 16:16
Sosial
18 Noyabr 16:16
YAP xəbərləri
18 Noyabr 16:06
YAP xəbərləri
18 Noyabr 16:02
YAP xəbərləri
18 Noyabr 16:01
YAP xəbərləri
18 Noyabr 16:00
Dünya
18 Noyabr 15:39
YAP xəbərləri
18 Noyabr 15:18
Dünya
18 Noyabr 15:18
Dünya
18 Noyabr 15:17
Xəbər lenti
18 Noyabr 15:06
YAP xəbərləri
18 Noyabr 14:52
Dünya
18 Noyabr 14:43
Dünya
18 Noyabr 14:19
YAP xəbərləri
18 Noyabr 14:17
Dünya
18 Noyabr 13:21
Dünya
18 Noyabr 12:48
Dünya
18 Noyabr 12:16
İqtisadiyyat
18 Noyabr 12:08
İqtisadiyyat
18 Noyabr 11:47
Hadisə
18 Noyabr 11:47
Gündəm
18 Noyabr 11:45
Siyasət
18 Noyabr 11:13
MEDİA
18 Noyabr 10:59
İqtisadiyyat
18 Noyabr 10:41
Siyasət
18 Noyabr 10:25
İqtisadiyyat
18 Noyabr 10:14
Ədəbiyyat
18 Noyabr 09:58
Analitik
18 Noyabr 09:33
Analitik
18 Noyabr 09:16
Mədəniyyət
18 Noyabr 08:50
Sosial
18 Noyabr 08:37
Sosial
18 Noyabr 08:37
Mədəniyyət
18 Noyabr 08:32
Dünya
18 Noyabr 08:19
Sosial
18 Noyabr 08:18
Dünya
18 Noyabr 03:54
YAP xəbərləri
17 Noyabr 23:17
YAP xəbərləri
17 Noyabr 23:04
YAP xəbərləri
17 Noyabr 22:53
Diaspor
17 Noyabr 22:43
İdman
17 Noyabr 22:35
YAP xəbərləri
17 Noyabr 22:16
YAP xəbərləri
17 Noyabr 21:32
Hadisə
17 Noyabr 21:14

