Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Yaxın Şərq üçün plan təsdiqləndi...

Yaxın Şərq üçün plan təsdiqləndi...

19.11.2025 [09:15]

BMT Sülh Şurasının yaranmasına razılıq verdi

Qlobal təhlükəsizliyi təhdid edən əsas münaqişə ocaqlarından sayılan Yaxın Şərqə sabitlik gələ bilər. Belə ki, BMT Təhlükəsizlik Şurası Qəzzada Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) yerləşdirilməsi ilə bağlı ABŞ-ın qətnaməsini qəbul edib. Təhlükəsizlik Şurası qətnamənin lehinə səs verib - səsvermənin nəticələrinə əsasən 13 lehinə və iki bitərəf səs verib. Qətnamənin əleyhinə səs verən olmayıb. ABŞ tərəfindən təqdim edilən mətndə İsrail və Misirlə əməkdaşlıq edəcək Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (ISF) yerləşdirilməsi və orada keçid idarəetməsinin qurulması üçün mandatın verilməsi qeyd olunur.

Xatırladaq ki, oktyabrın 13-də Şarm əl-Şeyxdə Yaxın Şərq Sülh Sammitində bununla bağlı sülh sazişi imzalanmışdı. Sazişin imzalanması prosesində İsrail və HƏMAS-ın nümayəndələri iştirak etməmişdilər - sənədi 4 vasitəçi ölkə imzalamışdı: ABŞ, Qətər, Misir və Türkiyə. Dünyanın 20-dən artıq liderinin iştirakı ilə keçirilən mərasimdə imzalanan sənədin Qəzza zolağı ətrafındakı vəziyyətə müəyyən aydınlıq gətirəcəyinə ümid bəslənilirdi.

Sənədə əsasən...

Plan Qəzza zolağını sabitləşdirmək üçün beynəlxalq qüvvələrin yaradılmasını və Avropa Birliyi, Böyük Britaniya və ABŞ tərəfindən terror təşkilatı kimi tanınan radikal islamçı HƏMAS hərəkatının tərksilah edilməsini tələb edir. Həmçinin keçid Fələstin Muxtariyyətinin yaradılmasını özündə əks etdirir. Donald Trampın müəllifi olduğu planda 20 bənd üzrə görülməsi nəzərdə tutulan işlərin müəyyən mərhələlər üzrə aparılması yer alır. Əsas mərhələ sayılan 3-cü mərhələdə idarəetmə və yenidənqurma işlərinə start verilməsi planlaşdırılır. Bu mərhələdə Fələstin texnokratlarının rəhbərlik etdiyi və gündəlik həyatı idarə etmək və infrastrukturun bərpasına nəzarət etmək üçün beynəlxalq qurum tərəfindən nəzarət edilən keçid administrasiyasının yaradılması planlaşdırılır. Humanitar yardımın çatdırılmalarının səmərəliliyini və ədalətliliyini təmin etmək üçün BMT və Qızıl Aypara kimi beynəlxalq təşkilatlar da prosesdə nəzarətçi kimi iştirak edəcək. Bundan əlavə, icmalarını yenidən qurmağı seçənlərə dəstək verməklə fələstinliləri Qəzzada qalmağa təşviq etmək planlaşdırılır. Strategiya Fələstinin uğurlu yenidənqurmasını təmin edəcək. Uzunmüddətli sülhə yol açmaq üçün İsrail və Fələstin arasında dinc yanaşı yaşama və qarşılıqlı anlaşmaya kömək edən siyasi struktur yaratmaq üçün dialoqa başlanılacaq. Qəzza hökumət xidmətlərinin və bələdiyyələrin gündəlik əməliyyatlarına cavabdeh olan texnokratik, apolitik Fələstin komitəsi tərəfindən idarə olunacaq. Bu komitə ixtisaslı fələstinlilərdən və beynəlxalq ekspertlərdən ibarət olacaq. Nəzarət isə yeni beynəlxalq keçid orqanı olan Sülh Şurası tərəfindən həyata keçiriləcək.

Tramp dünyanı təbrik etdi...

Sülh planının müəllifi olan ABŞ Prezidenti Donald Tramp TruthSocial şəbəkəsində BMT Təhlükəsizlik Şurasının “Sülh Şurasını” tanıması və təsdiqləməsi ilə bağlı səsvermə münasibətilə bütün dünyanı təbrik edib. Tramp “Sülh Şurası”na sədrlik edəcəyini deyib. Ağ Ev rəhbəri əmin edib ki, bu şuraya dünyanın ən nüfuzlu və hörmətli liderləri də daxil olacaq. “Bu qərar, tarixə Birləşmiş Millətlər Təşkilatının tarixinə ən vacib qərarlardan biri kimi düşəcək, dünya sülhünü möhkəmləndirəcək və onu həqiqətən tarixi bir hadisəyə çevirəcək! Birləşmiş Millətlər Təşkilatına və BMT Təhlükəsizlik Şurasının bütün üzvlərinə: Çin, Rusiya, Fransa, Böyük Britaniya, Əlcəzair, Danimarka, Yunanıstan, Qayana, Cənubi Koreya, Pakistan, Panama, Syerra-Leone, Sloveniya və Somaliyə təşəkkür edirəm”, - deyə Amerika lideri sosial mediada yazıb.

O, həmçinin ABŞ-ın səylərini dəstəkləyən ölkələrə - Qətər, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İndoneziya, Türkiyə və İordaniyaya təşəkkür edib. Prezident əlavə edib ki, Sülh Şurasının tərkibi və bir çox digər vacib elanlar yaxın həftələrdə açıqlanacaq.

Sülh Şurası 2027-ci ilin sonuna qədər...

CNN bildirir ki, qətnamənin bir hissəsi ötən ay Qəzzada qüvvəyə minən atəşkəsin əsasını təşkil edir. Diplomatik mənbələrə görə, BMT-nin dəstəyi ölkələrin beynəlxalq təhlükəsizlik qüvvələrində iştirak etməsinə imkan verəcək. Qətnamə Sülh Şurasına 2027-ci ilin sonuna qədər fəaliyyət göstərməyə icazə verir. Qətnaməyə əsasən, o, İsrailin əsas tələbi olan HƏMAS və digər qrupların tərksilah edilməsinə, eləcə də Qəzza zolağının yenidən qurulmasına nəzarət edəcək. Orada həmçinin Fələstin dövlətçiliyinin qurulmasından bəhs olunur. Sənəddə deyilir ki, “Fələstin hakimiyyətinin islahat proqramı sədaqətlə həyata keçirildikdən və Qəzzanın yenidən qurulması davam etdikdən sonra, nəhayət, fələstinlilərin öz müqəddəratını təyin etməsi və dövlətçiliyi üçün əlverişli bir yol yarana bilər”. Amerika Birləşmiş Ştatları İsrail və fələstinlilər arasında dinc və firavan birgəyaşayış üçün siyasi perspektivlər barədə razılığa gəlmək üçün dialoqa başlayacaq”.

Sülh Şurasının və onunla əlaqəli beynəlxalq mülki və təhlükəsizlik strukturlarının mandatı 31 dekabr 2027-ci ildən sonra bitsə də, Təhlükəsizlik Şurası bu müddəti ayrıca bir qətnamə ilə uzada bilər. Sənədə görə, Sülh Şurasına təhlükəsizlik üçün sülhməramlı qüvvələr yaratmaq səlahiyyəti verilir: “Hərbi kontingentlər iştirakçı dövlətlər tərəfindən təmin ediləcək və Misir və İsrail ilə sıx məsləhətləşmələr aparacaq”.

Qətnaməyə əsasən, bu qüvvələr yeni və güclü Fələstin polis qüvvəsi ilə birlikdə sərhəd ərazilərinin təhlükəsizliyini təmin etmək, Qəzzada təhlükəsizliyi və sabitliyi təmin etmək fəaliyyəti ilə məşğul olacaq. Eləcə də, Sülh şurasının sülhməramlı qüvvələrinin Qəzza zolağını silahsızlaşdırmaq (hərbi, terrorçu və inzibati infrastrukturun məhv edilməsi, onun yenidən qurulmasının qarşısının alınması və silahların daimi olaraq sıradan çıxarılması daxil olmaqla), mülki şəxslərin qorunması və humanitar əməliyyatların dəstəklənməsi, Fələstin polis qüvvələrinə yardım göstərilməsi və humanitar dəhlizlərin müvafiq dövlətlərlə əlaqələndirilməsi kimi fəaliyyətinə də icazə verilir.

SADİQ

Paylaş:
Baxılıb: 9 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Səssiz qatil...

19 Noyabr 08:30

Sosial

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Qarşılıqlı etimad

18 Noyabr 17:31

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Sarsılmaz dostluq

18 Noyabr 16:00

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Tarixi qərar!

18 Noyabr 11:13  

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Mədəniyyət

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30