Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Litva hava yolu ilə qaçaqmalçılıqla mübarizə üzrə qrupun formalaşdırılması üçün NATO-ya müraciət edib

Litva hava yolu ilə qaçaqmalçılıqla mübarizə üzrə qrupun formalaşdırılması üçün NATO-ya müraciət edib

18.11.2025 [15:39]

Rəsmi Vilnüs Litvaya gələrək hava yolu ilə qaçaqmalçılıqla bağlı vəziyyəti qiymətləndirməsi və onunla mübarizəyə dair tövsiyələr verməsi üçün ekspertlər qrupunun formalaşdırılması xahişi ilə Şimali Atlantika Alyansına müraciət edib.

AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bunu LRT milli radiosunun efirində Litva Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Deyvidas Matulyonis bildirib.

Onun sözlərinə görə, Belarus ərazisindən buraxılan və siqaret qaçaqmalçılığı üçün istifadə olunan meteoroloji zondların uçuşları mülki aviasiyanın təhlükəsizliyinə təhdid yaradır və hava limanlarının fəaliyyətinin dayandırılmasına səbəb olur. Bəzən bu zondlar pilotsuz uçuş aparatları ilə müqayisədə daha ciddi problemə çevrilir. “Ekspertlərdən əlavə tövsiyələr alacağımıza ümid edirik”, – deyə Matulyonis əlavə edib.

Hava yolu ilə qaçaqmalçılığa qarşı mübarizə tədbirləri çərçivəsində Litva oktyabrın 29-da Belarusla avtomobil sərhədini bir aylıq bağlayıb. Litvanın İqtisadiyyat və İnnovasiya Nazirliyi ölkənin hava sərhədlərini pozan şarlarla mübarizə üçün ən effektiv üsulu təklif edib hazırlayacaq şəxslərə 1 milyon avro məbləğində mükafat müəyyən edib.

Paylaş:
Baxılıb: 69 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Səssiz qatil...

19 Noyabr 08:30

Sosial

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Qarşılıqlı etimad

18 Noyabr 17:31

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Sarsılmaz dostluq

18 Noyabr 16:00

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Tarixi qərar!

18 Noyabr 11:13  

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Mədəniyyət

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30