Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Mədəniyyətləri birləşdirən dəyər

Mədəniyyətləri birləşdirən dəyər

18.11.2025 [08:32]

İslam incəsənətinin zənginliyi...

Hər bir mədəniyyət özünü incəsənətdə tanıdır. Hər bir sivilizasiya isə özünün daxili aləmini insanlığın ortaq yaddaşına məhz sənətlə həkk edir. İslam sivilizasiyasının yaratdığı incəsənət isə minilliklər boyu yalnız məkanları deyil, həm də qəlbləri işıqlandıran, həm gözə, həm də düşüncəyə xitab edən nadir bir mədəni mirasdır.

Mütəxəssislərin proqnozlarına əsasən, 2070-ci ildə İslam xristianlığı ötərək dünyanın ən geniş yayılmış dini olacaq. Müxtəlif zamanlarda digər dinlərin nümayəndələri dinimizi terrorçuluq hadisələri ilə əlaqələndirərək ləkələməyə çalışıblar. Halbuki İslam dini insanlara, heyvanlara və bütün digər canlılara qarşı heç bir zorakılığı əsla qəbul etmir. Dinimiz elm öyrənməyi daim dəstəkləyir. İslam incəsənəti adlanan bir sahənin olması belə dinimizin incəliklərindən xəbər verir.

İslam incəsənəti anlayışı ilk yarandığı vaxtlarda bəzi Avropa incəsənət tarixçiləri bu sahəyə istehza ilə yanaşırdılar. Lakin “İslam incəsənəti” tarixin bütün sınaqlarından çıxa bildi və hazırda bütün sahələri xeyli inkişaf edərək məşhurlaşıb.

2019-cu ildən etibarən hər il 18 noyabr tarixi Beynəlxalq İslam İncəsənəti Günü olaraq qeyd olunur. Bu gün vasitəsilə dinimizin incəsənət sahələrinin incəlikləri, digər mədəniyyətlərə verdiyi töhfələr haqqında bütün dünya məlumatlanır.

İslam incəsənətinin sahələri

Xəttatlıq - Quran ayələri binaların divarlarında, sütunlarda əşyalar üzərində xüsusi üsulla yazılır. Buna bəzən “Quran sənəti” də deyirlər. İbadət üçün getdiyiniz məscidlərdə fikir vermiş olarsınız, çoxusunun divarlarında Quran ayələri həkk olunub. Və ya tarixi abidələrimizə diqqət yetirsək, əksəriyyətində daş üzərində Quran ayələrinin oyulduğunu görə bilərik.

Səmavi rəqslər - bu sahədən demək olar ki, hər birimiz xəbərdarıq. Xüsusi ağ geyimlə musiqi sədaları altında rəqs edən “səmazən”lər... Bu rəqslər insanın ruhunu dincəldir. Etik qaydalara əsasən, səmavi rəqslər zamanı sakitliyə mütləq riayət etmək lazımdır.

Rəssamlıq - belə düşünənlər var ki, insan və heyvan şəkillərinin çəkilməsi günahdır. Əgər bu Allaha şərik qoşmaq üçün edilirsə, təbii ki, günah olacaq. Lakin məqsəd sadəcə sənətlə məşğul olmaq və bir-birindən gözəl əsərlər yaratmaqdırsa, bunu günah saya bilmərik. Texnologiyanın olmadığı dövrlərdə çəkilən rəsmlər, portretlər bizə tarixi şəxsiyyətlərin simalarından, tarixi hadisələrdən xəbər verir. Bəzən bir rəsm əsərinə baxan zaman zövqümüz oxşanır və ruhumuzun dincəldiyini hiss edirik.

Xalçaçılıq - həndəsi fiqurları, naxışları, insan və ya heyvan fiqurlarını əks etdirən şərq xalçalarında rənglərin ahəngi insanı valeh edir. Bütün dünyada məşhurlaşan şərq xalçaları evlərin divarlarını, döşəmələrini bəzəyir.

Memarlıq - məscidlər, binalar, sütunlar üzərində xüsusi bəzəklərlə əks olunan oyuqlar, göz qamaşdıran naxışlar tikililərin həm xaricinə, həm də daxilinə fərqlilik qatır. Növbəti gedişinizdə məscidlərin gümbəzlərinin içəridən mozaika sənəti ilə necə möhtəşəm göründüyünə diqqət yetirin.

Dulusçuluq - keramik qablar üzərində heyvan və ya insan təsvirləri, naxışlar, həndəsi fiqurlar xüsusi ustalıqla nəqş olunur və s.

Azərbaycan və İslam incəsənəti

Azərbaycan tarixən İslam incəsənətinin parlaq mərkəzlərindən biri olub. Şirvanşahlar sarayının daş oymaları, Naxçıvan memarlıq məktəbinin möhtəşəm türbələri, Qarabağ xalçaçılığının incə naxışları, miniatür sənətinin zərifliyi - bütün bunlar yalnız regional deyil, İslam incəsənətinin ümumi xəzinəsinə daxil olan nadir nümunələridir. Bu torpaqda sənət həm inancın, həm də zəngin mədəni ənənənin güzgüsü olub.

Müasir dünyada İslam incəsənətinin rolu

Texnologiyalar əsrində belə İslam incəsənəti öz dəyərini itirmir, əksinə, yeni nəfəs, yeni forma qazanır. Müasir memarlıqda İslam ornamentlərinin tətbiqi, rəqəmsal kalliqrafiya, NFT sənətində İslam motivləri - bütün bunlar incəsənətin zamanla necə dəyişdiyini, lakin öz ruhunu qoruduğunu göstərir. İslam incəsənəti müasir dünyada mədəni müxtəlifliyi zənginləşdirir, estetik zövqü inkişaf etdirir, tolerantlıq və qarşılıqlı anlaşma mesajı verir.

Beynəlxalq günün əhəmiyyəti

Bu günün təsis olunması dünyaya bir mesajdır: İslam incəsənəti yalnız müsəlmanların deyil, bütün bəşəriyyətin mədəni sərvətidir. O, çərçivələri aşan, qlobal mədəni dialoqa töhfə verən ümumbəşəri bir dildir.

Yeganə BAYRAMOVA

Paylaş:
Baxılıb: 98 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Səssiz qatil...

19 Noyabr 08:30

Sosial

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Qarşılıqlı etimad

18 Noyabr 17:31

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Sarsılmaz dostluq

18 Noyabr 16:00

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Tarixi qərar!

18 Noyabr 11:13  

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Mədəniyyət

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30