Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir

Paytaxt rayonlarında qışa hazırlıqla bağlı müşavirələr keçirilir

17.11.2025 [12:44]

Paytaxt rayonlarında qışa hazırlığın vəziyyəti ilə bağlı kommunal, təsərrüfat xidmətləri, idarə və təşkilatlarının, təhsil müəssisələrinin, özəl sektorun nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müşavirələrdə rayon xidmətlərinin soyuq qış şəraitinə, xüsusilə güclü qar yağmasına hazırlığı yoxlanılıb və görülməsi zəruri olan işlər müzakirə edilib.

İlk müşavirələr paytaxtın Sabunçu, Xətai və Nizami rayonlarında keçirilib. İclaslarda BŞİH-in şöbə müdirləri, şəhərin kommunal və digər xidmətlərinin rəhbərləri də iştirak ediblər.

Bildirilib ki, qış aylarında yağmurlu və şaxtalı hava şəraiti ilə əlaqədar rayon icra hakimiyyətlərində qışa hazırlıq qərargahları fəaliyyət göstərəcək. Kommunal və təsərrüfat xidmətləri, eləcə də aidiyyəti təşkilatların rəhbərləri həmin günlərdə vəzifələrini tam şəkildə yerinə yetirməyə hazır olmalıdırlar.

Hər bir quruma qarın təmizlənməsi üçün lazımi qədər alət və inventarın (bel, kürək, ling və s. digər vasitələr) toplanması, duz ehtiyatının yaradılması, xüsusi texnikaların vəziyyətinin yoxlanılması tapşırılıb. Şəhər icra hakimiyyəti tərəfindən hər bir rayona cavabdeh şəxs təyin edilib, həmin şəxslər yerli icra hakimiyyətlərinin nümayəndələri ilə birgə rayonlarda qış mövsümünə hazırlığı, verilən tapşırıqların və görülən işlərin icra vəziyyətini yoxlayıblar. Rayondakı küçə və məhəllələrin qardan təmizlənməsinə cavabdeh şəxslərin siyahıları hazırlanıb, bu işlərə kommunal xidmətlərlə yanaşı idarə, təşkilat, bələdiyyə və özəl qurumların da mövcud texnikalarının cəlb edilməsi qərara alınıb.

Həmçinin rayonlardakı aidiyyəti orqan və şəxslərə qarlı günlərdə Avropa ölkələrində də qəbul olunan qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştiraka çağırış edilib.

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Səssiz qatil...

19 Noyabr 08:30

Sosial

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

Siyasət

YAP xəbərləri

YAP xəbərləri

Qarşılıqlı etimad

18 Noyabr 17:31

YAP xəbərləri

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

Sarsılmaz dostluq

18 Noyabr 16:00

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Tarixi qərar!

18 Noyabr 11:13  

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Analitik

Mədəniyyət

Mədəniyyət

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30