Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Ağdaşda Zəfər Gününə həsr edilmiş tədbir keçirilib

Ağdaşda Zəfər Gününə həsr edilmiş tədbir keçirilib

07.11.2025 [13:37]

Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatı və Ağdaş Peşə məktəbinin birgə təşkilatçılğı ilə Zəfər Gününə həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Dövlət Himni səsləndirilib, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Ağdaş Peşə məktəbinin direktoru Elmira Qafarova tədbiri giriş sözü ilə açaraq xalqımızın əldə etdiyi möhtəşəm Zəfərdən bəhs edib, tədbirdə iştirak edən şəhid ailələrinə öz təşəkkürünü bildirib.

Tədbirdə “Peşə məktəbinin şəhid məzunları” kitabının müəllifi, yazıçı-publisit Pərvanə Mehmanqızı çıxış edərək Ağdaş Peşə məktəbinin şəhid məzunu Əliyev Cəlil Qüdrət oğlu və ümumilikdə kitab haqqında geniş məlumat verib.

YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçisi Anar Şahmuradov müstəqil Azərbaycan dövlətinin Zəfərə qədər keçdiyi tarixi yoldan bəhs edib. Ulu Öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən zamanın tələbləri çərçivəsində həyata keçirilməsi Azərbaycan xalqını öz Zəfərinə qovuşdurdu, deyə Anar Şahmuradov vurğulayıb.

Tədbirdə şəhid ailələrinin üzvləri, ictimaiyyət nümayəndələri çıxış edərək  Zəfər Günü ilə bağlı öz xatirələrini və təbriklərini bölüşüblər.

Sonda Ağdaş Peşə məktəbinin tələbələrinin ifasında bədii kompozisiyalar təqdim olunub.

Paylaş:
Baxılıb: 89 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

YAP xəbərləri

MEDİA

Bakıda ilk dəfə...

07 Noyabr 09:51

Mədəniyyət

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30