Bakıda ilk dəfə...
07.11.2025 [09:51]
Dövlət və İT üzrə Avrasiya Forumu keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) və “StrategEast” təşkilatının tərəfdaşlığı ilə Bakıda 7-ci “StrategEast: Dövlət və İT üzrə Avrasiya Forumu” keçirilib. Azərbaycanda birinci dəfə təşkil edilən bu forum ABŞ, Avropa Birliyi, Körfəz, Mərkəzi Asiya və Qafqaz regionlarından 200-ə yaxın eksperti və texnologiya liderini bir araya gətirib.
Budəfəki tədbir “Süni zəka ilə dəyişən dünya” mövzusuna həsr olunub. Forum zamanı süni intellektin qlobal iqtisadiyyata, xüsusilə də Mərkəzi Avrasiya regionu ölkələrinin iqtisadiyyatına təsiri, yaratdığı imkanlar və çağırışlar, həmçinin süni intellektdən etik və məsuliyyətli istifadə normalarına dair ekspert çıxışları və panel müzakirələri baş tutub.
Tədbir əsnasında “Google”, EPAM, “Xsolla”, “Coursera” və “Sigma Sotfware” kimi dünyanın qabaqcıl texnologiya şirkətlərindən nümayəndələr, o cümlədən Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankının ekspertləri iştirak ediblər. Bundan əlavə, tədbirdə startaplarla vençur və korporativ investorlar arasında görüşlərin nəzərdə tutulduğu xüsusi “Startups Meet Investors” sessiyası da təşkil edilib.
Azərbaycanda süni intellekt əsaslı çatbotlar hazırlanır
İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin kommersiya üzrə baş direktoru Salar İmaməliyev bildirib ki, Azərbaycanda 2025-2028-ci illər üçün Süni İntellekt üzrə Milli Strategiya təsdiqlənib və bu, dayanıqlı süni intellekt ekosisteminin qurulmasına yönəlmiş genişmiqyaslı yol xəritəsidir.
O, bildirib ki, strategiyanın əsas istiqamətləri infrastrukturun yaradılması, insan kapitalının inkişafı və süni intellektin həm iqtisadiyyata, həm də cəmiyyətə fayda verməsini təmin etməkdir: “Bu, asan məsələ deyil, xüsusilə də texnoloji inkişaf baxımından qarşıda bir çox çətinliklər var. Biz artıq beynəlxalq bazar təhlili aparmışıq, ölçmə və qiymətləndirmə metodologiyalarını qlobal standartlarla uyğunlaşdırmışıq və rəqəmsal kodlaşdırmanı dövlət qurumları arasında koordinasiya etmişik. Bu standartlardan dördü artıq qəbul olunub və hazırda vətəndaşlara xidmət göstərir. Bu prosesi sürətləndirmək üçün biz Süni İntellekt Akademiyasını təsis etdik. Bu, milli strategiyamızda əsas mərhələdir. Onun missiyası dünya səviyyəli Aİ təcrübələrini formalaşdırmaq, tədris və tədqiqat istiqamətlərini inkişaf etdirməkdir. Kurikulum MIT, Stanford, Harvard, Carnegie Mellon kimi aparıcı universitetlərin proqramları ilə uzlaşdırılıb. Lakin bizim missiyamız bununla bitmir. Təhsil müəssisələrinin hüdudlarını aşaraq gündəlik həyata da daxil olur. Bizim sistemlərimiz 98 faizlik dəqiqliklə istifadəçilərə hüquqi cəhətdən etibarlı və dəqiq nəticələr təqdim edir, spekulyativ nəticələr deyil”.
EBRD Azərbaycanda İKT sahəsində 200-dən çox layihəni dəstəkləyir
EBRD-nin Qafqaz regionu üzrə direktoru Alkis Drankinos bildirib ki, Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) rolu təkcə maliyyə və ya texniki yardım göstərməkdən ibarət deyil.
O, bankın innovasiyaları təşviq edən “Star Venture” adlı proqramının olduğunu qeyd edib: “2019-cu ildən tətbiq olunan bu proqram yeni və sürətlə inkişaf edən startapları dəstəkləmək məqsədi daşıyır. Əvvəlcə 3 ölkədə pilot olaraq başlayan proqram indi 26 bazarda fəaliyyət göstərir, 350-dən çox şirkət və 36 akseleratoru dəstəkləyir. Azərbaycanda isə 2022-ci ildən etibarən 10-dan çox yerli startap bu proqramdan yararlanıb. Bu startaplar müxtəlif sahələrdə, yəni məlumat texnologiyaları, xidmətlər və innovativ həllər üzrə fəaliyyət göstərir. Bundan əlavə, Azərbaycanda İKT sahəsində 200-dən çox layihəni dəstəkləyirik və bu, ölkənin innovativ iqtisadiyyatının möhkəmlənməsinə töhfə verir”.
Alkis Drankinosun fikrincə, digər önəmli təşəbbüslərdən biri də StrategEast IT Hub proqramıdır: “Bu proqram 2022-ci ildə Bakıda yaradılıb və Avropa Yenidənqurma və İnkişaf Bankının, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və StrategEast təşkilatının birgə təşəbbüsüdür. Proqram çərçivəsində Gəncə, Lənkəran, Şirvan və Naxçıvan kimi bölgələrdən 85 gənc müasir İT bacarıqları üzrə təlim keçib və bir çoxu artıq proqram təminatı üzrə beynəlxalq sertifikatlar alıb”.
Yeganə
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İnformasiya və kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 07:38
İqtisadiyyat
23 Sentyabr 23:39
Dünya
23 Sentyabr 23:17
Dünya
23 Sentyabr 22:50
Dünya
23 Sentyabr 22:21
Dünya
23 Sentyabr 21:45
Hadisə
23 Sentyabr 21:19
İqtisadiyyat
23 Sentyabr 20:58
Dünya
23 Sentyabr 20:25
İqtisadiyyat
23 Sentyabr 19:42
Dünya
23 Sentyabr 19:17
Sosial
23 Sentyabr 18:31
YAP xəbərləri
23 Sentyabr 18:16
Elanlar
23 Sentyabr 17:13
YAP xəbərləri
23 Sentyabr 16:57
Sosial
23 Sentyabr 16:55
Gündəm
23 Sentyabr 16:52
Sosial
23 Sentyabr 16:41
İqtisadiyyat
23 Sentyabr 16:36
Hadisə
23 Sentyabr 16:35
YAP xəbərləri
23 Sentyabr 16:20
İqtisadiyyat
23 Sentyabr 16:19
Formula 1
23 Sentyabr 15:54
İqtisadiyyat
23 Sentyabr 15:43
Sosial
23 Sentyabr 15:32
Hadisə
23 Sentyabr 15:22
Sosial
23 Sentyabr 15:20
İqtisadiyyat
23 Sentyabr 14:58
İdman
23 Sentyabr 14:33
Dünya
23 Sentyabr 14:10
Dünya
23 Sentyabr 13:56
İdman
23 Sentyabr 13:44
İqtisadiyyat
23 Sentyabr 13:18
Sosial
23 Sentyabr 13:11
Gündəm
23 Sentyabr 13:03
Gündəm
23 Sentyabr 12:40
Formula 1
23 Sentyabr 12:25
Gündəm
23 Sentyabr 12:19
Dünya
23 Sentyabr 12:08
Dünya
23 Sentyabr 12:00
Siyasət
23 Sentyabr 11:45
Elm
23 Sentyabr 11:43
Dünya
23 Sentyabr 11:41
İqtisadiyyat
23 Sentyabr 11:39
Hadisə
23 Sentyabr 11:38
İqtisadiyyat
23 Sentyabr 11:33
İqtisadiyyat
23 Sentyabr 11:32
Siyasət
23 Sentyabr 11:31
Gündəm
23 Sentyabr 11:29
YAP xəbərləri
23 Sentyabr 11:28
İqtisadiyyat
23 Sentyabr 11:26
Gündəm
23 Sentyabr 11:25
Sosial
23 Sentyabr 11:22
Elm
23 Sentyabr 11:22
İqtisadiyyat
23 Sentyabr 11:19
Mədəniyyət
23 Sentyabr 10:56
İqtisadiyyat
23 Sentyabr 10:52
İqtisadiyyat
23 Sentyabr 10:47
İqtisadiyyat
23 Sentyabr 10:45
Gündəm
23 Sentyabr 10:37
Dünya
23 Sentyabr 10:34
İqtisadiyyat
23 Sentyabr 10:28
İqtisadiyyat
23 Sentyabr 10:26
Sosial
23 Sentyabr 10:25
Sosial
23 Sentyabr 10:24
Analitik
23 Sentyabr 09:40
Analitik
23 Sentyabr 09:17
Elm
23 Sentyabr 08:59
Sosial
23 Sentyabr 08:37
Gündəm
23 Sentyabr 08:14

