Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Zəfərin səsi Qarabağdan gəlir

Zəfərin səsi Qarabağdan gəlir

07.11.2025 [20:54]

8 Noyabr Azərbaycan xalqının ən qürurlu, ən yadda qalan günlərindən biridir. Bu tarix Vətən müharibəsində qazanılmış böyük qələbənin, illərlə həsrətində olduğumuz torpaqların azad edilməsinin simvoluna çevrilib. 2020-ci il 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixində dönüş nöqtəsi oldu. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə döyüş meydanında misilsiz qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı bir-bir azad etdi. 8 Noyabrda isə bu qəhrəmanlıq salnaməsinin zirvəsi – Şuşanın azad olunması xəbəri bütün xalqımızı sevincə boğdu. Şuşanın azad edilməsi ilə Azərbaycan xalqı həm mənəvi, həm də siyasi baxımdan böyük bir Zəfər qazandı. Şuşa Azərbaycan mədəniyyətinin, musiqisinin, poeziyasının beşiyi, Qarabağın tacıdır. Bu müqəddəs şəhərin azad edilməsi Vətən müharibəsinin son və ən mühüm mərhələsi oldu. Məhz buna görə də 8 Noyabr tarixi Prezident İlham Əliyevin sərəncamı ilə “Zəfər Günü” elan edildi. Zəfər Günü Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün, ordumuzun peşəkarlığının təntənəsidir. Bu Zəfər yalnız hərbi qələbə deyil, həm də milli ruhun, tarixi ədalətin bərpasıdır. Qəhrəman oğullarımızın qanı, xalqımızın səbir və inamı sayəsində üç onillikdən çox davam edən işğal tarixi sona çatdı. 8 Noyabr bizə bir daha göstərdi ki, Azərbaycan xalqı öz torpaqlarını, öz azadlığını heç kimə güzəştə getməz. Bu gün azad edilmiş torpaqlarda bərpa-quruculuq işləri sürətlə aparılır, həyat yenidən canlanır, Qarabağda üçrəngli bayrağımız qürurla dalğalanır. 8 Noyabr – Zəfər Günü bizim milli qürur günümüz, qəhrəmanlıq və birlik rəmzimizdir. Bu gün həm tariximizin şanlı səhifəsi, həm də gələcək nəsillərə Vətəni sevməyin, qorumağın, azadlıq uğrunda mübariz olmağın əbədi dərsidir. Azərbaycan xalqı bu qələbəni heç vaxt unutmayacaq və hər il 8 Noyabrda Zəfər Gününü böyük sevinc, iftixar və minnətdarlıqla qeyd edəcək.

Nicat Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi

Paylaş:
Baxılıb: 37 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

İqtisadiyyat

Gündəm

YAP xəbərləri

MEDİA

Bakıda ilk dəfə...

07 Noyabr 09:51

Mədəniyyət

Sosial

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30