Zəfər Günü - Qəhrəmanlığın əbədi salnaməsi
07.11.2025 [22:10]
8 Noyabr – Azərbaycan xalqının tarixi yaddaşında əbədi qalacaq, qürur və iftixar dolu bir gündür. Bu gün dövlətimizin ərazi bütövlüyünün bərpası, xalqımızın milli birliyinin təntənəsi və qəhrəman Ordumuzun şanlı Qələbəsinin rəmzidir.
2020-ci ilin payızında başlayan 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin ən şərəfli səhifələrindən birini təşkil edir. Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu düşmən üzərində möhtəşəm Qələbə qazandı. Bu Qələbə nəticəsində uzun illər işğal altında qalmış torpaqlarımız azad edildi, əzəli və əbədi torpaqlarımıza üçrəngli bayrağımız sancıldı.
Xüsusilə 8 noyabr 2020-ci il tarixi hər bir azərbaycanlı üçün müqəddəsdir. Həmin gün Şuşa şəhərinin işğaldan azad olunması ilə Vətən müharibəsinin taleyi həll olundu. Şuşanın azadlığı yalnız hərbi deyil, həm də mənəvi baxımdan tarixi bir dönüş nöqtəsi idi. Çünki Şuşa – Qarabağın tacı, Azərbaycan mədəniyyətinin beşiyi, dahi şəxsiyyətlərin, şairlərin, musiqiçilərin yurdu olmuşdur.
Azərbaycan Ordusu bu qələbəni xalqın birliyi, şəhidlərimizin qəhrəmanlığı və millətimizin sarsılmaz iradəsi hesabına qazandı. Şəhidlərimizin müqəddəs qanı bahasına əldə edilən bu Zəfər Azərbaycan xalqının azadlıq, ədalət və müstəqillik uğrunda mübarizə əzmini bir daha bütün dünyaya nümayiş etdirdi.
Bu gün Zəfər Günü təkcə hərbi qələbənin deyil, həm də mənəvi dirçəlişin, milli həmrəyliyin və dövlətə sədaqətin təntənəsidir. Bu gün hər bir vətəndaşımızın qəlbində Vətən sevgisi daha da möhkəmlənir. Qəhrəman əsgərlərimizin, igid zabitlərimizin və səngərdə döyüşən oğullarımızın göstərdiyi rəşadət gələcək nəsillər üçün bir örnək, bir qürur mənbəyidir.
Müharibədən öncə və sonra həyata keçirilən xarici siyasət kursu Azərbaycanın beynəlxalq imicini möhkəmləndirdi. Dövlət rəhbərliyinin qətiyyətli mövqeyi, qlobal platformalarda balanslı siyasəti və regionda sülh çağırışları nəticəsində ölkəmiz etibarlı tərəfdaş kimi qəbul olundu. Qələbə diplomatiyası ölkəmizin beynəlxalq nüfuzunu yeni səviyyəyə yüksəltdi və regionda yeni geosiyasi reallıqların əsasını qoydu.
Bu Qələbə ilə Azərbaycan xalqı illərlə davam edən ədalətsizliyə son qoydu, torpaqlarımızı azad etdi və beynəlxalq arenada öz gücünü, haqq səsini sübut etdi. Qələbəmiz ədalətin, vətənpərvərliyin, milli birliyin və sarsılmaz iradənin təntənəsidir.
Tarixi Qələbənin əbədiləşdirilməsi məqsədilə mühüm dövlət qərarları qəbul edildi. Prezident, Ali Baş Komandan İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzalandığı müvafiq Sərəncamla 8 Noyabr – Zəfər Günü təsis olundu. Bakıda keçirilən Zəfər paradı, yaradılan Hərbi Qənimətlər Parkı xalqın qürur və vətənpərvərlik hissini daha da gücləndirdi. Bu tədbirlər həm Qələbənin mənəvi əhəmiyyətini qorumaq, həm də gələcək nəsillərə milli dəyərləri ötürmək məqsədi daşıyırdı.
Son 5 il ərzində işğaldan azad olunmuş ərazilərin kompleks bərpası uğurla reallaşmaqdadır. “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın ümumi icra faizi təqribən 79%-dir. Azad olunmuş ərazilərin bərpası üçün 2025-ci il də daxil olmaqla 21,6 milyard manat vəsait ayrılıb. Təsadüfi deyil ki, növbəti ilin büdcəsində də azad olunmuş ərazilərin bərpası əsas prioritetlər sırasındadır
Bu müqəddəs gündə biz bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların qəhrəmanlığı və fədakarlığı sayəsində bu gün üçrəngli bayrağımız azad edilmiş torpaqlarımızda, Şuşada, Xankəndidə və Qarabağın hər bir guşəsində dalğalanır. Qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz birliyi isə bu zəfərin möhkəm təməlini təşkil edir.
8 Noyabr – Zəfər Günü, həm də Azərbaycan gəncliyi üçün bir çağırışdır. Bu gün gənclərimizə vətənpərvərlik, qəhrəmanlıq və milli dəyərlərə sədaqət nümunəsi kimi təqdim olunmalıdır. Çünki gələcəyin güclü, müstəqil və azad Azərbaycanın qurucuları məhz bugünkü gənclərdir.
Zəfər Günü əbədi qalacaq, hər bir azərbaycanlının qəlbində milli qürur və iftixar hissini daim yaşadacaq.
Samirə Zeynalova
YAP Tərtər rayon təşkilatının mühasibi
Xəbər lenti
Hamısına baxGündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44
Xəbər lenti
07 Noyabr 15:32
Dünya
07 Noyabr 15:29
Sosial
07 Noyabr 14:46
İqtisadiyyat
07 Noyabr 14:44
İqtisadiyyat
07 Noyabr 14:43
YAP xəbərləri
07 Noyabr 14:08
Dünya
07 Noyabr 13:47
Gündəm
07 Noyabr 13:41
Mədəniyyət
07 Noyabr 13:21
YAP xəbərləri
07 Noyabr 12:27
Gündəm
07 Noyabr 11:41
İqtisadiyyat
07 Noyabr 11:20
YAP xəbərləri
07 Noyabr 11:12
YAP xəbərləri
07 Noyabr 11:06
Gündəm
07 Noyabr 10:55
İqtisadiyyat
07 Noyabr 10:53
İqtisadiyyat
07 Noyabr 10:36
Analitik
07 Noyabr 10:14
MEDİA
07 Noyabr 09:51
Analitik
07 Noyabr 09:38
Mədəniyyət
07 Noyabr 09:14
Sosial
07 Noyabr 08:50
İdman
07 Noyabr 08:26
YAP xəbərləri
06 Noyabr 23:42
YAP xəbərləri
06 Noyabr 22:45
YAP xəbərləri
06 Noyabr 22:36
YAP xəbərləri
06 Noyabr 21:28
YAP xəbərləri
06 Noyabr 21:10
YAP xəbərləri
06 Noyabr 20:47
YAP xəbərləri
06 Noyabr 20:30
YAP xəbərləri
06 Noyabr 19:49
YAP xəbərləri
06 Noyabr 19:14
Maraqlı
06 Noyabr 18:36
YAP xəbərləri
06 Noyabr 18:12
YAP xəbərləri
06 Noyabr 17:49
Dünya
06 Noyabr 17:41
YAP xəbərləri
06 Noyabr 17:40
Siyasət
06 Noyabr 17:23
YAP xəbərləri
06 Noyabr 16:54
Dünya
06 Noyabr 16:29
YAP xəbərləri
06 Noyabr 16:26
Diaspor
06 Noyabr 15:43
Dünya
06 Noyabr 15:32
YAP xəbərləri
06 Noyabr 14:46
YAP xəbərləri
06 Noyabr 14:45
YAP xəbərləri
06 Noyabr 14:44
Dünya
06 Noyabr 14:25
YAP xəbərləri
06 Noyabr 14:25
YAP xəbərləri
06 Noyabr 14:23
YAP xəbərləri
06 Noyabr 13:58
YAP xəbərləri
06 Noyabr 13:48
YAP xəbərləri
06 Noyabr 13:44

