Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Tokayev: Trans-Xəzər nəqliyyat marşrutunun inkişafı Qazaxıstan üçün böyük əhəmiyyətə malikdir

Tokayev: Trans-Xəzər nəqliyyat marşrutunun inkişafı Qazaxıstan üçün böyük əhəmiyyətə malikdir

08.09.2025 [12:36]

Nəqliyyat və logistika sektorunu daha da inkişaf etdirmək lazımdır. Qazaxıstan Avropa ilə Asiya arasında ən mühüm bağdır. Belə ki, ötən il ərazimiz vasitəsilə yükdaşımaların həcmi 1 milyard tonu ötüb.

AZƏRTAC Akordanın mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev sentyabrın 8-də xalqa müraciətində bildirib.

Onun sözlərinə görə, eyni zamanda, ölkənin tranzit potensialının genişləndirilməsi üçün əhəmiyyətli ehtiyatlar var. “Şimal-Cənub dəhlizi Fars körfəzi və Cənubi Asiya bazarlarına birbaşa çıxış açır. Şərq-Qərb dəhlizi və Çinin “Bir kəmər, bir yol” qlobal təşəbbüsü Qazaxıstanın Avrasiyanın əsas quru körpüsü kimi rolunu gücləndirir”, -deyə dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, Trans-Xəzər nəqliyyat marşrutunun inkişafı Qazaxıstan üçün də böyük əhəmiyyətə malikdir.

Qazaxıstanın dövlət başçısı qeyd edib: “Bütün bu marşrutlar vahid sistem kimi işləməli, ölkəmizə maddi gəlir və infrastruktura yeni investisiyalar gətirməli, keyfiyyətli iş yerləri yaratmalıdır. Rəqəmsal həllər geniş şəkildə tətbiq edilməlidir, onlar olmadan heç bir səmərəlilik əldə edilə bilməz. İlk növbədə, regional nəqliyyat əlaqəsi məsələlərini həll etmək lazımdır. Böyük tranzit ərazisi kimi Qazaxıstan üçün bu istiqamət xüsusi əhəmiyyət daşıyır”.

Paylaş:
Baxılıb: 577 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30