Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Londonda aksiya zamanı 425 nəfər saxlanılıb

Londonda aksiya zamanı 425 nəfər saxlanılıb

07.09.2025 [15:42]

Londonda qadağan edilən “Palestine Action” təşkilatına dəstək aksiyasında təxminən 425 nəfər saxlanılıb.

AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, etirazçılar arasında polis əməkdaşlarına hücum edən, ictimai asayişi pozan və qadağan olunmuş təşkilata dəstək göstərən şəxslər olub. Etirazçılar polisə zərbələr vurub, müxtəlif əşyalar atıblar.

Xatırladaq ki, Britaniya hökuməti iyul ayında “Palestine Action” təşkilatını terrorçu qruplaşma elan edərək qadağan edib. Bu qərar təşkilat üzvlərinin Kral Hərbi Hava Qüvvələrinin bazasına daxil olaraq hərbi təyyarələrə ziyan vurmasından sonra qəbul edilib.

Son həftələrdə təşkilatın yüzlərlə dəstəkçisi saxlanılıb. Yalnız ötən ay bir gün ərzində 500-dən çox etirazçı, onların arasında 60 yaşdan yuxarı şəxslər də daxil olmaqla, həbs edilmişdi.

Paylaş:
Baxılıb: 606 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Analitik

Analitik

Analitik

Ədəbiyyat

Mədəniyyət dronları

26 Sentyabr 08:51

Ədəbiyyat

Şənbə üçün nəzm

26 Sentyabr 08:33  

Gündəm

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30