Aİ Rusiyaya qarşı...
02.07.2025 [08:57]
18-ci sanksiya paketini qəbul etməyə hazırlaşır
Hazırda dünyada baş verən hadisələr fonunda “sanksiya siyasəti” daha geniş şəkildə tətbiq olunmağa başlayıb. Dünyanın böyük dövlətləri və blokları qarşılıqlı olaraq sanksiyalar tətbiq etməklə öz üstünlüklərini təmin etməyə çalışırlar. Bu mənada son illərdə ən çox sanksiyalara məruz qalan ölkələrdən biri Rusiyadır.
Məlumdur ki, Rusiya-Ukrayna müharibəsində Avropa İttifaqı (Aİ) rəsmi Kiyevi dəstəkləyir. Aİ-nin sanksiyalarının məqsədi Rusiyanı zəiflətmək, Ukraynanın isə müqavimət gücünü artırmaqdır. Rusiya-Ukrayna müharibəsi bəzən sanksiyalar müharibəsi kimi də səciyyələndirilir. İndiyədək Aİ-nin mərhələlərlə Rusiyaya qarşı qəbul etdiyi sanksiyaların əhatə dairəsi kifayət qədər genişdir. Qadağalar ilk növbədə Rusiyanın iqtisadi gücünü zəiflətməklə bu ölkənin gündəlik müharibə xərclərini qarşılamaq imkanlarını məhdudlaşdırmaq məqsədi daşıyır. O cümlədən indiyədək Rusiyaya ticarət, maliyyə, enerji, sənaye, texnologiya, nəqliyyat, ikili və dəbdəbəli mallar, qızılla bağlı geniş məhdudiyyətlər tətbiq edilib.
17-ci paketdə nələr var?
Ukrayna ilə müharibə səbəbilə Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 17 sanksiya paketi qəbul edib. May ayında təsdiqlənmiş 17-ci sanksiya paketinə ölkənin “kölgə donanması”ndan olan 189 gəmi daxil edilib. Paketə “hibrid təhdidlərlə mübarizə və insan hüquqlarının müdafiəsi” tədbirləri də daxildir. Bundan başqa, yeni sanksiyalar Rusiyanın davam edən müharibəsinin xərclərini də artırmağı hədəfləyirdi - bu, həm də Aİ-nin Ukraynaya davamlı və sarsılmaz dəstəyinin bariz siqnalı kimi xarakterizə olunur. Paketdə fiziki və hüquqi şəxslərin sanksiya siyahısı da genişləndirilib. Paketə, həmçinin Rusiyanın hərbi-sənaye kompleksinə birbaşa və ya dolayı dəstək verən və ya sanksiyalardan yayınmada iştirak edən 31 yeni şirkət də daxil edilib. Fərdi sanksiyalar üzrə siyahıya isə daha 75 şəxsin adı əlavə olub. Belə ki, Rusiya Müdafiə Nazirliyinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunları, 27-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutu və 33-cü Mərkəzi Tədqiqat və Sınaq İnstitutu da sanksiyaların hədəfi sırasındadır.
Növbəti qərar yaxın günlərdə verilə bilər
İndi isə Aİ Rusiyaya qarşı 18-ci paketi qəbul etməyə hazırlaşır. Fransanın xarici siyasət idarəsinin rəhbəri Jan-Noel Barrot LCI telekanalında bildirib ki, rəsmi Paris Rusiyaya qarşı 18-ci sanksiyalar paketinin yaxın günlərdə Avropa İttifaqı tərəfindən razılaşdırılacağını gözləyir. Onun sözlərinə görə, Avropa bu məsələdə amerikalı senatorlarla səyləri əlaqələndirir.
18-ci sanksiya paketi ilə bağlı bir müddət əvvəl açıqlama verən Avropa Komissiyasının (AK) rəhbəri Ursula Fon der Lyayen bildirmişdi ki, Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalar paketi zədələnmiş “Şimal axını”nın istifadəsinə qadağa, bankların və tankerlərin “qara siyahı”ya salınması, Aİ ölkələrinin Rusiya neftinin alınmasına qadağa qoyulması və neftin qiymətinin aşağı salınması cəhdlərini özündə əks etdirə bilər. Xanım Lyayen, həmçinin deyib ki, AK öz sanksiyalarını ABŞ-ın mümkün yeni anti-Rusiya sanksiyaları ilə əlaqələndirməyə çalışır. O, ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları haqqında son qanun layihəsinin müəllifi olan amerikalı senator Lindsi Qremlə bu mövzuda intensiv əlaqə saxladığını bildirib. Bundan əlavə, Fon der Lyayen və Aİ-nin ali nümayəndəsi Kaya Kallas sanksiyalardan yayınmaq üçün Rusiyanın tədbirlərinin effektivliyini müəyyən qədər azaltmağa çalışmaq məqsədilə təkcə Rusiyadan deyil, Belarusdan, Çindən və digər ölkələrdən olan 22 şirkət üçün yeni ixrac məhdudiyyətləri qoymağı planlaşdırdıqlarını söyləyiblər.
Macarıstan narazıdır...
Lakin tətbiq olunan sanksiyalar Aİ daxilində birmənalı qarşılanmır. Belə ki, Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların ölkəsi və bütün Avropa üçün dağıdıcı təsir göstərdiyini bildirib. Bu barədə o, Fransanın LCI telekanalına müsahibəsində deyib. “Rusiyaya qarşı sanksiyalar Macarıstanı və Avropanı dağıdır”, - deyə V.Orban vurğulayıb. Onun sözlərinə görə, bu sanksiyalar nəticəsində Macarıstan son üç ildə 20 milyard avro itirib. “Bu, bizim ölkə üçün çox böyük məbləğdir”, - deyə Macarıstanın Baş naziri əlavə edib. Onun sözlərinə görə, Avropa İttifaqı üzv ölkələrin suverenliyinə təhlükə yaradır, lakin yaranmış böhranlarla mübarizə aparmaqda aciz qalır: “Ukraynadakı münaqişənin həllində Aİ uğursuzluğa düçar olub, sanksiya siyasəti də iflasa uğrayıb”.
Aİ-nin sanksiyalarına baxmayaraq, Rusiya mövqeyindən geri çəkilmir. Əksinə, son aylar döyüş bölgəsində rus qoşunlarının üstünlüyü artır. Bu, həm də o deməkdir ki, Aİ-nin sanksiyaları Rusiya iqtisadiyyatına hələ ciddi təsir etmir. Əksinə, həmin sanksiyalar bir sıra Avropa ölkələrinə mənfi təsir göstərməkdədir. Buna baxmayaraq, Aİ 18-ci sanksiyalar paketini qəbul etməklə Moskvaya təzyiqlərin güclənəcəyinə ümid edir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11

