Gələcəyə hesablanmış qərar
24.04.2025 [10:17]
Nihad Pənahov,
YAP Tovuz rayon təşkilatının sədri
Azərbaycan dilinin hərtərəfli inkişaf etməsi və zənginləşməsi, onun dövlət dili statusunu qazanması, gündəlik həyatda, beynəlxalq münasibətlər, dünya diplomatiyası sahəsində tətbiqi Ulu Öndər Heydər Əliyevin yorulmaz və çoxşaxəli fəaliyyətinin nəticəsi olmuşdur. Məhz ana dili məsələsində Ümummilli Liderin prinsipiallığı və qətiyyəti sayəsində Azərbaycan Respublikasının 1978-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili olması haqqında 73-cü maddə daxil edilmişdir. O dövrdə milli dilə Konstitusiya səviyyəsində dövlət dili statusu vermis üç keçmiş sovet respublikasından biri Azərbaycan idi. Bu, uzaqgörən tarixi addım Ümummilli Liderin ana dilinə dövlətçilik münasibətinin və siyasi qətiyyətinin parlaq ifadəsi idi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni belə redaksiyada vermək təklif olunmuşdur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir.” Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorumuşdur. Bu fikri böyük qürur hissi ilə qeyd edirik ki, Ümummilli Lider Azərbaycan dilinin adını özümüzə qaytardı. 1995-ci ildə Azərbaycan Respublikasının Konstitusiyası hazırlanarkən dövlət dilinin necə adlandırılması ilə bağlı müxtəlif təkliflər irəli sürülmüşdür. Bu təkliflərin çox böyük əksəriyyətində ana dilimizin Azərbaycan dili adlandırılması dəstəklənirdi. Geniş müzakirələrdən sonra 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Ulu Öndər Heydər Əliyev dövlət dilinin yeni inkişaf dönəmində yaranmış vəziyyəti nəzərə alaraq 2001-ci il iyunun 18-də “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman imzalamışdır. İlk növbədə müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyan bu tarixi Fərman dövlət dili ilə bağlı hərtərəfli və geniş məlumatları özündə ehtiva edir. Sözügedən Fərmanla Azərbaycan Prezidenti yanında Dövlət Dil Komissiyası yaradılmışdır. Ulu Öndər, həmçinin, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 2001-ci il 9 avqust tarixində Fərman imzalamışdı. Bu sənədə əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir. Ən sadə şəkildə desək, dil ünsiyyət vasitəsidir, bununla bərabər, dil millətin simasını səciyyələndirən amillərdən biridir. Xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dil cəmiyyətin təşəkkülü, inkişafı ilə birgə yaranır, tərəqqi edir. İnsanın təkamülündə ana dilinin rolu böyükdür. “Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Şəxsən mən öz ana dilimi çox sevir və bu dildə danışmağımla fəxr edirəm” deyən Ümummilli Lider Heydər Əliyev onu da əlavə etmişdir ki, öz dilini bilməyən, öz dilini sevməyən adam öz tarixini yaxşı bilə bilməz. Dahi şəxsiyyətin Azərbaycan gənclərinin qarşısında qoyduğu əsas vəzifələrdən biri dilimizi öyrənmək, onu yad təsirlərdən qorumaq idi. Digər dillərin də öyrənilməsi vacib amil kimi önə çəkilirdi. Amma ana dilini öyrənmək əsas çağırış idi. Ulu Öndər bildirmişdir ki, müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməli, azərbaycançılığı-Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini inkişaf etdirməlidir. Son 21 ildən artıq dövrdə Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin Azərbaycan dilinin inkişafı, gənclərimizin azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi istiqamətində atdığı addımlar davamlılığı ilə diqqətdədir.
Xəbər lenti
Hamısına baxSiyasət
02 İyul 09:53
Analitik
02 İyul 09:52
Analitik
02 İyul 09:39
Analitik
02 İyul 09:17
Ədəbiyyat
02 İyul 08:50
Gündəm
02 İyul 08:34
Dünya
02 İyul 08:05
Dünya
01 İyul 23:35
Gündəm
01 İyul 23:24
Dünya
01 İyul 23:16
Gündəm
01 İyul 23:12
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08

