Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Finlandiya müdafiə qabiliyyətini gücləndirir və Ottava müqaviləsindən çıxır

Finlandiya müdafiə qabiliyyətini gücləndirir və Ottava müqaviləsindən çıxır

04.04.2025 [20:35]

Finlandiya müdafiə xərclərini xeyli artıracağını bəyan edib.

AZƏRTAC xəbər verir ki, 2029-cu ilə qədər bu ölkənin müdafiə xərcləri ÜDM-in ən azı 3 faizini təşkil edəcək ki, bu da təxminən üç milyard avroya bərabərdir. Baş nazir Petteri Orponun sözlərinə görə, qərar ani təhlükə səbəbindən deyil, ölkənin uzunmüddətli təhlükəsizliyini təmin etmək məqsədilə verilib.

Finlandiya hökuməti hərbi xərcləri artırmaqla yanaşı, piyada əleyhinə minalardan istifadəni qadağan edən Ottava müqaviləsindən çıxmaq niyyətini də açıqlayıb. Bu qərar geosiyasi vəziyyətin pisləşməsi fonunda ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi zərurəti ilə bağlıdır.

Finlandiya bu addımı ilə həmin müqavilənin tərəfi olmayan ABŞ, Rusiya və Çin kimi ölkələrə qoşulur. Hökumət vurğulayır ki, bu addımlar həm milli səviyyədə, həm də NATO çərçivəsində ölkənin müdafiə potensialını gücləndirmək üçün atılır.

Paylaş:
Baxılıb: 598 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30