Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Sorğu: Ukraynanın Aİ və NATO-ya üzvlüyünə dəstək sabit şəkildə yüksəkdir

Sorğu: Ukraynanın Aİ və NATO-ya üzvlüyünə dəstək sabit şəkildə yüksəkdir

06.02.2025 [20:55]

Ukraynanın xarici siyasət vektoru məsələsi bu gün ölkədə cəmiyyəti konsolidasiya edən amil olaraq qalır. Əksəriyyət Avro-Atlantik inteqrasiyanı dəstəkləyir.

AZƏRTAC bu barədə “Reytinq” sosioloji qrupunun keçirdiyi sorğunun nəticələrinə istinadla xəbər verir.

Ukraynanın Avropa İttifaqına (Aİ) və NATO-ya daxil olmasına dəstək davamlı olaraq yüksəkdir: respondentlərin 69 faizi Aİ-yə, 67 faizi isə Şimali Atlantika alyansına daxil olmağın tərəfdarıdır.

Respondentlərin 16 faizinin fikrincə, Aİ-yə qoşulmaq gələcəkdə ukraynalıları birləşdirə bilər, sorğuda iştirak edənlərin 4 faizi isə bu addımın onları parçalaya biləcəyinə inanır.

Bundan əlavə, respondentlərin 15 faizi əmindir ki, NATO-ya daxil olmaq ölkə vətəndaşlarını birləşdirəcək, 7 faizi isə bunun əksini düşünür.

Eyni zamanda, Xarkov və Donetsk vilayətlərində NATO-ya daxil olmaq məsələsinə (20 faizə qədər) tənqidi münasibət var.

“Reytinq” sosioloji qrupu bütün Ukrayna üzrə bir sıra dövri sosioloji tədqiqatlar aparır. Onlar müharibə zamanı ukraynalıların həyatının müxtəlif aspektlərinə toxunur: ümumi vəziyyət, gələcəyə baxış, regionun dərk edilməsi, birlik və parçalanma amilləri və sairə.

Paylaş:
Baxılıb: 340 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30