Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Arxiv / Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir

06.02.2025 [15:20]

Bakıda və Abşeron yarımadasında hava şəraitinin fevralın 7-də bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, fevralın 8-də yağıntının yarımadanın ayrı-ayrı yerlərində sulu qara keçəcəyi ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin fevralın 9-dək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq fevralın 7-10-da bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Paylaş:
Baxılıb: 399 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30