Saatlıq, yoxsa aylıq əməkhaqqı...
14.05.2024 [10:23]
Hansı daha sərfəlidir?
Məlum olduğu kimi Dünya Bankı (DB) neçə illərdir ki, dünya ölkələrində bizes mühiti və iqtisadi vəziyyətlə bağlı dərc etdiyi ənənəvi “Doung Business” hesabatını yeni illik qiymətləndirmə xülasəsi olan “Business Ready” ilə əvəz edib. Yeni hesabatdan irəli gələn tövsiyələrə uyğun olaraq Dünya Bankı Qrupu ilə Azərbaycan hökuməti 2 ildir ki, əməkdaşlıq edir və “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin və kommunikasiyanın həyata keçirilməsinə dair Yol Xəritəsi hazırlanıb. Yol Xəritəsində məşğulluq, əmək bazarı, əməyin qiymətləndirilməsi üzrə bir sıra tədbirlərin görülməsinə dair təkliflər öz əksini tapıb ki, onlardan biri də minimum əməkhaqqının hesablanması qaydasının dəyişdirilməsidir. Belə ki, minimum əməkhaqqının strukturuna yenidən baxılması və əməyin qiymətləndirilməsi meyarının günlük deyil, saatlıq meyar üzrə hesablanması təklif olunur.
Qeyd edək ki, Azərbaycanda günlük iş saatı 8 saata bərabərdir və minimum əməkhaqqı üzrə maaşların hesablanması da həmin saat hesabı ilə tənzimlənir. Ölkəmizdə bir aylıq iş günü təxminən 22-23 günə bərabərdir ki, minimum əməkhaqqı üzrə bir günlük əməyin dəyəri 15-15,6 manat təşkil edir. Bir saata düşən minimum əməkhaqqı isə 1,8- 1,95 manatdır. Daha da sadələşdirsək, bir nəfərə düşən aylıq əmək saatı 178-184 saata bərabərdir.
Xatırladaq ki, minimum aylıq əməkhaqqı işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir. Əməyin qiymətləndirilməsini təmin edən bu siyasətin əsas məzmunu işçilərin həyat şəraitini yüksəltməyə, yoxsulluq səviyyəsini azaltmağa və biznesin effektli olması yönündə stimul yaradılmasına xidmət edir. Azərbaycanda minimum əməkhaqqı müvafiq qanunvericiliyə əsasən, ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Ölkəmizdə hazırda minimum əməkhaqqını məbləği 345 manat təşkil edir. Son 20 ildə bu rəqəm təxminən 22 dəfə artırılıb.
Dünya Bankının təklifi əslində əməyin qiymətləndirilməsində səmərəliliyin təmin edilməsinə, konkret olaraq işlədiyi saatlar üzrə əməyin real qiymətləndirilməsinə xidmət edir.
Minimum əməkhaqqının saatla hesablanması mexanizmi beynəlxalq praktikada
Dünya praktikasında, ələlxüsus da Avropa ölkələrində minimum aylıq əməkhaqqı anlayışı yoxdur, bu ölkələrdə orta və median əməkhaqqı var. Minimum əməkhaqqı texniki olaraq işçilərin saatlıq əməkhaqqına görə gördükləri işin dəyərləndirilməsinə görə təyin olunan maddi dəyər kimi çıxış edir. Yəni, rəsmi ştat cədvəlində aylıq əməkhaqqı alan şəxslərlə yanaşı, günəmuzd, yəni günlük işlədiyi saatların dəyərinə uyğun maaş alan işçilər də mövcuddur. Dövlət idarələri, ictimai təşkilatlar, publik hüquqi şəxslər və digər müəssisələrdə, eləcə də müdafiə, hərbi təhülkəsizlik və s. sahələrdə standart aylıq maaş təyin edilir. Daha çox özəl və biznes sektorunda isə saatlıq əməkhaqqı üzrə hesablanan əmək normativləri mövcuddur. Bu əməkhaqqı üzrə əməyin dəyərini ölkənin sosial müdafiə orqanları, həmkarlar ittifaqları və işəgötürən qurumların birgə təklifi əsasında müəyyən edərək saatlıq iş hesablanır. Məsələn, Avropada bir saat əməyin dəyəri orta hesabla 20-35 avrodur. İşçi gün ərzində 8 saat, ayda 170 saat çalışdığı halda onun 3000-4500 avro civarında əməkhaqqı yaranır. İşçinin günün müxtəlif saatlarında iş rejimi 8 saat, digər günlərdə 4,5, 6 saat da ola bilər. Bu, işəgötürən və işçi ilə razılaşdırılmış əmək və ya mülki müqavilədə öz əksini tapır.
DB-nin bu təklifi qəbul olunacağı halda ölkəmizdə əmək bazarında əməyin real dəyərinin qiymətləndirilməsində hansı dəyişiklik ola bilər?
Əvvəla, Azərbaycanda minimum əməkhaqqı şərti xarakter daşıyır, əmək qanunvericliyinə əsasən, rəsmi əmək müqaviləsi əsasında çalışanlar üçün iş saatları 09.00-18.00 vaxt qrafiki üzrə, yəni 8 saatlıq iş rejiminə əsasən tənzimlənir. Ona görə də, rəsmi iş saatları əsasında çalışan və əməkhaqqı mimimum əməkhaqı üzrə hesablanan işçilər üçün bunun heç bir fərqi olmayacaq. Bu, özəl sektorda çalışan işçilər üçün fərq yarada bilər. Belə ki, bir çox özəl sahələrdə mülki müqavilə əsasında işləyən işçilər aylıq deyil, saat üzrə çalışırlar. Bu halda onların əməyinin dəyərində yox, sosial və əmək hüquqlarının qorunmasında təminatlar yaranmış olar.
Ümumiyyətlə, ölkəmizdə minimum əməkhaqqının strukturunda dəyişikliklərin aparılması deyil, əmək bazarında münasibətlərin təkmilləşdirilməsi daha əsas prioritetdir. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əməkhaqlarının artırılması və hamı üçün layiqli həyat səviyyəsinin təmin edilməsi, xüsusilə də işləyənlərin layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə minimum əməkhaqlarının artırılması, xalis minimum əməkhaqqının xalis orta aylıq əməkhaqqına nisbətinin məqbul səviyyəsinə çatdırılması nəzərdə tutulur. Bu, faktiki olaraq minimum əməkhaqqı sisteminin təkmilləşdirilməsi və orta aylıq əməkhaqqına çatdırılmasına doğru addımların atılması deməkdir. Həmçinin, “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində yüksək və ədalətli sosial təminat məsələsi başlıca meyarlardan biri kimi müəyyən edilib. Sosial təminat sisteminin daha effektiv və ədalətli olması üçün sosial müdafiə və sosial təminatın gücləndirilməsi, sosial ödənişlərin minimum məbləğlərinin layiqli səviyyəyə çatdırılması ilə bağlı tələblərin gerçəkləşməsi nəzərdə tutulur.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32
Dünya
17 Aprel 14:19
Dünya
17 Aprel 13:50
Dünya
17 Aprel 13:27
Gündəm
17 Aprel 13:08
Gündəm
17 Aprel 12:54
Siyasət
17 Aprel 12:44
Gündəm
17 Aprel 12:22
İqtisadiyyat
17 Aprel 12:16
Siyasət
17 Aprel 12:16
Sosial
17 Aprel 12:15
Gündəm
17 Aprel 11:48

