Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Kollektiv Qərbin B planı...

Kollektiv Qərbin B planı...

03.04.2024 [11:05]

Kiyev geri çəkilir?

Ukrayna Qərb güc mərkəzlərinin geosiyasi maraqlarının qurbanına çevrilib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın “CBC” telekanalına müsahibəsində bildirib ki, rəsmi Kiyev Rusiya ordusunun dörd vilayət - Luqansk, Donestsk, Zaparoje və Xersondan geri çəkiləcəyi təqdirdə Moskva ilə danışıqlar masasına oturmağa razı olacaq.

Maraqlıdır ki, Zelenski sadaladığı vilayətlər arasında Krımın adını çəkməyib. Görəsən, Ukraynanın dövlət rəhbəri Krımın adını yaddan çıxarıb, yoxsa həqiqətən Krımın itirilməsinə razı olub. Axı, Prezident Volodimir Zelenski dəfələrlə Ukraynanın Krım üzərində suverenliyini bərqərar edəcəyini bəyan edirdi. Axı, Krımsız Ukraynanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünün və sərhədlərinin bərqərar olunması mümkün deyil. Necə oldu ki, Zelenski öz fikrindən döndü?

Gəldiyimiz ilkin qənaətə görə, Zelenski Qərbin təzyiqləri altında Krımın itirilməsinə razı olub. Xüsusilə vurğulayaq  ki, son zamanlar Qərb, xüsusilə, ABŞ, Avropa İttifaqı və Almaniya Ukraynanın hərbi-siyasi rəhbərliyini Moskva ilə danışıqlar masasına oturmağa çağırırlar. Qərb, hətta Kiyevə ciddi mesaj da göndərir. Qərbin mesajı budur ki,  onlar Rusiya-Ukrayna müharibəsinin davam etməsində və Ukraynaya davamlı şəkildə hərbi və maliyyə yardımı göstərməkdə maraqlı deyillər. İstər Vaşinqton, istər Brüssel, istərsə də Berlin olsun, hər üçü Kiyevə xəbərdarlıq ediblər ki, onlar nə zamansa Ukraynaya dəstəyi dayandıracaqlar.

Ona görə də hesab etmək olar ki, Prezident Volodimir Zelenski Krımın itirilməsi ilə razı olmağa məcbur olub. Zelenski anlayır ki, Qərb Ukraynanı Rusiya ilə müharibədə əvvəl-axır yalnız buraxacaq.

Sözsüz ki, Qərb güc mərkəzləri, ən çox da ABŞ Ukrayna müharibəsi nəticəsində öz istəklərinə və məqsədlərinə nail ola bilib. Vaşinqton Ukraynada öz çirkli siyasi oyunu ilə Rusiyaya qarşı Avropanın bir çox ölkələrindən ibarət siyasi cəbhə formalaşdırıb. Rusiyanı dünyadan təcrid etməyi hədəfləyən ABŞ, bu arada Kiyevi də çevrəyə salmağı bacarıb. Belə ki, Ukrayna iqtisadi cəhətdən tam olaraq Qərbdən asılı vəziyyətə düşüb.

Bundan başqa, Vaşinqton Avropada Rusiya təhlükəsini bəhanə gətirməklə Finlandiya və İsveçi NATO-ya üzv edib və Baltik dənizini NATO-nun daxili sularına çevirib.

Avropa İttifaqı və ona üzv olan ölkələr isə heç nə qazanmadı, əksinə bir çox iqtisadi çətinliklərlə üzləşiblər və onların ağır iqtisadi problemləri artıb. Rusiyaya tətbiq olunan sanksiyalar səbəbindən Qərbi Avropa ölkələri, ən çox da Almaniya milyardlarla ölçülən vəsait itiriblər. Bu baxımdan Avropa İttifaqının bir çox üzv ölkələri, xüsusilə Almaniya Ukraynada müharibənin başa çatmasında və Moskva ilə Kiyev arasında atəşkəs sazişinin imzalanmasında maraqlıdırlar. Planlarının daha irəli getməyəcəyini anlayan ABŞ da müharibənin sona çatmasında maraqlıdır. Çünki Rusiyanı çökdürmə üçün B planından istifadəyə start verib. Yəni artıq Ukrayna üzərində cəbhə Qərbə sərf eləmir. B planının tərkib hissəsi isə Rusiyanın cənub və şərq sərhədləridir.

O ki qaldı Rusiyanın Ukraynada nəzarəti altında olan dörd vilayətin taleyinə, Moskva heç vaxt Luqansk, Donetesk, Zaporoje və Xersonu Kiyevə güzəştə getməyəcək. Ukrayna heç vaxt diplomatik-siyasi yolla öz ərazilərini geri qaytara bilməyəcək. Hazırda hərbi yol da mümkün görünmür. Çünki Ukrayna ordusunun əks-hücum əməliyyatları fiaskoya uğrayıb və son zamanlar şərq istiqamətində xeyli sayda ərazilər itirib.

Həmçinin ehtimal olunur ki, Rusiya Ukraynanın Qara dəniz sahillərini, ən əsası da strateji cəhətdən önəmli olan Odessanı ələ keçirmək üçün yaz-ya? aylarında genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirəcək. Belə bir ağır vəziyyətdə Qərb Ukraynanı Rusiyaya qarşısında yalnız buraxmaq niyyətindədir.

Bəzi Qərb politexnoloqlarının fikrincə, yaxın zamanda Qərb güc mərkəzləri, rəsmi Kiyevi dörd vilayətin itirilməsi ilə barışmağa və Moskva ilə danışıqlar masasına oturmağa məcbur edəcək.

Ukrayna ya Qərbin təzyiqlərinə boyun əyməyə məcbur olacaq, ya da daha çox ərazilərini itirəcək. Son ayların hadisələri bir daha təsdiq edir ki, Qərb yalnız öz geosiyasi maraqlarını güdür və öz maraqlarını təmin etmək üçün kiçik ölkələri öz qurbanına çevirir.

Yunis Abdullayev

Paylaş:
Baxılıb: 588 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30