Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Analitik / Avropanın planı dəyişir...

Avropanın planı dəyişir...

02.04.2024 [10:25]

Ukraynaya qoşun yeridiləcək?

Üçüncü dünya müharibəsinin yaxınlaşdığı barədə qorxunc proqnozların verildiyi bir vaxtda Qərb dövlətləri Ukraynaya canlı hərbi qüvvə göndərmək planını intensiv müzakirə edir. İddialara görə, bu müzakirələr daha çox mediaya qapalı formada keçirilir. Rusiyalı ekspertlərin fikrincə, Makronun məşhur açıqlamasına təpki göstərən Aİ ölkələrinin liderləri əslində bu variant üzərində götür-qoy edirlər.

Ukraynada NATO kontingenti var, amma...

NATO hərbçilərinin Ukrayna döyüş bölgələrində  mövcudluğu barədə məlumatlar əvvəllər də xəbər gündəminə gəlmişdi. Hətta bir sıra ölkələrin rəsmi dairələri bu informasiyaların həqiqətə uyğunluğu barədə ehtimallar da səsləndirmişdi. Məsələn, Polşa xarici işlər naziri Radoslav Sıkorskinin Ukraynadakı NATO əsgərləri ilə bağlı bəyanatını xatırlamaq kifayətdir. Bu yaxınlarda İspaniya mətbuatı məlumat yayıb ki, NATO ordusu guya hərbi əməliyyatlarda iştirak etmir, lakin alyans Ukraynaya verilən silahları nəzarətə götürməyə, kəşfiyyat və təlim əməliyyatları keçirmək üçün ölkəyə məhdud sayda kontingent göndərməyə nail olub. Fransa prezidenti Emmanuel Makronun qaldırdığı məsələ isə konkret olaraq Ukraynaya tamhüquqlu silahlı qüvvələrin göndərilməsini nəzərdə tutur. Bu təklif son vaxtlara qədər absurd və reallıqdan uzaq görünürdüsə, artıq bir sıra analitiklər situasiyanın dəyişdiyini iddia edirlər.

Bu bir faktdır ki, müharibənin ilk günlərindən Qərb liderləri Rusiya ilə birbaşa hərbi toqquşmadan qaçmağın vacibliyini yekdilliklə bəyan edirdilər.

Lakin Ukrayna vasitəsilə Moskvanı strateji məğlubiyyətə uğratmaq planlarının puça çıxması, Rusiyaya tətbiq etdiyi sanksiyalardan dolayısı ilə özünün də zərər görməsi Qərbi bu istiqamətdə taktiki dəyişikliyə sövq edir.

Aİ daxilində ikiləşmə

Artıq Makronun simasında Qərb liderləri üçüncü dünya müharibəsinin reallaşmasından danışırlar. Belə ciddi proqnozun qeyri-ciddi imicə malik biri tərəfindən səsləndirilməsi ilk baxışdan diqqətəlayiq görünməsə də, bəzi analitiklərin fikrincə, bu perspektivi gerçəklikdən kənar da hesab etmək olmaz. 

Rusiya mediası Qərbin bu məsələdə görünməmiş avantüraya başladığını iddia edir. Rusiyalı siyasətçilərin bu mövzuda fikri yekdildir: “Qərb Rusiyanı böyük güclər klubundan kənarlaşdırmaq, parçalamaq və yox etmək məqsədi güdür”. 

Son dönəmlər Aİ daxilində böhranın danışıqlar yolu ilə həllində israrlı olan Macarıstan baş naziri Viktor Orban və Slovakiyanın baş naziri Robert Fiko kimi praqmatik liderlərin mövqeyi daha çox populyarlıq qazanıb. Buna baxmayaraq Vaşinqtonun göstərişləri əsasında barışıqdan və danışıqdan imtina edən “anti-Rusiya” layihəsinin təşəbbüskarları eskalasiya üçün müxtəlif alternativ variantlar təklif edirlər. Rusiyalı ekspertlər bildirirlər ki, əgər öncələr avropalı rusofobların sevimli ideyası Rusiyanın Qərbdəki aktivlərini müsadirə etmək və onları Ukraynaya yardım əvəzi yönləndirmək idisə, hazırda həmin qüvvələr Makronun simasında Rusiya əleyhinə yönələn istənilən fəaliyyətə həvəslə şərik çıxırlar.

Təbii ki, nüvə toqquşmasına birbaşa yol sayıla biləcək NATO Nizamnaməsinin 5-ci maddəsinin aktivləşdirilməsi perspektivi bir çox ayıq düşüncəli Qərb siyasətçilərinin  xoşuna gəlmir.

Makronun Ukraynaya qoşun yeritmək həvəsini bölüşməyən Olaf Şolz Almaniyanın ən qeyri-populyar kansleri olaraq qalır. Ukrayna cəbhəsinə avropalı hərbçilərin göndərilməsi barədə söhbətlərdən yayınan NATO baş katibi Yens Stoltenberq isə yaxınlarda pensiyaya çıxmağa hazırlaşır.

Nəticədə, Emmanuel Makron Polşanın və Skandinaviya ölkələrinin dəstəyi, eləcə də Böyük Britaniyanın razılığı ilə öz dağıdıcı təşəbbüslərini həyata keçirmək üçün bir növ kart-blanş qazanır. Bu arada Serbiya Prezidenti Aleksandr Vuçiç qurbanlarının sayına görə ikinci dünya müharibəsini geridə qoya biləcək yeni qlobal savaşın yaxınlaşmasından narahatlığını dilə gətirib.

Rusiya nə təklif edir?

Rusiyalı ekspertlər isə bildirirlər ki, Avropa qitəsinin (nə qədər iddialı səslənsə də) bu cür düşünülməmiş hərəkətlərlərlə məhvə doğru getməsini, ümumilikdə dünya sivilizasiyasının risk altına atılmasını Makrona və Makron kimilərinə əməlli-başlı izah etmək gərəkdir.

Məsələn, Makron Fransasının Ermənistanı himayəyə götürmək adıyla Cənubi Qafqaza yersiz burun soxması normal ermənilər tərəfindən etibarlı bir jest kimi qarşılanmır. Makronun Qafqaz canfəşanlığı ilə bağlı “VEREQ” Analitik Mərkəzinin politoloqu Beniamin Matevosyan belə söyləyib: “Onlar Ermənistana nə təklif edə bilərlər? Vəziyyəti Ukraynada baş verənlərlə müqayisə etsək, Ermənistana bəzi boş kağız parçaları təklif oluna bilər. Məsələn, Ermənistan üçün təhlükəsizlik zəmanətinin imzalanması. Ona qalsa, Ukrayna da Böyük Britaniya, İtaliya və digər ölkələrlə belə sənəd imzalayıb. Hakimiyyətdəkilər çox şey deyə bilərlər, ancaq hərbi loqistika baxımından Ermənistanın təhlükəsizliyini təmin edə bilməyəcəklər. Amerikanın bir sıra mötəbər təşkilatları bizə deyir ki, KTMT-dən çıxmaq yox, təhlükəsizlik sistemini şaxələndirməyə çalışmaq lazımdır. Hətta rəsmi Parisin nümayəndələri də bu yaxınlarda Ermənistan hakimiyyətini Rusiya Federasiyası ilə münasibətləri gərginləşdirməyə yönəlmiş addımlar atmamağa çağırıblar, çünki nə Avropa İttifaqının, nə də NATO-nun Ermənistanın ərazi bütövlüyünü, suverenliyini təmin edəcək vasitələri yoxdur”.

Bəs NATO qoşunları Ukraynaya yerləşərsə, nə baş verəcək? Rusiya rəsmiləri bildirirlər ki, Ukrayna ərazisinə gələn və Kiyevə müttəfiq olan istənilən ordunun əsgərləri Rusiya silahlı qüvvələri üçün legitim hədəfə çevriləcək və dərhal məhv ediləcək. Onilliklər ərzində Rusiya və Qərbi qarşılıqlı surətdə məhv olmaqdan sığortalayan nüvə çəkindirmə prinsipi bu məqamda işə yaramayacaq. Tarixə nəzər salsaq, görərik ki, Kuba raket böhranı zamanı ABŞ-ın casus təyyarəsinin SSRİ-nin hava hücumundan müdafiə qüvvələri tərəfindən məhv edilməsi münaqişənin qırmızı xətti keçməsinə səbəb olmadı, əksinə, gərginliyin aradan qaldırılmasına kömək etdi. Ümumiyyətlə, soyuq müharibənin qaydası belədir.

Rusiya opponentlərinin sadə vətəndaşları məsuliyyətsiz liderlərinin hərəkətləri nəticəsində nüvə xarabalıqlarını görmək kimi ciddi sarsıntı keçirməyiblər. Əgər Aİ ölkələri Parisin təklif etdiyi yolla getsə, belə bir sarsıntı mütləq əmələ gələcək.

“Bu, bizim seçimimiz deyil. Biz düşmənlə sona qədər anlaşmağa çalışacağıq. Lakin qlobal münaqişəni  dayandırmaq üçün əlavə variant qalmayacaqsa, savaş üçün son imkanlarımızı səfərbər edəcəyik!” Bu fikirlər isə  Rusiya KİV-ində Putinin dilindən və onun adından dəfələrlə səsləndirilib.

Murad Köhnəqala

Paylaş:
Baxılıb: 174 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Siyasət

Siyasət

1 il tez...

18 Aprel 10:21

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30