Tehranın İrəvana qəzəbi...
28.03.2024 [11:20]
Səbəbi nədir, nəticəsi nə olacaq?
Yunis Abdullayev
Yaxın zamanda İran Ermənistan ilə xarici siyasətini yenidən nəzərdən keçirə bilər. Ermənistanın Qərblə daha da yaxınlaşmağa çalışması, xüsusilə rəsmi İrəvanın ABŞ, Avropa İttifaqı və Fransa ilə münasibətləri daha da möhkəmləndirməsi, Aİ və NATO - ya inteqrasiya ilə bağlı planlarını açıq şəkildə büruzə verməsi təkcə Rusiya deyil, həmçinin İranın hərbi-siyasi rəhbərliyində ciddi narahatçılıq yaradıb.
Paşinyan hakimiyyətinin Ermənistanın Kollektiv Təhlükəsizlik Müqavilə Təşkilatında iştirakını “dondurması”, ən əsası da ölkəsinin təhlükəsizliyinə zamin duracaq alternativ ölkə axtarışına çıxması, bu məsələdə Fransanı münasib ölkə kimi görməsi Tehranda birmənalı qarşılanmayıb. Ələlxüsus fevralın sonunda Fransa müdafiə naziri Sebastian Lekornunun Ermənistana rəsmi səfəri, bu səfər çərçivəsində hər iki ölkə arasında geniş hərbi əməkdaşlığa dair sazişin imzalanması və S.Lekornunun Fransanın Ermənistanı müasir hücum və müdafiə xarakterli silahlarla təmin etməyə hazır olduğunu bəyan etməsindən sonra İran hakimiyyəti Ermənistana ətraflı hərbi əməkdaşlıq barədə saziş imzalanmasını təklif edib.
Fransanın NATO ölkəsi olmasına baxmayaraq, Tehran və Parisin Ermənistan üzərində müəyyən geosiyasi maraqları üst-üstə düşür. Hər iki ölkə Ermənistandan regionda öz maraqlarını və ambissiyalarını təmin etmək üçün sərfəli alət kimi istifadə etmək niyyətindədir.
Amma Paşinyan hakimiyyətinin Tehranın təklifini qulaq ardına vurması, İran hakimiyyətini Ermənistanla bağlı xarici siyasətini yenidən nəzərdən keçirməyə vadar edir. Onu da vurğulayaq ki, ABŞ, Avropa İttifaqı və NATO Ermənistana İranla ətraflı hərbi əməkdaşlığa dair saziş imzalanmasına imkan verməz.
Tehran isə yaxşı anlayır ki, Qərbin, xüsusilə ABŞ və Fransanın Ermənistanda hərbi-siyasi və iqtisadi təsir imkanlarını artırmaqda hədəfi Cənubi Qafqazda möhkəmlənmək, Rusiyanı regiondan kənarlaşdırmaq və bu region üzərində İrana təsir etməkdir.
Eyni zamanda, Tehranda belə bir qorxu var ki, yaxın on və ya on beş il ərzində Ermənistanın Rusiyanın təsir dairəsindən çıxıb Qərbə inteqrasiya olunacağı təqdirdə ABŞ və Fransa bu ölkədə öz hərbi bazasını yaradacaq. Və İran hakimiyyəti NATO-nun regionda mövcudluğunu özünə təhlükə kimi görür.
Hazırki Ermənistan hakimiyyətinin xarici siyasət kursu Rusiya ilə yanaşı, İranın da geostrateji və geosiyasi maraqlarına ziddir. Nə Moskva, nə də Tehran Qərbi Cənubi Qafqaz regionunda görmək istəmir. Həm Moskva, həm Tehrana görə Cənubi Qafqazda proseslər yalnız region ölkələri tərəfindən nizamlanmalıdır. Azərbaycan və Türkiyə də İran və Rusiya ilə bu məsələdə həmfikirdirlər.
Artıq İranın dövlət rəsmiləri bu yöndə Ermənistan rəhbərliyinə ciddi xəbərdarlıq edib. Qeyd edək ki, İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Ermənistanın baş nazirinin müavini Mehr Qriyoryanla son görüşündə İranın regionda xarici qüvvələrin mövcudluğuna dözməyəcəyini bildirib. Yəni Rəisi Qriqoryana eyham vurub ki, Ermənistanın Qərbin regiondakı proseslərə müdaxiləsinə imkan verməsi Tehranı qəzəbləndirir.
Bununla yanaşı, İranın müdafiə naziri Məhəmməd Rza Aştiani erməni həmkarı Suren Papikyanla son görüşdə Tehranın regiondan kənar ölkələrin Cənubi Qafqazda möhkəmlənməsinə imkan verməyəcəyini bildirib. İranlı nazir Ermənistana Rusiya, Azərbaycan və Türkiyə ilə birlikdə İranın da iştirakı ilə yeni təhlükəsizlik arxitekturası qurmağı təklif edib.
“Bölgədən kənarda təhlükəsizlik axtarışları əks nəticə verəcək. Təhlükəsizlik arxitekturası regionun özündə formalaşmalıdır, əks halda bölgə fövqəldövlətlər arasında münaqişə meydanına çevriləcək. Regionun əcnəbilərin rəqabət meydanına çevrilməsinə isə icazə verilə bilməz, çünki bu, bölgə ölkələrinin hamısının maraqlarına ziddir və həmin ölkələrin təhlükəsizliyinə, sabitliyinə mənfi təsir edəcək,” - deyə Aştiani vurğulayıb.
Bu barədə Ermənistan KİV-lərində yayılan məlumatlara görə, İran tərəfi Ermənistan Müdafiə Naziri Papikyana bildirib ki, əgər Ermənistan NATO-nu bölgəyə gətirərsə və bölgədə Qərblə münasibətləri daha da dərinləşdirərsə, bu zaman İran Ermənistana daha sərt cavablar verəcək və Ermənistana qarşı Azərbaycan, Rusiya və Türkiyə ilə birləşəcək.
Həmçinin İran Ali Təhlükəsizlik və Müdafiə Şurasının baş katibi Əli Şamxani Ermənistan Təhlükəsizlik Şurasının baş katibi Armen Qriqoryanla telefon danışığı zamanı bildirib ki, Tehran Ermənistanda Qərbin hərbi mövcudluğunu qəbul etməyəcək.
Bütün bunlar onu deməyə əsas verir ki, İran hakimiyyəti də Rusiya kimi Qərbin Cənubi Qafqazda mövcudluğuna hər vəchlə əngəl yaradacaq. Tehran Moskva ilə bu istiqamətdə birgə hərəkət etməkdə maraqlıdır. Doğrudur, İranın bir məsələdə Rusiya ilə maraqları toqquşur. Bu da Zəngəzur dəhlizidir. Çünki İranda müəyyən dairələr hesab edir ki, bu dəhliz Mərkəzi Asiya və Cənubi Qafqazı bir-birinə birləşdirəcək “Orta Dəhliz” - in reallaşmasına, o cümlədən Türkiyənin Cənubi Qafqazda geosiyasi mövqeyinin möhkəmlənməsinə münasib şərait yaradacaq.
Ermənistanın taleyi məsələsinə gəlincə, olsa bilsin ki, Rusiya və İran Ermənistanda Paşinyan hakimiyyətinə qarşı birgə siyasi cəbhə formalaşdıracaqlar. Bildiyimiz kimi, Rusiyanın Ermənistanda təsir rıçaqları kifayət qədər çoxdur. Şübhəsiz ki, Kreml bu rıçaqlardan istifadə edib ölkə daxilində gərgin proseslərin meydana gəlməsinə yol aça bilər. Artıq ölkədə təlatümlər özünü göstərməkdədir.
İran da öz təsir imkanlarından istifadə edəcək. Bəzi məlumatlara görə, İranın xüsusi xidmət orqanlarının əməkdaşları müxtəlif adlar altında Ermənistana keçməyə başlayıblar.
Beləliklə, Tehranın qarşıdan gələn dövrdə baş verə biləcək hadisələrdə rolunu ehtimal etmək bir o qədər çətin deyil.
Xəbər lenti
Hamısına baxSosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41
Dünya
18 İyun 22:34
Dünya
18 İyun 22:16
İdman
18 İyun 21:58
İqtisadiyyat
18 İyun 21:22
İqtisadiyyat
18 İyun 21:09
Siyasət
18 İyun 20:45
Müsahibə
18 İyun 20:31
Dünya
18 İyun 20:17
Müsahibə
18 İyun 19:53
Analitik
18 İyun 19:22
İqtisadiyyat
18 İyun 19:20
Sosial
18 İyun 19:11
Gündəm
18 İyun 18:55
Dünya
18 İyun 18:20
Dünya
18 İyun 17:35

