Sülhə daha bir addım...
02.03.2024 [10:36]
Berlin görüşü nəyi dəyişəcək?
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almaniyanın paytaxtı Berlin şəhərində görüşü gündəmin əsas mövzularından biridir. Ceyhun Bayramov və Ararat Mirzoyanın uzun fasilədən sonra 28-29 fevral tarixlərində Berlində bir araya gəlməsi diqqət mərkəzindədir. Xatırladaq ki, rəsmi məlumata görə, nazirlər və onların heyətləri arasında “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsinin müddəaları üzrə mövqelər müzakirə edilib. Bəzi əsas məsələlər üzrə əlavə işin davam etdirilməsinə ehtiyac olduğu vurğulanıb. Səfər çərçivəsində, nazirlər Almaniyanın xarici işlər naziri Annalena Berbokla da görüşüblər. Nazir Ceyhun Bayramov Azərbaycan və Ermənistan arasında danışıqlara ev sahibliyi etdiyinə görə Almaniya tərəfinə minnətdarlığını bildirib.
“Hər bir görüş özlüyündə sülhə nail olmaq üçün irəliyə atılmış addımdır”
Bəs xarici işlər nazirlərinin görüşü nəyi dəyişəcək? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən millət vəkili Kamran Bayramov bildirib ki, ölkəmiz normallaşma prosesinin və sülh gündəliyinin irəli getməsində maraqlıdır. Amma Ermənistanın qeyri-konstruktiv mövqeyi hələ də sülhün reallaşmasına əngəldir. 5 aya yaxın sürən sabitliyin Ermənistan tərəfindən pozulması da sülh prosesinə zərbə vurmaq məqsədi daşıyırdı. “Azərbaycanın XİN başçısı almaniyalı həmkarı Berbokla görüşündə də bu məqamları qeyd edib. Bununla yanaşı, Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb. Bütün tərəflər bilməlidir ki, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır”-deyən millət vəkilinin sözlərinə görə, 44 günlük müharibə başa çatandan sonra bir sıra beynəlxalq aktorlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesində vasitəçilik təşəbbüsləri ilə çıxış edib. Rusiya, Avropa İttifaqı və ABŞ-ın təşəbbüsü ilə tərəflər arasında müxtəlif görüşlər keçirilib. Azərbaycan tərəfsiz və həqiqətən də sülhə xidmət edən beynəlxalq vasitəçiliyi hər zaman dəstəkləyib və bunu hər zaman sübut edib. Lakin ötən ilin sentyabrında Qarabağda antiteror tədbirlərindən sonra Qərbdə ölkəmizə qarşı yanaşma dəyişdi. Sanki onlar Qarabağda erməni separatizminin müdafiəçisi kimi çıxış etməyə başladılar. Bu da dövlətimiz tərəfindən qəbul oluna bilməzdi. Ona görə də, həmin dairələrin bəzi təşəbbüsləri rədd edilib.
K.Bayramov qeyd edib ki, müəyyən fasilədən sonra Almaniyanın təşəbbüsü ilə Berlində tərəflər arasında sülh sazişi üzrə müzakirələrin növbəti raundunun keçirilməsi əhəmiyyətlidir: “Hazırda Almaniya neytral mövqedən çıxış edir. Vacib məqamlardan biri budur ki, vasitəçilər tərəf tutmasın. Almaniya da məhz belə bir mövqe sərgiləyir. Görüşün nəticələri ilə bağlı rəsmi açıqlama var və yanaşma bundan ibarətdir ki, müəyyən məsələlərlə bağlı iş davam etdirilməlidir. Azərbaycanın bu məsələdə prinsipial və dəyişməz mövqeyi var. Ümid edək ki, Berlin görüşü sülhə gedən yolda bir vəsilə olacaq. Çünki hər bir görüş özlüyündə bu məqsədə çatmaq üçün irəliyə atılmış addımdır”.
“Bu görüşü pozitiv hesab etmək olar”
“Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Berlindəki görüşü Cənubi Qafqazda sülhün, təhlükəsizliyin, sabitliyin qorunması, onun dayanıqlı məcraya keçməsi baxımından müstəsna əhəmiyyətə malikdir”. Bu fikirləri isə politoloq İlyas Hüseynov deyib. O qeyd edib ki, Azərbaycan bununla bir daha göstərdi ki, Qərb müstəvisində, ümumiyyətlə, bütün platformalarda danışıqlara açıqdır. “Ermənistan çox çalışır ki, Qərb dairələrinin moderatorluğu ilə görüşlər keçirilsin və burada İrəvan müəyyən üstün mövqelərə sahiblənsin. Digər tərəfdən, Azərbaycan həm də danışıqlarda iştirak edən geopolitik mərkəzin heç bir əhəmiyyəti olmadığını bir daha isbatladı. Almaniyanın xarici işlər naziri Annalena Berbok da bildirdi ki, tərəflər keçmişi unudaraq, gələcəyə baxırlar. Bu baxımdan, bu görüşü pozitiv hesab etmək olar. Əsas məsələ odur ki, danışıqlar konstruktiv məcrada keçirilsin”,-deyən politoloq əlavə edib ki, danışıqlarla bağlı əldə olunan razılıqlar inkişaf etdirilsin. Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti
İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş müsbət dəyərləndirilsə də, biz ardınca gördük ki, Ermənistanın baş naziri Fransaya səfər etdi. Orada Ermənistanın silahlandırılmasına dair vədlər verildi.
“Ardınca Fransanın müdafiə naziri İrəvana səfər edərək, öz təyyarəsində hərbi təyinatlı məhsullar apardı. Bütün bunlar sülh əleyhinə olan Fransanın da niyyətlərini göstərir. Bir tərəfdən Almaniya danışıqların pozitiv əhvalda dərinləşdirilməsinin tərəfdarıdır, digər tərəfdən Avropa İttifaqını təmsil edən dövlət sülh əleyhinə davranışları ilə diqqət çəkir”, - deyə həmsöhbətimiz vurğulayıb.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

