Rusiya-Ukrayna müharibəsi Səudiyyədə həll edilir?
01.03.2024 [11:15]
Kulisarxası məqamlar
Fevralın 27-də Ukrayna prezidenti Volodimir Zelenski Səudiyyə Ərəbistanına səfər edib, şahzadə Məhəmməd bin Salman Əl-Səudla görüşüb. Ukrayna liderinin mediaya açıqlamasına görə, səfərdə məqsəd əsirlərin qaytarılması, Rusiyaya təklif olunan sülh formulunun müzakirəsi, eləcə də Ər-Riyadın müharibə tərəfləri arasındakı danışıqlarda vasitəçiliyinin müzakirəsi olub.
Volodimir Zelenski səfəri ərəfəsində: “Biz artıq ilk sülh sammitini keçirməyə yaxınıq, bu məsələdə Səudiyyə Ərəbistanının davamlı dəstəyinə ümid edirik”, - deyə açıqlama verib.
Xatırladaq ki, Zelenskinin krallığa ilk səfəri 2023-cü ilin mayında gerçəkləşmişdi. Ukrayna lideri o zaman da vəliəhdlə görüşərək, ərəb liderlərinə müraciət etmiş, onları müharibənin həlli üçün Kiyevin hazırladığı sülh planını dəstəkləməyə çağırmışdı.
Bu səfərdə isə tərəflər təkcə qeyd olunan məsələləri yox, iqtisadi əməkdaşlığın perspektivli istiqamətlərini, Səudiyyə Ərəbistanının Ukraynanın bərpasında iştirakını da müzakirə ediblər.
Zelenski bildirib ki, krallığın hakimiyyət orqanları bir dəfə 2022-ci ilin sentyabrında Ukrayna əsirlərinin azad olunmasına kömək göstərib. Sülh formulundan danışan Ukraynanın dövlət başçısı vurğulayıb ki, ötən ilin avqustunda Ciddədə məhz bu formulun həyata keçirilməsi üzrə məsləhətçilər səviyyəsində məhsuldar görüş təşkil edilmişdi. Rusiyanın dəvət olunmadığı həmin tədbirdə dünyanın 30-dan çox ölkəsinin rəsmi nümayəndələri iştirak etmişdi.
“Kiyevin şərtləri qəbuledilməzdir”
Bəs Ukraynanın sülh formulunda hansı maddələr yer alır? Zelenskinin G20 sammitində təqdim etdiyi bu formul 10 bənddən ibarətdir. Bu bəndlərdə Rusiya qoşunlarının Ukraynadan çıxarılması, Ukraynanın ərazi bütövlüyünün bərpası, nüvə, ərzaq və enerji təhlükəsizliyinin təminatı, münaqişənin təkrarlanmaması üçün zəmanətin verilməsi, dağıdılmış ərazilərin bərpası və digər şərtlər irəli sürülür.
Lakin Moskva bu formulu qəbuledilməz sayır. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova bildirib ki, ABŞ həqiqətən də Ukrayna müharibəsinin həllinə kömək göstərmək istəyirsə, Ukrayna liderinin təklif elədiyi “sülh formulu”ndan imtina etməlidir: “ABŞ və onun peykləri təkcə sözdə yox, əməldə də sülhə nail olmaq istəyirlərsə, Zelenskinin qəbuledilməz “düsturunun” təbliğindən boyun qaçırmalıdırlar”. Zaxarovanın sözlərinə görə, əgər Vaşinqton münaqişənin sülh yolu ilə həllini istəyirsə, Ukrayna hakimiyyətinə verdiyi dəstəyi dayandırmalı, Rusiya Federasiyasının Avropa istiqamətində təhlükəsizlik maraqlarını təmin etməlidir.
Rusiyalı deputatların Ər-Riyada səfəri
Maraqlıdır ki, Ukrayna liderinin Səudiyyə Ərəbistanına səfəri ərəfəsində Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin başçılıq etdiyi nümayəndə heyəti də Səudiyyənin paytaxtına səfərə yollanıb. Vəliəhd Məhəmməd bin Salman Əl-Səud ilə görüşən parlament sədri səfər zamanı iki ölkənin parlamentlərarası əlaqələrin inkişafı barədə razılığa gəldiyi haqda danışıb. Maraqlısı isə odur ki, Səudiyyə Ərəbistanında parlament yoxdur, qanunverici orqan rolunu kral yanında fəaliyyət göstərən Məsləhət Şurası oynayır. Duma üzvləri görüşün digər təfərrüatları barədə məlumat verməyiblər.
Rusiya Dövlət Duması nümayəndələrinin, eləcə də Ukrayna lideri Volodimir Zelenskinin Səudiyyə Ərəbistanına səfəri hər üç ölkənin KİV-ində geniş müzakirə edilir. Şərqşünas politoloq Vasili Ostanin-Qolovnya bu səfərlərlə bağlı mətbuata verdiyi açıqlamada Rusiya nümayəndə heyətinin krallığa təcili səfərini “anlaşılmaz” adlandırıb: “Bu səfəri parlament xətti üzrə əməkdaşlıq adlandırmaq olduqca çətindir, çünki krallığın klassik mənada parlamenti yoxdur”.
Ekspertin sözlərinə görə, Ərəbistan rəsmiləri ilə danışıqlarda söhbət əsirlərin dəyişdirilməsi və müəyyən ərazilərin statusunun təyin olunmasından gedə bilər: “Səudiyyə Ərəbistanı öncələr də Zelenskinin iştirakı ilə müxtəlif tədbirlər keçirib. Krallıq özünü tərəfsiz vasitəçi kimi göstərməyə çalışır. Qərb açıq şəkildə ukraynayönlü mövqe tutur, ərəblər isə, sadəcə, öz maraqlarından çıxış edirlər”.
Səudiyyə Ərəbistanı ABŞ-dan qopur?
Şərqşünas politoloq Vasili Ostanin-Qolovnyanın fikrincə, ümumən körfəz ölkələri nə Qərbin, nə Ukraynanın, nə də Rusiyanın mövqeyini dəstəkləyir. Ekspert həmin ölkələrin İsrail-HƏMAS münaqişəsi ilə bağlı sərgilədiyi neytral mövqeni misal gətirərək, bu dövlətlərin münaqişələrdə “çox mülayim və balanslı mövqe” tutduğunu qeyd edir.
Rusiya xarici işlər naziri Sergey Lavrov bu yaxınlarda Səudiyyə Ərəbistanını, eləcə də Yaxın Şərqin bəzi ölkələrini “Rusiya Federasiyasının yaxın çevrəsində olan dövlətlər” adlandırıb. Bu siyahıya Türkiyə, İran, BƏƏ və Qətər aid olunur. Nazir Çinlə münasibətlərin də soyuq müharibədən əvvəlki dövrlə müqayisədə qat-qat yaxşı olduğunu bildirib.
Səudiyyə Ərəbistanının mövqeyinə gəlincə, analitiklər bildirirlər ki, Ər-Riyad ABŞ-ın asılılığından qurtulmağa çalışır. Krallıq buna Çin, Rusiya və İranla ikitərəfli münasibətləri inkişaf etdirmək yolu ilə nail olmaq istəyir. Görünən odur ki, son illərdə Ər-Riyad öz xarici siyasətini möhkəmləndirməyə, Yaxın Şərq regionuna birbaşa aid olmayan münaqişələrdə də vasitəçi kimi çıxış etməklə beynəlxalq arenada mövqeyini gücləndirməyə çalışır.
Ekspertlərin fikrincə, ərəb monarxiyaları ilk növbədə dünya birjalarının əldə saxlanmasında, sərbəst neft ticarətində, qiymətlərə tam nəzarət etməkdə maraqlıdır.
“Sülh formulu” üçün dəstək axtarışları
Ukraynanın müharibəni sonlandırmaq üçün təklif etdiyi sülh formuluna gəlincə, yuxarıda da vurğuladığımız kimi, Moskva bu ideyanı bəri başdan qəbul etmir. Bununla belə Rusiya Səudiyyə Ərəbistanının vasitəçi rolunu oynamaq niyyətinə müsbət yanaşır.
Kreml Səudiyyənin ABŞ-ın nəzarətindən çıxma cəhdlərini, xüsusilə də Çinlə yaxınlaşma meyillərini dəstəkləyir.
Bu və digər səbəblərdən ruslar Səudiyyə krallığının Ukrayna müharibəsində sərgilədiyi mövqeyi “neytral” adlandırırlar.
Ekspertlərin fikrincə, Ər-Riyadın hansısa tərəfi dəstəkləməsinin mənası yoxdur, ərəblərin neytrallığa riayət etmələri bütün tərəflər üçün sərfəlidir. Əgər Ər-Riyad Ukrayna məsələsində Qərb müttəfiqləri ilə eyni mövqe sərgiləsə, bu, onun iqtisadi və siyasi əlaqələr qurmaq istədiyi Çinin əleyhinə disbalans yaradacaq. Səudiyyə krallığının bu cür ehtiyatsızlığa yol verəcəyi inandırıcı görünmür.
Ukrayna isə öz növbəsində bütün mümkün vasitələrlə sülh formulunu Rusiyaya qəbul etdirməyə çalışır. Bu məsələdə onu hələlik yalnız Qərb müttəfiqləri dəstəkləyir. Görünür, Kiyev hələ uzun müddət ona dəstək verəsi xarici tərəfdaşlar axtarmaqla məşğul olacaq. Rusiya isə bu müddət ərzində Qərbin, konkret olaraq ABŞ-ın təsir dairəsindən çıxmaq istəyən ölkələri öz tərəfinə çəkməyə çalışacaq.
Murad Köhnəqala
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
26 May 09:51
Analitik
26 May 09:35
Analitik
26 May 09:12
İqtisadiyyat
26 May 08:50
Sosial
26 May 08:36
Dünya
25 May 23:31
Dünya
25 May 23:17
Dünya
25 May 22:45
Dünya
25 May 22:34
Xəbər lenti
25 May 22:19
İdman
25 May 21:52
Dünya
25 May 21:24
Dünya
25 May 21:08
Dünya
25 May 20:42
Müsahibə
25 May 20:31
İqtisadiyyat
25 May 20:16
Dünya
25 May 19:58
Sosial
25 May 19:21
Dünya
25 May 19:10
Dünya
25 May 18:52
Dünya
25 May 18:30
Dünya
25 May 17:25
Dünya
25 May 16:19
Siyasət
25 May 16:07
Gündəm
25 May 16:05
Siyasət
25 May 15:42
Dünya
25 May 15:31
Dünya
25 May 14:26
Sosial
25 May 14:11
Sosial
25 May 13:58
İdman
25 May 13:53
Elanlar
25 May 13:35
Dünya
25 May 13:30
Gündəm
25 May 13:12
Hadisə
25 May 12:53
Dünya
25 May 12:45
Siyasət
25 May 12:25
Dünya
25 May 12:17
Sosial
25 May 12:01
Dünya
25 May 11:59
Siyasət
25 May 11:35
Hadisə
25 May 11:34
Elm
25 May 11:33
Siyasət
25 May 11:28
Gündəm
25 May 11:27
Gündəm
25 May 11:26
Siyasət
25 May 11:25
İdman
25 May 11:20
YAP xəbərləri
25 May 11:11
Din
25 May 10:47
Dünya
25 May 10:41
Dünya
25 May 10:18
Dünya
25 May 09:54
Sosial
25 May 09:39
Hadisə
25 May 09:22
Dünya
25 May 08:50
Hadisə
25 May 08:35
Sosial
25 May 07:46
Sosial
25 May 07:24
Sosial
24 May 23:19
Dünya
24 May 22:16
Dünya
24 May 21:35
Hadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24

