Nigerdən Fransaya tələb!
17.02.2024 [10:23]
Paris üçün sonun başlanğıcı ola bilər...
Nigerin hərbi hökumətinin başçısı, general Abdurrahman Tçiani Fransaya qarşı bir sıra iddialar irəli sürüb. Belə ki, general ölkənin təbii sərvətlərini yüz ildən artıq müstəmləkə və neokolonial yolla talan etdiyinə görə, Fransadan təzminat tələb edib. Bu barədə dövlət başçısı RTN dövlət televiziyasına müsahibəsində bildirib.
O, qeyd edib ki, Fransa müstəmləkə və neokolonial idarəçilik dövründə yüz ildən çox müddət ərzində Nigerin resurslarını nəzarətsiz şəkildə talan edib: “Bunu bizə tam ödəyəcəklər, fransızların bizə olan bütün borcları ödəmək üçün ətraflı cədvəl tərtib edəcəyik və biz onlardan əbədi olaraq azad olacağıq. Biz öz suverenliyimizi tam bərpa etmək niyyətindəyik və bunun üçün Afrikanın ən yaxın tarixi ilə bağlı bütün arxiv məlumatlarını nəzərdən keçirib öyrənəcəyik”.
Fransa əleyhinə əhval-ruhiyyə artıb
Mövzunu “Yeni Azərbaycan”a dəyərləndirən politoloq Züriyə Qarayeva bildirib ki, 2020-ci ildə Mali və 2022-ci ildə Burkina Fasodakı çevrilişlərdən sonra Afrikada təsiri azalan Fransaya qarşı etirazlar güclənib: “Nigerdəki rejim vaxtilə Fransa ilə imzalanmış bütün hərbi əməkdaşlıq və protokollara xitam verildiyini açıqladı. Nigerdə hakimiyyətdə təmsil olunanların dəyişməsi bölgədə Fransa əleyhinə əhval-ruhiyyəni daha da artırdı. Afrikadakı hadisələrlə bağlı Fransadakı müxalifət partiyaları prezident Emmanuel Makronun böyük məğlubiyyət aldığını vurğulayır”.
Fransanın bölgədəki ticarəti azalır...
Politoloq qeyd edib ki, son illərdə Afrikada müstəmləkəçiliyə qarşı hərəkatlar və diskurslar artmağa başladığı üçün Fransanın bölgədəki ticarəti azalır: “Bəzi ölkələr yaranan boşluqlardan maksimum yararlanmağa, bölgədəki investisiya payını tədricən artırmağa çalışır. Nigerlə daha çox neft və qaz və uran sahəsində əməkdaşlığa meyl edilir. Dünya Bankının məlumatına görə, 20 milyon əhalisi olan və dünyanın ən yoxsul ölkələrindən biri sayılan Niger hər il təxminən iki milyard dollar yardım alır. Bu yardımın 122 milyon avrosu Fransadan, bu məbləğin iki qatı isə Avropa İttifaqından (Aİ) gəlir. Lakin Fransa çevrilişdən sonra bu yardımları dayandırdığını açıqladı”.
Dünyanın 7-ci ən böyük uran ixracatçısı
Z.Qarayeva vurğulayıb ki, Niger uran və qızıl mədənləri ilə zəngindir: “2023-cü ilin məlumatlarına görə, Niger 2,7 milyard dollar dəyərində qızıl ixrac edib. Dünyanın 7-ci ən böyük uran ixracatçısıdır. Nigerin böyük miqdarda xam neft ehtiyatına malik olduğu da məlumdur. Bu ölkə nüvə enerjisində istifadə olunan radioaktiv metal element uranın qlobal tədarükünün təxminən 5 faizinə malikdir. Avropa Birliyinin Nüvə Agentliyi EURATOM-un məlumatına görə, Niger keçən il Aİ-yə ikinci ən böyük təbii uran tədarükçüsü olub. Bundan əlavə, ölkə Fransanın uran ehtiyacının təxminən 15 faizini ödəyir. Fransa 1970-ci ildən bəri Nigerdən uran tədarük edir. 18 atom elektrik stansiyasındakı 56 reaktoru işlətmək üçün ildə orta hesabla 7800 metrik ton təbii urana ehtiyacı olan Fransa, təxminən 50 ildir ki, keçmiş müstəmləkəsi Nigerdən uran tədarük edir.
Belə bir ölkədə Fransaya qarşı etirazlar və təzminat tələbi Paris üçün sonun başlanğıcı ola bilər. Nəzərə almaq lazımdır ki, müstəmləkəçilərə qarşı mübarizəni başladan və dünya birliyini bir istiqamətdə ciddi addımlar atmağa səsləyən məhz Azərbaycan Prezidenti İlham Əliyev olub. Ali tribunalarda neo-kolonializmin qurbanına çevrilən ölkələrə dəstək mesajları və onların haqlarının qorunması ilə bağlı çağırışlar hazırki nəticələri doğurmağa başlayıb”.
Yeganə BAYRAMOVA
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

