Finlandiyanın yeni prezidenti...
13.02.2024 [10:50]
NATO üzvü olan bu ölkənin Rusiya ilə gələcək münasibətləri necə olacaq?
NARDAR
Finlandiyanın yeni prezidentinin adı məlum olub. Belə ki, fevralın 11-də keçirilən ikinci turda Milli Koalisiya Partiyasının namizədi Aleksandr Stubb seçkidə qələbə qazanıb. Xatırladaq ki, birinci turda ilk iki yeri 27,1 faiz səslə Aleksandr Stubb və 25,7 faiz səslə Pekka Haavisto bölüşmüşdülər. İkinci turda isə Stubb 51 faizdən çox səs toplayaraq rəqibini cüzi səs çoxluğu ilə məğlub edib.
Qeyd edək ki, ölkə üzrə 4,54 milyon seçicidən, ümumilikdə, 3 milyon 71 min 545 nəfər səs verib. Finlandiyada seçici fəallığı 70,7 faiz, xaricdə 16,6 faiz təşkil edib. Aleksandr Stubb hazırda Florensiya transmilli idarəetmə məktəbinin direktorudur. O, 2017-ci ilə qədər Baş nazir, maliyyə naziri, xarici işlər naziri, ticarət naziri vəzifələrində çalışıb, Avropa və milli parlamentlərin üzvü olub. 2014-2016-cı illərdə Finlandiyanın “Kokoomus” Milli Koalisiya Partiyasının sədri, 2017-2020-ci illərdə isə Avropa İnvestisiya Bankının vitse-prezidenti vəzifəsində çalışıb.
Aleksandr Stubb doktorluq dərəcəsinə malikdir, London İqtisadiyyat məktəbində Beynəlxalq münasibətlər üzrə magistr dərəcəsi, Bruggedə Avropa Kollecində idarəetmə üzrə magistr dərəcəsi və Cənubi Karolinadakı Furman Universitetində siyasi elmlər üzrə bakalavr dərəcəsi alıb. O, həmçinin Parisdəki Sorbonada fransız dili, mədəniyyəti və sivilizasiyasını da öyrənib. Stubb Avropa işləri ilə bağlı bir çox kitab və elmi məqalə yazıb və “Financial Times” da daxil olmaqla, bir neçə qəzetdə müntəzəm materialları dərc olunur. Finlandiyanın yeni prezidenti həm də idman azarkeşi və həvəskar triatlonçudur.
Qeyd edək ki, seçkilərin yekun nəticələri fevralın 14-də ölkənin Ədliyyə Nazirliyi tərəfindən təsdiqlənəcək. Hökumət seçkilərin nəticələrini fevralın 15-də keçiriləcək plenar iclasda elan edəcək. Ədliyyə Nazirliyindən verilən məlumata görə, respublika prezidenti öz səlahiyyətlərinin icrasına martın əvvəlində başlayacaq.
Onu da bildirək ki, Finlandiya NATO-ya rəsmi üzv olan sonuncu dövlətdir və onun özəlliyi Rusiya ilə həmsərhəd olmasıdır. Finlandiyanın indiki hakimiyyəti Rusiyaya münasibətdə NATO müttəfiqləri ilə eyni mövqeyi bölüşür. Hətta bu yaxınlarda Finlandiyanın baş naziri Petteri Orpo bildirmişdi ki, Rusiya ilə sərhəddə keçid məntəqələrinin açılmasından söhbət gedə bilməz.
Bununla belə, 20-dən çox Finlandiya şirkəti Rusiyanın hərbi məqsədlər üçün istifadə edə biləcəyi məhsulların gizli satışında ittiham olunur. Finlandiya ictimai radiosunun - Yle-nin yaydığı məlumata görə, onların müştərilərinin Rusiya kəşfiyyat xidmətləri və müdafiə sənayesi ilə əlaqələri var. Qeyd olunur ki, onlar Rusiya ilə əlaqəli şəxslərə məxsus kiçik logistika və ekspeditor şirkətləridir. Onlar xüsusən də Finlandiyanın cənub-şərqində Rusiya sərhədi yaxınlığında anbarlarda və kiçik ofislərdə işləyirlər. Hesabatlar göstərir ki, onların bir çoxu satışlarını xeyli artırıb: 2022-ci ildə ümumi dövriyyə iki dəfədən çox artıb.
Məlum olub ki, bu şirkətlərdən birinin Rusiyaya göndərdiyi bağlamalarda, gömrük qeydlərinə görə, ixrac edilən sensorlar, dizel mühərrikləri, yanacaq nasosları və elektrik ötürücü avadanlıqlar olub. Analoji malların hissələri Ukraynada məhv edilmiş Rusiya silahları və maşınlarında tapılıb. Tədqiqatçıların fikrincə, bu komponentlər Rusiya ordusunun zərbələr endirmək qabiliyyəti üçün vacibdir. Onlardan yalnız bir neçəsi Qərbin sanksiyalarına məruz qalıb, bu da onların Rusiyaya ixracını asanlaşdırıb.
Jurnalistlər Rusiyanın dövlət satınalmalarına dair məlumatlara da istinad edirlər ki, bu da belə şirkətlərin FTX ilə əlaqəli olduğunu göstərir. Şirkətlərin Rusiyaya hərbi tədqiqat, təkmilləşdirmə və kəşfiyyat məqsədləri üçün də avadanlıq tədarük etdiyi bildirilir. Məsələn, siqnal analizi avadanlıqları, tezlik sintezatorları, çap dövrə lövhəsi aksesuarları, optik avadanlıq və voltmetrlər. Araşdırmaçı jurnalislər müəyyən edib ki, ixrac edilən bəzi mallar nisbətən sıradan mallardır, məsələn, mühərrik hissələri, porşenlər və qapaqlar. Bununla belə, Rusiya hərbi texnikası işləmək üçün sadəcə silahlardan daha çox şey tələb edir. Belə şirkətlər ya birbaşa Rusiyaya mal ixrac edirdi, ya da xarici satıcı ilə rus alıcı arasında vasitəçilik edirdi. Mallar başqa ölkələr vasitəsilə də Rusiyaya daşınırdı. Bu kimi halllar Finlandiya gömrük bəyannamələrində görünmür.
Bütün bunların fonunda Finlandiyanın yeni hakimiyyəti Rusiya ilə münasibətlərə necə yanaşacaq? Məsələ ilə bağlı politoloq İlyas Hüseynov bildirib ki, Rusiya-Ukrayna müharibə başlayanda Finlandiyanın NATO-ya üzvlüyü aktuallaşdı. Artıq müəyyən prosedurlardan sonra bu ölkə Alyansın tam hüquqlu üzvüdür. Onun sözlərinə görə, bu xüsusda yeni seçilən Prezident ilk ölaraq Brüssel və Vaşinqtonla münasibətləri diqqət mərkəzində saxlayacaq.
Politoloq hesab edir ki, Finlandiya NATO üzvü olmasına baxmayaraq, yeni prezidentin Rusiya ilə əlaqələri tənzimləməsi üçün siyasət yürütməsi də mümkündür: “Məlumdur ki, Rusiya hansı qütbə daxil olmasından asılı olmayaraq, bir sıra ölkələrin hakimiyyətlərini işbirliyinə cəlb etmək üçün müxtəlif addımlar atır. Rusiya bu praktikanı başqa coğrafiyalarda da həyata keçirir. Bu baxımdan, Finlandiyanın NATO-nun üzvü olmasına baxmayaraq, Rusiya ilə tərəfdaşlıq münasibətləri qurulması qarşıdakı dönəmdə aktualdır”.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46

