Blinkenin Yaxın Şərqə növbəti səfəri...
11.01.2024 [11:09]
Yaxın Şərqdə vəziyyət gərgin olaraq qalır. Bu regiondakı vəziyyət ABŞ-ın bölgədəki fəallığını artırıb. Artıq dövlət katibi Antoni Blinken münaqişə alovlanandan dəfələrlə bölgəyə səfər edib. O, Türkiyə, Yunanıstan, BƏƏ, İordaniya və Qətərdən sonra İsraildə də səfərdə olub. Blinken Yaxın Şərq səfəri çərçivəsində İsrailə getməzdən əvvəl hava limanında jurnalistlərə bildirib ki, İsrail-ərəb münasibətlərinin normallaşması Qəzzada münaqişəyə son qoyulması və Fələstin dövlətinin qurulması üçün əlverişli yol tələb edir. Yaxın Şərq səfərinə işarə edən Blinkenin sözlərinə görə, görüşlərdə məqsədi Qəzzada vəziyyətin sabitləşməsinə kömək etməkdir.
İsrailə səfəri zamanı ABŞ dövlət katibi Baş nazir Benyamin Netanyahu ilə görüşüb. Tel-Əvivdə tərəflər arasında görüş qapalı keçirilib. “Times of İsrael”in məlumatına görə, ABŞ Dövlət katibi Entoni Blinken İsrail baş naziri Benyamin Netanyahuya qüvvələrinin Qəzzada mülki şəxslərə daha çox zərər vurmaqdan çəkinməli olduğunu bildirib. Dövlət katibi, həmçinin Qəzzadakı mülki infrastrukturun qorunmasının vacibliyini vurğulayıb. ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller isə qeyd edib ki, Blinken eyni zamanda ABŞ-ın HƏMAS-ın 7 oktyabr hücumundan sonra İsrailin özünümüdafiə hüququna dəstəyini bir daha vurğulayıb. Qeyd olunub ki, tərəflər girovların azadlığa buraxılması istiqamətində davam etdirilən səyləri, həmçinin Qəzzadakı mülki şəxslər üçün humanitar yardımların səviyyəsinin artırılmasını müzakirə ediblər. “Dövlət katibi Fələstin dövlətinin reallaşdırılması da daxil olmaqla, İsrail və region üçün davamlı, dayanıqlı sülhün təmin edilməsinin zəruriliyini bir daha təkrarlayıb”, - deyə Miller bildirib.
A.Blinken İsrailə səfərinin yekunlarına dair mətbuat konfransında isə deyib ki, Amerika Birləşmiş Ştatları Fələstin-İsrail münaqişəsinin hazırkı mərhələsinin mümkün qədər tez bitməsini istəyir. O qeyd edib ki, “həddindən artıq çox qurbanlar, çox iztirab var”. Bununla yanaşı, Blinken hər şeyin HƏMAS-ın əlində olduğunu vurğulayıb: “Fələstin radikal hərəkatı silahı yerə qoyub girovları azad etsə, münaqişə sabah bitə bilər”.
Qeyd edək ki, İsrailin HƏMAS-ın hücumuna cavab olaraq Qəzzada keçirdiyi quru və hava əməliyyatları nəticəsində 23 mindən çox fələstinlini həlak olub. 2.3 milyon əhalisi olan anklavda humanitar vəziyyət pisləşib. Müharibənin Yaxın Şərq regionunda digər ölkələrə yayılma riski yüksəkdir. İsrail bazar ertəsi günü Livanın cənubunda HƏMAS-ın müttəfiqi Hizbullahın yüksək səviyyəli komandirini öldürüb. Qruplaşmanın elit hesab edilən Radvan qüvvələrinin tərkibindəki bölmənin rəis müavini Vissam aəl-Tavil və başqa bir Hizbullah döyüşçüsü Livanın Məcdəl Selm kəndinə endirilən zərbələr zamanı ölüb. İsrail Suriyada da yük maşınlarına, infrastruktura və İranın bölgədəki proksi qüvvələrinə silah yardımı edən qruplara ağır zərbələr endirir. İsrailin müdafiə naziri Yoav Gallant “Wall Street Journal” nəşrinə müsahibəsində bildirib ki, ölkəsi HƏMAS-ın anklavdakı hökmranlığına son qoymaq və İranın dəstəklədiyi digər düşmənlərin qarşısını almaqda qərarlıdır.
İsrail ən yaxın müttəfiqi olan ABŞ və ərəb liderləri hücumun miqyasını azaltmaq üçün Netanyahu hökumətinə təzyiq göstərir. Bazar ertəsi Cənubi Karolinada atəşkəs tələb edən etirazçılarla qarşılaşan ABŞ prezidenti Co Bayden İsraili hücumlarını azaltmağa təşviq etmək üçün çalışdığını söyləyib. İsrail rəsmiləri isə əməliyyatın yeni mərhələyə keçdiyini bildirir. Bu mərhələdə hücumlar daha hədəfli olacaq. Yeni mərhələdə İsrailin Qəzzanın şimalında həyata keçirdiyi əməliyyatları
reydlər, tunellərin məhv edilməsi, hava və qurudan zərbələr, eləcə də xüsusi təyinatlıların əməliyyatlarını əhatə edəcək. Qəzzanın 2,3 milyonluq əhalisinin əksəriyyətinin hazırda çadırlarda və digər müvəqqəti sığınacaqlarda yaşadığı cənubda isə əsas diqqət HƏMAS liderlərinin məhv edilməsinə və israilli girovun xilas edilməsinə yönəldiləcək.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
23 İyul 23:38
Sosial
23 İyul 23:34
Dünya
23 İyul 23:10
Dünya
23 İyul 22:41
Müsahibə
23 İyul 22:16
Dünya
23 İyul 21:50
Dünya
23 İyul 21:29
Elm
23 İyul 20:42
İqtisadiyyat
23 İyul 20:17
Dünya
23 İyul 19:53
Dünya
23 İyul 19:20
Dünya
23 İyul 18:28
Dünya
23 İyul 17:10
YAP xəbərləri
23 İyul 17:08
YAP xəbərləri
23 İyul 17:04
Elm
23 İyul 16:19
YAP xəbərləri
23 İyul 15:52
Sosial
23 İyul 15:47
YAP xəbərləri
23 İyul 15:35
Sosial
23 İyul 15:31
Sosial
23 İyul 15:30
Sosial
23 İyul 15:29
YAP xəbərləri
23 İyul 15:08
İqtisadiyyat
23 İyul 14:20
Dünya
23 İyul 13:26
Sosial
23 İyul 13:03
Xəbər lenti
23 İyul 12:20
Gündəm
23 İyul 11:46
Ədəbiyyat
23 İyul 11:30
Sosial
23 İyul 11:28
Sosial
23 İyul 11:17
Elm
23 İyul 11:16
İqtisadiyyat
23 İyul 11:15
Sosial
23 İyul 11:10
Gündəm
23 İyul 11:09
Gündəm
23 İyul 11:07
Xəbər lenti
23 İyul 11:06
Dünya
23 İyul 10:58
Gündəm
23 İyul 10:36
YAP xəbərləri
23 İyul 10:28
Sosial
23 İyul 10:26
YAP xəbərləri
23 İyul 10:23
Dünya
23 İyul 10:22
Analitik
23 İyul 10:15
Analitik
23 İyul 09:59
Sosial
23 İyul 09:48
Dünya
23 İyul 09:42
Dünya
23 İyul 09:14
Dünya
23 İyul 08:50
Dünya
23 İyul 08:37
İqtisadiyyat
22 İyul 23:17
Dünya
22 İyul 22:59
Dünya
22 İyul 22:20
YAP xəbərləri
22 İyul 22:03
YAP xəbərləri
22 İyul 21:53
Sosial
22 İyul 21:46
YAP xəbərləri
22 İyul 21:33
Dünya
22 İyul 21:13
Dünya
22 İyul 20:58
Maraqlı
22 İyul 20:25
MEDİA
22 İyul 20:11
Siyasət
22 İyul 19:57
Xəbər lenti
22 İyul 19:54
Dünya
22 İyul 19:42
Maraqlı
22 İyul 19:17
Dünya
22 İyul 18:33
MEDİA
22 İyul 17:31
Dünya
22 İyul 17:25
YAP xəbərləri
22 İyul 17:07
Dünya
22 İyul 16:30

