“F-16” qırıcıları Ukraynaya veriləcəkmi?
28.12.2023 [11:40]
Ukraynalı pilotların təlimləri başa çatdırmasından sonra məsələyə aydınlıq gələcək
N.BAYRAMLI
Ötən ilin fevral ayında başlayan Rusiya-Ukrayna müharibəsi region üçün ağır nəticələr verib. Sonu görünməyən müharibə indiyə qədər həm Rusiyaya, həm də Ukraynaya xeyli ziyan vurub. Belə ki, Ukraynada minlərlə mülki insan həyatını itirib, hərbçilər həlak olub, xeyli sayda infrastruktur dağıdılıb, milyonlarla insan qaçqın vəziyyətinə düşüb. Bu ölkənin ərazisinin 20 faizə yaxını hazırda Rusiya ordusunun nəzarətindədir. Müharibə Rusiya üçün də ağır nəticələrə səbəb olub. Bu günə qədər hər iki tərəfin döyüşlərdə, ümumilikdə, on minlərlə hərbçisinin həlak olduğu barədə məlumatlar var.
İlk vaxtlarda Qərb Ukraynaya hərbi baxımdan ciddi dəstək verirdi. Amma son zamanlar həm Avropa İttifaqı, həm də ABŞ-da Ukraynaya yeni yardımların edilməsi ilə əlaqədar ciddi problemlər yaranıb. Xüsusilə, ABŞ rəsmiləri tərəfindən Ukraynaya yardım imkanlarının tükənməsi ilə bağlı bəyanatlar səslənməkdədir. ABŞ Konqresinin Kiyevə əlavə yardımları təsdiqləməməsi vəziyyəti daha da çətinləşdirir. Amma “Ramştayn” platforması”, NATO-Ukrayna Şurası Kiyevə hərbi dəstəyi azaltmamaq üçün imkanlar axtarır. Bütün bunların fonunda F-16 qırıcılarının Ukraynaya verilməsi məsələsi qüvvədə qalır. Kiyev bu qırıcıları əks-hücum əməliyyatları üçün çox önəmli hesab edir. Lakin ABŞ F-16-ların verilməməsini ukraynalı pilotların onları idarə etməyə hazır olmamaları ilə əsaslandırırdı.
Xatırladaq ki, bu il 19-21 may tarixlərində Yaponiyanın Xirosima şəhərində “Böyük Yeddilik” (G7) ölkələrinin liderlərinin sammitində iştirak edən Ukrayna Prezidenti Volodimir Zelenski bildirmişdi ki, F-16 qırıcılarının ölkəsinə verilməsi Avropa və dünya üçün tarixi bir an olacaq, bu, qlobal təhlükəsizlik arxitekturasını müəyyən edəcək: “Pilotlarımız F-16-nı tanıyanda və bu təyyarələr səmamızda görünəndə bu, tək Ukrayna üçün önəm daşımayacaq. Bu, Avropanın və dünyanın bütün təhlükəsizlik arxitekturası üçün tarixi bir an olacaq”. Zelenskinin fikrincə, hava qalxanı yalnız yerüstü hava hücumundan müdafiə sistemləri müasir təyyarələrlə üst-üstə düşdükdə tamamlana bilər.
Rəsmi Kiyev aviasiya koalisiyası yaradıldığını elan edib və Müdafiə Nazirliyi F-16-ların bu ilin payızında Ukraynada ola biləcəyinə eyham vurmuşdu. Həmin vaxt bir sıra Avropa ölkələri də aviasiya koalisiyasına qoşulmağa hazır olduqlarını bildirmişdilər. ABŞ prezidenti Cozef Bayden F-16-larda ukraynalı pilotların təliminə başlanmasını dəstəklədiyini açıqlamışdı. Co Bayden hətta Ukrayna lideri Volodimir Zelenskidən Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə irəliləmək üçün dördüncü nəsil F-16 qırıcılarından istifadə etməyəcəyinə dair zəmanət aldığını bildirmişdi.
Avropa İttifaqı da Ukraynaya F-16 qırıcı təyyarələrinin göndərilməsi barədə G7-nin qərarını alqışlayıb. İyul ayında isə NATO ölkələri ukraynalı pilotların F-16 üçün hazırlanması planını təsdiqləyib. NATO-nun Baş katibi Yens Stoltenberq bu barədə bildirib ki, indi əsas məsələ Ukraynanın silah və sursat tədarükünə zəmanət verməklə onun bu müharibədə qalib gəlməsi üçün bütün lazım olanı etməkdir. Avqustun sonunda Niderland 42 ədəd, Danimarka isə 19 ədəd F-16 qırıcısını Kiyevə verməyə hazır olduqlarını bildirib. Hazırkı mərhələdə isə bəzi NATO ölkələrinin ərazisində F-16 qırıcıları ilə bağlı ukraynalı pilotlara təlimlər keçirilir.
Artıq Ukrayna Silahlı Qüvvələrinin ilk pilotları Böyük Britaniyada F-16 qırıcılarının əsas uçuş hazırlığı kursunu bitirib. Bu barədə Birləşmiş Krallığın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, ukraynalı hərbçilərdən təşkil olunan altı nəfərlik pilotlar qrupu F-16 qırıcılarında uçuş bacarıqları üzrə kursu bitirərək Danimarkada təlim uçuşlarına başlayıb. On nəfərdən ibarət digər qrup isə Böyük Britaniyada təlimlərini davam etdirir.
Bütün bunların fonunda Ukrayna uzun müddətdir Qərb müttəfiqlərindən payız aylarında F-16 qırıcı təyyarələrinin tədarükünü gözləsə də, bu, baş vermədi. Kiyev ən yaxşı halda gələn ilin əvvəllərində qırıcıları əldə edə biləcəyini gözləyir. F-16 təyyarələrinin müharibədə dönüş yarada biləcəyini isə gələcək göstərəcək.
Xəbər lenti
Hamısına baxElm
25 Avqust 17:58
Elm
25 Avqust 17:25
İqtisadiyyat
25 Avqust 16:51
Siyasət
25 Avqust 16:15
Elm
25 Avqust 16:10
Elm
25 Avqust 15:35
İqtisadiyyat
25 Avqust 14:47
Dünya
25 Avqust 14:16
Dünya
25 Avqust 13:38
Dünya
25 Avqust 12:45
Analitik
25 Avqust 11:50
Siyasət
25 Avqust 11:35
Analitik
25 Avqust 11:15
Analitik
25 Avqust 10:35
Ədəbiyyat
25 Avqust 10:15
Analitik
25 Avqust 09:25
Dünya
24 Avqust 23:58
Dünya
24 Avqust 23:36
Dünya
24 Avqust 22:58
Dünya
24 Avqust 22:23
Dünya
24 Avqust 21:52
Dünya
24 Avqust 21:31
Dünya
24 Avqust 20:55
Dünya
24 Avqust 20:28
Dünya
24 Avqust 19:58
Gündəm
24 Avqust 19:50
Dünya
24 Avqust 19:36
Elm
24 Avqust 18:55
Sosial
24 Avqust 18:25
Mədəniyyət
24 Avqust 17:55
Elm
24 Avqust 17:25
Gündəm
24 Avqust 17:02
Gündəm
24 Avqust 16:58
Gündəm
24 Avqust 16:46
Sosial
24 Avqust 16:42
Sosial
24 Avqust 15:50
Siyasət
24 Avqust 15:43
Siyasət
24 Avqust 15:42
Siyasət
24 Avqust 15:39
Mədəniyyət
24 Avqust 15:31
Mədəniyyət
24 Avqust 14:59
İqtisadiyyat
24 Avqust 14:28
Dünya
24 Avqust 13:47
Dünya
24 Avqust 12:45
Gündəm
24 Avqust 11:59
Dünya
24 Avqust 11:45
Gündəm
24 Avqust 11:19
Dünya
24 Avqust 10:30
Dünya
24 Avqust 09:33
Sosial
24 Avqust 08:45
Dünya
23 Avqust 23:56
Gündəm
23 Avqust 23:17
Dünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:54
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05

