Türkiyə Prezidenti uzun illərdən sonra Afinada...
09.12.2023 [12:00]
Bu səfər iki ölkə arasında problemlərin həlli və münasibətlərin inkişafı baxımından müsbət dəyərləndirilir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 7-də Yunanıstanda səfərdə olub. Bir sıra ekspertlər bu səfərin iki ölkə arasındakı problemlərin həllinə müsbət təsir edəcəyini düşünürlər. Qeyd edək ki, səfərin məqsədi Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının beşinci toplantısında iştirak etməkdən ibarətdir. Afinada Prezident Ərdoğan və Baş nazir Mitsotakisin sədrliyi və əlaqədar nazirlərin iştirakı ilə keçirilən iclasda Türkiyə-Yunanıstan münasibətləri bütün sahələr üzrə nəzərdən keçirilib, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanlar müzakirə olunub.
Səfər çərçivəsində Türkiyə dövlət başçısının Yunanıstan Prezidenti Katerina Sakelaropoulu ilə görüşü olub. Söhbət zamanı altı ildən sonra yenidən Afinada olmaqdan məmnunluq duyduğunu bildirən Ərdoğan Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasının iki ölkə arasında yeni bir dövrün başlanğıcı olacağına inamını ifadə edib. Yunanıstan Prezidenti öz növbəsində iki ölkə arasında ümumi müsbət siyasi iradəni? inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Türkiyə Prezidenti, həmçinin Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə də görüşüb. Görüş mətbuata qapalı keçirilib. Görüşdə iki ölkənin rəsmiləri iştirak ediblər. Görüşdən sonra Ərdoğan ilə Mitsotakis mediaya birgə açıqlama veriblər. Hər iki tərəf görüşün müsbət məcrada və məhsuldar keçdiyini ifadə edib. “BMT-nin qərarları bizim üçün çox önəmlidir və Kiprlə bağlı inkişaf prosesi bu istiqamətdə aparılmalıdır. İnanıram ki, aramızda olan düşmənçilik münasibətlərinin sonuna çatmışıq”,- deyə Yunanıstanın Baş naziri bildirib. Görüşdə Türkiyə vətəndaşlarının Egey adalarına vizasız gediş-gəlişinin müzakirə edildiyini deyən Kiriakos Mitsotakis iki qonşu ölkə arasındakı münasibətlərin yeni dövrünü “sakit sularda gözəl mehlə üzən gəminin kapitanları kimi ikimiz də gözəl bir gələcək yaratmalıyıq” sözləri ilə ifadə edib. Bildirilib ki, iki sərhədyanı ölkə yan-yana və birlikdə hərəkət etməlidir.
Öz növbəsində dəvətə görə təşəkkürünü bildirən Prezident Ərdoğan bu səfərin Türkiyədən Yunanıstana prezident səviyyəsində 65 il aradan sonra ilk ziyarət olduğunu xatırladıb. “Münasibətlərimizdə mövcud olan müsbət dinamikanı daha da inkişaf etdirmək istəyirik. Artıq yeddi ildən sonra bu gün Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının beşinci iclasını keçirməyimiz də bu niyyətin göstəricisidir. Hesab edirəm ki, biz növbəti görüş üçün bu qədər fasilə verməyəcəyik. Təsis bəyannaməsində qeyd olunduğu kimi, bu görüşün ildə ən azı bir dəfə keçirilməsi hər iki ölkə üçün faydalı olar”, - deyə Ərdoğan bildirib.
Türkiyə Prezidenti görüşdə iki ölkə arasında hazırda təxminən 5 milyard dollar olan ticarət həcmini 10 milyard dollara çatdırmaq barədə razılığa gəlindiyini qeyd edərək deyib: “Biz həm turizm, həm də mədəniyyət sahəsində əlaqələrimizi inkişaf etdirmək istəyirik. Baş nazirlə görüşlərimizdə Egey və Şərqi Aralıq dənizindəki münasibətlərimizlə bağlı fikir mübadiləsi apardıq və xarici işlər nazirlərimizdən bu məsələ ilə bağlı işlərə qətiyyətli yanaşmalarını istədik. Hazırkı problemlərimizi konstruktiv dialoq, mehriban qonşuluq və beynəlxalq hüquq çərçivəsində birgə səylərlə həll etmək səmimi arzumuzdur”.
O qeyd edib ki, Egey dənizi dostluq və əməkdaşlıq dənizi olmalıdır. Ərdoğan həmçinin, onu da əlavə edib ki, Kipr məsələsi adadakı reallıqlara əsaslanaraq həll edilməlidir. Görüşdə terrorizmlə mübarizədə əməkdaşlığın inkişafı məsələlərinin də müzakirə olunduğunu deyən Prezident Ərdoğan xüsusilə Lavrion düşərgəsinin bağlanmasını yüksək qiymətləndirdiklərini vurğulayıb.
Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğanın Yunanıstana səfəri çərçivəsində Türkiyə ilə Yunanıstan arasında “Dostluq münasibətləri və mehriban qonşuluq haqqında Afina Bəyannaməsi” imzalanıb. Bəyannaməyə əsasən, iki ölkə dostluq münasibətlərini inkişaf etdirmək, qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanan siyasə əlaqələri gücləndirmək, aralarındakı hər hansı mübahisələri sülh yolu ilə və beynəlxalq hüquqa uyğun olaraq həll etmək kimi öhdəliklər götürür. Bundan əlavə, tərəflər ikitərəfli münasibətlərin bütün aspektlərini, xüsusən də iqtisadi əlaqələri gücləndirməyə dair razılığa gəliblər.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 21:20
Dünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48

