İrəvan sülh prosesinə əngəllər törədir
25.11.2023 [10:50]
İcma: Ermənistanın Qərbi azərbaycanlıların hüququnu inkar edərək Qarabağ ermənilərinin hüquqları məsələsini qabartması riyakarlıq və irqçilikdir
Nardar BAYRAMLI
Azərbaycan Cənubi Qafqaz regionunda sülh, sabitlik və inkişafa sadiqdir. Ermənistan və Azərbaycan arasında mehriban qonşuluq münasibətlərinin qurulması tamhüquqlu regional normallaşma yolu ilə təhlükəsiz, sabit və firavan Cənubi Qafqazın qurulmasının açarıdır. Ölkəmiz sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təkliflərini təqdim edib. Bu baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.
Eyni zamanda, bugünlərdə Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistana sülh müqaviləsinin bağlanması üçün danışıqları bərpa etməyə çağırıb. Rəsmi Bakı bəyan edib ki, iki ölkə gələcək münasibətləri barədə qərarı birlikdə verməlidir. Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanması üçün Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu vurğulayıb. Bu məqsədlə qarşı tərəfə qarşılıqlı məqbul məkanın seçilməsini və ya dövlət sərhədində görüş keçirilməsini təklif edib.
Lakin Ermənistan sülhdən danışsa da, reallıqda sülh sazişini imzalamaqdan imtina edir. Rəsmi İrəvanın sülhə tərəfdar olması ilə bağlı açıqlamaları sadəcə olaraq beynəlxalq birliyi aldatmaq məqsədi daşıyır. Görünən odur ki, İrəvan tərəflərin birbaşa danışıqlar aparmasının tərəfdarı deyil. Ermənistanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan “Ermənistan və Azərbaycan liderlərinin vasitəçisiz görüşünün keçirilməsinə İrəvan tərəfdardırmı?” sualına “Azərbaycanla aparılan danışıqlarda vasitəçilərin iştirakının məcburi olduğu məsələlər mövcuddur” deməklə əslində, ölkəsinin sülhə maraqlı olmadığına diqqət çəkib. “Biz dəfələrlə qeyd etmişik ki, vasitəçilərin iştirakı məcburi olan məsələlər var. Elə məsələlər var ki, orada vasitəçilərin iştirakı çox mühüm rol ifa edir. Bunlar, məsələn, Qarabağdan “məcburi köçkün” edilmiş əhalinin hüquqları ilə bağlı məsələlərdir. Bu məsələdə Ermənistan tərəfi beynəlxalq mexanizmlərin tətbiqini vurğulayır. Zəmanətlərin vacib olduğu başqa məsələlər də var”-deyə erməni diplomat söyləyib. O, həmçinin iddia edib ki, “sülh müqaviləsi danışıqlarında azərbaycanlıların Ermənistana qayıtmasından söhbət gedə bilməz”.
Ermənistan XİN rəsmisinin bu açıqlaması sülh danışıqlarına süni əngəl yaratmaqdan başqa bir şey deyil. Çünki Azərbaycan Qarabağ erməniləri üçün reinteqrasiya proqramı təqdim edib. Lakin həmin ermənilər könüllü surətdə Ermənistana köçməyə qərar verdilər. Safaryanın Qarabağ ermənilərinin hüquqları ilə bağlı dediyi hansısa beynəlxalq mexanizmlərin tətbiqini rəsmi Bakı qəbulolunmaz hesab edir. Erməni tərəfinin məqsədli şəkildə bu kimi məsələləri gündəmdə saxlaması isə əslində, sülh prosesinə əngəl yaradır.
Yeri gəlmişkən, Qərbi Azərbaycan İcması da M.Safaryanın məlum açıqlamasına münasibət bildirib. “Ermənistanın xarici işlər nazirinin müavini Qarabağdan olan ermənilərin hüquqları kontekstində beynəlxalq mexanizmə ehtiyac duyulduğunu bildirib. O, həm də bir daha azərbaycanlıların Ermənistana qayıdışı məsələsinə dair ölkəsinin məlum mövqeyini təkrar edib. Qərbi Azərbaycan İcması hesab edir ki, Ermənistanın Qərbi azərbaycanlıların hüququnu inkar edərək Qarabağ ermənilərinin hüquqları məsələsini qabartması riyakarlıq və irqçilikdir. Ermənistanın yenidən “beynəlxalq mexanizm” nağılını təkrar etməsi isə onun hələ də özünün yaratdığı illüziyalar içində yaşadığını göstərir”.
Xəbər lenti
Hamısına baxDünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19
Dünya
07 Sentyabr 11:41
Dünya
07 Sentyabr 11:13
Dünya
07 Sentyabr 10:58
İqtisadiyyat
07 Sentyabr 10:57
Sosial
07 Sentyabr 10:56
Sosial
07 Sentyabr 10:55
YAP xəbərləri
07 Sentyabr 10:29
Dünya
07 Sentyabr 10:24
Gündəm
07 Sentyabr 10:20
Dünya
07 Sentyabr 09:42
Dünya
07 Sentyabr 09:15
Dünya
07 Sentyabr 08:50
Dünya
07 Sentyabr 08:37
Dünya
06 Sentyabr 23:19
İdman
06 Sentyabr 22:40
Dünya
06 Sentyabr 21:54
Hadisə
06 Sentyabr 21:45
Sosial
06 Sentyabr 20:59
Dünya
06 Sentyabr 19:23
Siyasət
06 Sentyabr 18:45
Dünya
06 Sentyabr 18:40
Dünya
06 Sentyabr 17:25
Dünya
06 Sentyabr 16:30
Dünya
06 Sentyabr 15:59
Gündəm
06 Sentyabr 15:14
Dünya
06 Sentyabr 15:13
Dünya
06 Sentyabr 14:29
Dünya
06 Sentyabr 13:40
Dünya
06 Sentyabr 12:53
Dünya
06 Sentyabr 12:31
Siyasət
06 Sentyabr 11:46
Dünya
06 Sentyabr 11:43
Siyasət
06 Sentyabr 11:36
Dünya
06 Sentyabr 11:19
Dünya
06 Sentyabr 10:57
Sosial
06 Sentyabr 10:47
Dünya
06 Sentyabr 10:25
İdman
06 Sentyabr 09:42
Dünya
06 Sentyabr 09:17
Dünya
06 Sentyabr 08:54
İdman
06 Sentyabr 08:30
Dünya
06 Sentyabr 07:56
Dünya
05 Sentyabr 23:18
Dünya
05 Sentyabr 22:20
İdman
05 Sentyabr 21:37
Dünya
05 Sentyabr 20:25
Dünya
05 Sentyabr 19:17
Dünya
05 Sentyabr 18:31
Dünya
05 Sentyabr 17:22
Sosial
05 Sentyabr 16:40
Sosial
05 Sentyabr 15:37
Siyasət
05 Sentyabr 14:56
Sosial
05 Sentyabr 14:19
Sosial
05 Sentyabr 13:33
İqtisadiyyat
05 Sentyabr 12:48
MEDİA
05 Sentyabr 12:25
Analitik
05 Sentyabr 11:53
Ədəbiyyat
05 Sentyabr 11:20
İqtisadiyyat
05 Sentyabr 10:56
Gündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30

