Şimali Koreyadan yeni nüvə strategiyası...
06.10.2023 [11:34]
Pxenyan nüvə proqramını konstitusiyasına daxil edib
Ötən ayın sonlarında Koreya Xalq Demokratik Respublikası özünün “mövcud olma hüququnu” təmin etmək üçün nüvə silahı proqramını konstitusiyasına daxil edib. Bu, beynəlxalq siyasi aləmdə yeni “soyuq müharibə”nin başlanğıcı kimi qiymətləndirilsə də, Şimali Koreya bu fikirdə deyil. “Spiegel”in yaydığı məlumata görə, Kim Çen In ABŞ-ın strateji obyektlərini regionda yerləşdirməsinə cavab olaraq bu yolla nüvə silahı istehsalını artırmağa çalışır. Başqa sözlə, KXDR özünü Cənubi Koreya “təhlükəsindən” qorumaq itədiyini göstərir. Hazırda KXDR raket və nüvə proqramına görə beynəlxalq sanksiyalar altındadır. Buna baxmayaraq, Şimali Koreya parlamentinin ötən ay keçirdiyi iclasında konstitusiyaya müvafiq dəyişiklik qəbul olunub. Qanun, eyni zamanda, nüvə silahının profilaktik məqsədlərlə istifadəsinə icazə verir. Qeyd edək ki, Pxenyan bu il çoxsaylı raket sınağı keçirərək regionda gərginliyi artırıb. Vaşinqton və Seul KXDR-in yaxın vaxtlarda nüvə silahı sınağı keçirə biləcəyi barədə xəbərdarlıq edib. Şimali Koreya sonuncu dəfə 2017-ci il sentyabrın 3-də nüvə silahının sayca 6-cı sınağını həyata keçirib.
Uzaq Şərq narahatdır...
Nüvə enerjisini inkişaf etdirmək strategiyasının Şimali Koreya konstitusiyasına daxil edilməsi isə dünyada birmənalı qarşılanmayıb. Bununla bağlı Cənubi Koreyanın Müdafiə Nazirliyi də xəbərdarlıq bəyanatı yayımlayıb. Qurum qeyd edib ki, Şimali Koreya nüvə silahından istifadə edərsə, bu, Pxenyan rejiminin sonu olacaq. “Ordumuz Cənubi Koreya-ABŞ tərəfdaşlığı çərçivəsində Şimali Koreyanın istənilən hücumuna cavab vermək imkanlarına malikdir. Odur ki, bu ölkə nüvə silahından istifadə etməyə çalışarsa, rejiminin sonu ilə üzləşəcək. Pxenyanın nüvə silahı proqramı Koreya yarımadasının sülhü və sabitliyi, o cümlədən beynəlxalq ictimaiyyət üçün ciddi təhdiddir”. Bildirilib ki, nüvə potensialının inkişaf etdirilməsi Şimali Koreyanı beynəlxalq ictimaiyyətdən daha da təcrid edəcək və problemləri artıracaq.
Yaponiya hökuməti də KXDR bu hərəkətini həyəcanla qarşılayıb. Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno Şimali Koreyanın nüvə strategiyasını genişləndirməsini və ballistik raket sənayesinin inkişafını Yaponiyanın sülh və təhlükəsizliyinə təhdid kimi qiymətləndirib. Matsuno bildirib ki, Yaponiya bütün bunlara dözmək məcburiyyətində deyil.
KXDR liderinin sonuncu Rusiya səfəri zamanı...
Rusiya mətbuatının yaydığı məlumatlara görə, qarşı tərəf KXDR-in bu hərəkətlərini sonuncu Rusiya səfəri ilə bağlayır. Nəzərə alınmalıdır ki, Şimali Koreya lideri Kim Çen In sentyabrın 12-dən 17-dək Rusiyada rəsmi səfərdə olub. O, Rusiya prezidenti Vladimir Putinlə görüşüb, Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə danışıqlar aparıb. Görüşdən sonra Putin bildirib ki, Rusiyanın KXDR ilə hərbi-texniki sahədə əməkdaşlıq üçün yaxşı perspektivləri var. Bundan yol alaraq Cənubi Koreyanın xarici işlər nazirinin müavini Çanq Hojin bildirib ki, Rusiya ilə Şimali Koreya arasında hərbi əməkdaşlıq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin ciddi şəkildə pozulması deməkdir. Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurası tərəfləri silah sövdələşməsinə getməməyə çağırıb - əks halda Moskva və Pxenyanın bu hərəkətlərinə qarşı “lazımi tədbir” görüləcək. Kreml isə əmin edib ki, Şimali Koreya liderinin səfəri zamanı hərbi-texniki əməkdaşlığa dair heç bir saziş imzalanmayıb - çünki belə planlar olmayıb.
SADİQ
Xəbər lenti
Hamısına baxİdman
21 İyun 23:20
Dünya
21 İyun 22:43
Hadisə
21 İyun 21:18
Dünya
21 İyun 20:36
Dünya
21 İyun 19:22
Dünya
21 İyun 18:25
Dünya
21 İyun 17:25
Dünya
21 İyun 16:42
Dünya
21 İyun 15:39
Dünya
21 İyun 14:22
Dünya
21 İyun 13:25
Dünya
21 İyun 12:30
Gündəm
21 İyun 11:57
Dünya
21 İyun 11:28
Dünya
21 İyun 10:45
Dünya
21 İyun 09:31
Elm
21 İyun 08:50
Elm
21 İyun 08:38
Maraqlı
20 İyun 23:20
Maraqlı
20 İyun 22:38
Dünya
20 İyun 21:25
Dünya
20 İyun 20:54
Maraqlı
20 İyun 20:37
Dünya
20 İyun 19:59
Maraqlı
20 İyun 19:22
Dünya
20 İyun 18:35
Dünya
20 İyun 18:12
Dünya
20 İyun 17:50
Dünya
20 İyun 17:19
Dünya
20 İyun 16:43
Dünya
20 İyun 16:21
Dünya
20 İyun 15:58
Dünya
20 İyun 15:30
Dünya
20 İyun 14:42
Dünya
20 İyun 14:17
Siyasət
20 İyun 14:08
Dünya
20 İyun 13:51
Gündəm
20 İyun 13:25
Gündəm
20 İyun 12:59
Siyasət
20 İyun 12:20
Siyasət
20 İyun 11:52
Gündəm
20 İyun 11:35
Siyasət
20 İyun 11:13
Sosial
20 İyun 10:49
Analitik
20 İyun 10:32
Ədəbiyyat
20 İyun 10:14
Sosial
20 İyun 09:58
Sosial
20 İyun 09:30
MEDİA
20 İyun 09:15
Ədəbiyyat
20 İyun 08:50
Sosial
20 İyun 08:33
İqtisadiyyat
20 İyun 07:22
Dünya
19 İyun 23:45
İqtisadiyyat
19 İyun 23:18
İdman
19 İyun 22:56
Dünya
19 İyun 22:20
Dünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Siyasət
19 İyun 21:17
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Siyasət
19 İyun 19:44
Siyasət
19 İyun 19:43
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37

