Ukraynaya arxadan vurulan zərbə...
05.10.2023 [11:41]
MÜBARİZ
Rusiya-Ukrayna müharibəsinin sonu görünmür. Böyük texnika və canlı qüvvə itkilərinə rəğmən, tərəflər danışıqlar masasında bir araya gəlmək çağırışlarını yaxına buraxmır və sərt ritorikada danışmaqda davam edirlər. Müharibənin uzanması fonunda isə yeni təfərrüatlar ortaya çıxır. Artıq Ukraynanın sürətli əks-hücum əməliyyatlarına bəslənilən ümidlər özünü doğrultmur. Cəbhədə mövqe dəyişiklikləri çox cüzidir. Eyni zamanda, kollektiv Qərbin sanksiyaları ilə Rusiyanın iqtisadi nəfəsliyinin tam qapadılacağı mümkün görünmür - bu ölkə Avropada itirdiyi enerji satışı bazarını Asiyada, xüsusilə də Çində tapıb. Öz növbəsində enerji satışından daxilolmalar silah arsenalını genişləndirməyə imkan verir. Belə bir şəraitdə proseslərin Ukrayna üçün heç də yaxşı ssenari üzrə inkişaf etmədiyi nəzərə çarpır.
ABŞ-da həyəcan - Pentaqonun tükənən imkanları
Əks-hücum əməliyyatlarının gözlənilən səmərəni verməməsi ABŞ-da həyəcanla izlənilir. “Ukraynanın soyuq havalar başlamazdan əvvəl əks-hücum cəhdini davam etdirmək üçün altı-səkkiz həftəsi qalıb”. Bu sözləri Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. O, Konqresin Kiyevə yardım üçün tez vəsait ayırmasının vacibliyini vurğulayıb.
Ağ evdə yaşanan həyəcan təsadüfi deyil. Məsələ burasındadır ki, Pentaqonun büdcəsində Ukraynaya silah və digər təhlükəsizlik yardımları üçün cəmi 5,2 milyard dollar vəsaiti qalıb. Bu barədə “The Wall Street Journal” yazıb. Nəşrə görə, bu pul yalnız bir neçə aya yetə bilər. 5,2 milyard dollar müharibənin əvvəlindən bəri ABŞ-nin Ukraynaya göndərdiyi 43,9 milyard dollarlıq təhlükəsizlik yardımının təxminən 12 faizini təşkil edir.
WSJ bildirib ki, ABŞ-nin Ukrayna ordusunun modernləşdirilməsi və NATO ilə uyğunluğunun artırılmasını nəzərdə tutan uzunmüddətli proqram üçün istifadə etdiyi hesab boşdur. Bundan əlavə, Ukraynaya yardımdan sonra ABŞ-nin silah arsenalını doldurmaq üçün işlədilən hesab da təxminən 1,6 milyard dollara enib. Rəsmilərin sözlərinə görə, bu, Pentaqonun ehtiyacları üçün yetərincə deyil.
Polşa: Biz artıq Ukraynaya heç bir silah göndərmirik
Müharibənin əvvəlindən Polşa Ukraynaya ən fəal şəkildə dəstək göstərən ölkələrin sırasında olub. İndi isə bu ölkə mövqeyini dəyişib. Baş nazir Mateuş Moravietski ölkəsinin bundan sonra Ukraynaya silah göndərməyəcəyini bildirib. Bu barədə Polşanın “PAP” xəbər agentliyi məlumat yayıb.
Moravietskinin bəyanatı Varşavanın böyük miqdarda Ukrayna taxılına embarqo qoyması səbəbindən Ukrayna ilə münasibətlərin gərginləşdiyi bir vaxta təsadüf edib. Özəl televiziya kanalı “Polsat News”a danışan Moravietski ölkəsinin Ukraynadan taxıl idxalının Polşa bazarını məhv edəcəyi ilə barışa bilməyəcəyini söyləyib. Baş nazir Ukraynaya hərbi yardımın dayandırlımasının digər bir səbəbinə də aydınlıq gətirib. Orduya sərmayə sifarişlərini artırdıqlarını bildirən Moravietski, “Biz artıq Ukraynaya heç bir silah göndərmirik, çünki bundan sonra ən müasir silahlarla silahlanacağıq”,- deyə vurğulayıb.
Polşa hökuməti Ukraynaya silah tədarükünü dayandırmaqla ona ciddi zərbə vurub. Bu iddia ilə “Le Figaro” qəzeti çıxış edib. Nəşrin yazdığına görə, Prezident Anjey Duda və Baş nazir Mateuş Moravetskinin simasında Polşa rəhbərliyinin bəyanatı Ukrayna ilə onun ən yaxın müttəfiqi arasında fikir ayrılığını nümayiş etdirib. Varşava bununla Ukrayna Prezidentinin beynəlxalq mövqeyini zəiflədib. Bu, digər Avropa ölkələri tərəfindən də Kiyevə yardım axınının azalması riski yaradır.
Macarıstan: Ukrayna üçün maliyyə paketi azaldılsın
Macarıstan Aİ-nin Ukraynaya ayırdığı maliyyə paketini 50 milyard avrodan 25 milyard avroya endirməyi təklif edib. Bloombergin məlumatına görə, Macarıstan əlavə 25 milyard avro ödəmənin 2024-2027-ci illər ödəniş dövrünün ortasında yenidən qiymətləndirilə biləcəyini söyləyib. Təklif ABŞ qanunvericilərinin sentyabrın 30-da qəbul edilən hökumətin xərclər haqqında qanun layihəsindən Ukraynaya yardımı çıxarmaq qərarından sonra Kiyevə beynəlxalq dəstəyin zəifləyəcəyi ilə bağlı narahatlıqları artırır.
Aİ maliyyə vəsaitlərini buraxmazdan əvvəl 27 üzv ölkənin hamısının yekdil razılığını tələb edir və Macarıstan sanksiyalara qarşı çıxaraq dəfələrlə vəsaitin sərbəst buraxılmasının qarşısını alıb. Qeyd edək ki, Macarıstanın baş naziri Viktor Orban Ukraynanı etnik macar azlıqların hüquqlarını pozmaqda ittiham edib.
Xəbər lenti
Hamısına baxHadisə
24 May 20:09
Sosial
24 May 19:20
Xəbər lenti
24 May 18:35
Dünya
24 May 17:22
Dünya
24 May 16:43
Dünya
24 May 15:30
Sosial
24 May 14:17
İdman
24 May 13:24
Xəbər lenti
24 May 12:21
Dünya
24 May 11:32
Dünya
24 May 10:19
Dünya
24 May 09:25
Siyasət
24 May 08:54
Elm
24 May 07:54
Siyasət
23 May 23:07
Dünya
23 May 22:24
Dünya
23 May 21:38
Maraqlı
23 May 20:17
Maraqlı
23 May 19:25
Dünya
23 May 19:07
Dünya
23 May 18:41
Dünya
23 May 18:16
Dünya
23 May 17:19
Dünya
23 May 16:30
Analitik
23 May 16:19
Analitik
23 May 16:17
Mədəniyyət
23 May 15:45
Siyasət
23 May 15:23
Dünya
23 May 14:37
Xəbər lenti
23 May 14:10
Dünya
23 May 13:52
İdman
23 May 13:49
Gündəm
23 May 13:20
Gündəm
23 May 12:58
Gündəm
23 May 12:32
Gündəm
23 May 12:25
Gündəm
23 May 11:50
MEDİA
23 May 11:34
Gündəm
23 May 11:17
İqtisadiyyat
23 May 10:59
İqtisadiyyat
23 May 10:35
Gündəm
23 May 10:12
Analitik
23 May 09:55
Analitik
23 May 09:31
Sosial
23 May 09:16
Ədəbiyyat
23 May 08:50
Ədəbiyyat
23 May 08:34
Dünya
23 May 08:03
İdman
23 May 07:55
Siyasət
23 May 07:55
Siyasət
23 May 07:54
Dünya
22 May 23:42
Sosial
22 May 23:35
Dünya
22 May 23:21
Dünya
22 May 22:49
Dünya
22 May 22:30
Dünya
22 May 22:16
Dünya
22 May 21:58
Dünya
22 May 21:25
İqtisadiyyat
22 May 21:13
Dünya
22 May 20:43
Dünya
22 May 20:31
Dünya
22 May 20:19
Dünya
22 May 19:50
Xəbər lenti
22 May 19:22
İdman
22 May 19:10
Xəbər lenti
22 May 18:19
Siyasət
22 May 18:19
Xəbər lenti
22 May 18:18
Elm
22 May 17:53

