G20 G21-ə çevrildi
12.09.2023 [11:10]
Növbəti sammit Braziliyada keçiriləcək
9-10 sentyabr tarixlərində Hindistanın Yeni Dehli şəhərində “Bir dünya, bir ailə, bir gələcək” mövzusunda “Böyük İyirmilik” (G20) sammiti keçirilib. Sammitdə bir sıra qlobal məsələlər, o cümlədən iqlim dəyişikliyi, Ukraynadakı
müharibə, beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. Həmçinin Afrika İttifaqının G20-nin daimi üzvü olması məsələsinə baxılıb. Ümumilikdə, Hindistanda keçirilən sammit təşkilatın tarixində ən çətin sammitlərindən biri
kimi qiymətləndirilir. Çünki yekun bəyannamənin razılaşdırılması təxminən iyirmi gün davam edib.
Ukrayna müharibəsinə “yumşaq” yanaşma
Sammitdə G20 ölkələri yekun sənəddə Ukrayna xalqının müharibədən əziyyət çəkdiyini vurğulayıblar. Lakin keçən il Balidə keçirilən sammitlə müqayisədə müharibəyə görə Rusiya tənqid olunmayıb. Belə ki, ötən il keçirilən sammit zamanı qəbul edilən bəyannamədə Rusiya müharibəyə görə qınanılır və rus qoşunlarının Ukraynadan çıxarılması tələb olunurdu. Bu dəfə isə liderlər sənəddə Ukrayna ilə bağlı belə bir cümlənin qəbuluna razılaşıblar: “G20-nin liderləri BMT Nizamnaməsinə riayət etməyə və nüvə silahının tətbiq edilməsindən çəkinməyə çağırış edib”. “The Times of India” qəzetinin yazdığına görə, Ukrayna ilə bağlı ifadəni razılaşdırmaq üçün görüş iştirakçılarına 150 saat vaxt lazım olub.
Ekspetlər G20 ölkələrinin daha yumşaq ifadələrdən istifadə etməsini Rusiyanın tərəfdaşlarının mövqeyi ilə bağlı olduğunu düşünür. Əks halda, BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) ölkələri sərt ifadələrə imkan verməyəcəkdi. Təsadüfi deyil ki, Braziliya Prezidenti Luiz İnasio Lula da Silva sammitdə çıxışı zamanı deyib ki, geosiyasi ziddiyyətlər və problemlər İyirmilik Qrupunun (G20) işinə mane olmaq üçün bəhanə kimi istifadə edilməməlidir. “Biz geosiyasi problemlərin G20-nin müxtəlif səlahiyyətli orqanlarının gündəmini əvəz etməsinə icazə verə bilmərik. Biz G20-nin bölünməsində maraqlı deyilik. Yalnız birgə fəaliyyətlə günümüzün çağırışlarına cavab verə bilərik”, - deyə o qeyd edib.
Afrika İttifaqı G20-yə üzv oldu
Sammit zamanı 55 ölkədən ibarət Afrika İttifaqı G20-nin daimi üzvü seçilib. İndiyə qədər Afrikadan yalnız CAR təşkilatın daimi üzvü idi. Afrika İttifaqının təşkilata daxil olması G7 ölkələrinin uzun müddətdir dominant rol oynadığı G20-də Qlobal Cənub Ölkələrinin mövqeyini daha da gücləndirəcək. Siyasi şərhçilər bu faktı Çin və Rusiyanın BRİCS təşkilatını genişləndirməklə G20-yə alternativ yaratmaq cəhdinə cavab olduğunu bildirirlər.
“Bir kəmər, bir yol” layihəsinə alternativ?
Zirvə görüşündə ABŞ, Hindistan və Səudiyyə Ərəbistanı liderləri Yaxın Şərq, Cənubi Asiya və Avropa arasında dəmir yolu və liman əlaqələri qurmaq planlarını açıqlayıblar. ABŞ prezidenti Co Bayden bunun “əsl böyük bir iş” olduğunu söyləyib. Bır sıra ekspertlər hesab edirlər ki, Bayden administrasiyası Vaşinqtonu G20 qrupunda inkişaf etməkdə olan ölkələr üçün alternativ tərəfdaş və sərmayəçi kimi təqdim etməklə Çinin “Bir kəmər və bir yol” təşəbbüsünə qarşı mübarizə aparmağa çalışır.
İtaliya da Hindistan, Yaxın Şərq və Avropanı birləşdirəcək yeni iqtisadi və infrastruktur dəhlizi layihəsində aparıcı rol oynamaq niyyətindədir. İtaliyanın Baş naziri Ciorcia Meloni yeni imkanlar və rifah yaratmaq yanaşması ilə reallaşdırılması nəzərdə tutulan yeni iqtisadi dəhlizin qlobal əlaqələri gücləndirəcəyini, İtaliya iqtisadiyyatının inkişafına səbəb olacağını və ölkəsinin bu istiqamətdə öz töhfəsini verməyə hazır olduğunu bildirib. Baş nazir İtaliyanın aşağı və orta gəlirli ölkələrdə daha yaxşı gələcək və infrastruktur qurmaq istədiyini, İtaliya şirkətlərinin dənizçilik və dəmir yolu sektorlarında böyük təcrübəsi olduğunu, iqtisadi dəhlizin biznes sektorunda qarşılıqlı fayda üçün böyük potensial yaradacağını qeyd edib. O vurğulayıb ki, ölkəsi Aralıq dənizi ilə Hind-Sakit okeanları arasında enerji və rəqəmsal əlaqələr daxil olmaqla, Afrika və Körfəz arasında “körpü”lərin qurulmasına töhfə vermək istəyir.
“Biz Avropa İttifaqının dəstəklədiyi, İtaliya və Tunisi birləşdirəcək elektrik enerjisinin ötürülməsi layihəsini həyata keçiririk. Həmçinin enerji sektorunda, xüsusilə də, Yaxın Şərqdə istehsal olunan yaşıl hidrogenin Aralıq dənizinə nəqlində birgə fəaliyyət göstərə bilərik”, - deyə Baş nazir bildirib.
Lakin Yaxın Şərqdə dəmir yolu xətlərinin çəkilməsini və sonra onları liman vasitəsilə Hindistana birləşdirməyi nəzərdə tutan layihənin kim tərəfindən maliyyələşdiriləcəyi və ya vaxt çərçivəsi haqqında heç bir məlumat verilməyib.
İqlim dəyişmələri ilə birgə mübarizə
G20 liderləri 2030-cu ilə qədər qlobal miqyasda bərpa olunan enerji potensialını üç dəfə artırmaq və kömür enerjisini mərhələli şəkildə azaltmaq zərurəti barədə razılığa gəliblər. Lakin əsas iqlim hədəfləri müəyyən edilməyib.
Ölkələr bərpa olunan enerji mənbələrinin artırılması hədəfinə nail olmaq məqsədilə mövcud siyasət və hədəflərə dəyişiklik etmək üçün heç bir plan təqdim etməyib. Təşkilat, həmçinin yaşıl enerjiyə keçidi maliyyələşdirmək üçün ildə 4 trilyon dollara ehtiyac olacağını bildirib, amma bunun üçün fəaliyyət planı açıqlanmayıb.
Türkiyə Prezidentindən Qarabağ açıqlaması
G20 liderlərinin sammiti çərçivəsində baş tutan ikitərəfli görüşlər zamanı Ermənistan-Azərbaycan gərginliyi də müzakirə edilib. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü zamanı Ermənistan və Azərbaycan arasındakı mövcud vəziyyət də gündəmə gətirilib. Ərdoğan keçirdiyi mətbuat konfransında Ermənistan baş naziri Nikol Paşinyanla da telefonla danışacağını deyib. O bildirib ki, ermənilərin Qarabağda atdığı addımlar, yəni qondarma “seçkilər” qəbuledilməzdir: “Bunu Avrupa İttifaqı ölkələri də bunu qəbul etmir. Şarl Mişellə görüşümüz zamanı da onun buna mənfi yanaşdığını gördüm. Telefon danışdığım zamanı Paşinyana da xəbərdarlıq edəcəm, belə bir “seçkinin” qəbul edilə bilməyəcəyini nəzərə çatdıracam. İndiyədək danışıqlar apardığımız dost Qərb ölkələri bu seçkiləri qəbul etmir”.
Qeyd edək ki, sammitin yekun bəyannaməsi qəbul olunub. Hindistan təşkilata sədrliyi Braziliyaya təhvil verib. Növbəti sammit də gələn il bu ölkədə keçiriləcək.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxHadisə
26 Sentyabr 23:29
MEDİA
26 Sentyabr 22:46
Sosial
26 Sentyabr 21:16
Maraqlı
26 Sentyabr 20:46
YAP xəbərləri
26 Sentyabr 20:25
Dünya
26 Sentyabr 19:20
Dünya
26 Sentyabr 18:35
Gündəm
26 Sentyabr 18:31
Gündəm
26 Sentyabr 17:44
Dünya
26 Sentyabr 17:24
Gündəm
26 Sentyabr 16:20
Dünya
26 Sentyabr 16:19
Dünya
26 Sentyabr 15:32
Dünya
26 Sentyabr 15:10
Dünya
26 Sentyabr 14:45
Dünya
26 Sentyabr 14:17
Dünya
26 Sentyabr 13:59
Dünya
26 Sentyabr 13:25
Sosial
26 Sentyabr 12:44
Siyasət
26 Sentyabr 12:42
İqtisadiyyat
26 Sentyabr 12:40
Gündəm
26 Sentyabr 12:35
Gündəm
26 Sentyabr 12:13
Gündəm
26 Sentyabr 12:11
İqtisadiyyat
26 Sentyabr 11:45
Gündəm
26 Sentyabr 11:19
Analitik
26 Sentyabr 10:57
Xəbər lenti
26 Sentyabr 10:49
Xəbər lenti
26 Sentyabr 10:44
Siyasət
26 Sentyabr 10:22
Analitik
26 Sentyabr 09:41
Analitik
26 Sentyabr 09:17
Gündəm
26 Sentyabr 09:03
Ədəbiyyat
26 Sentyabr 08:51
Ədəbiyyat
26 Sentyabr 08:33
Gündəm
26 Sentyabr 08:14
Sosial
26 Sentyabr 07:45
Siyasət
26 Sentyabr 07:24
Siyasət
26 Sentyabr 07:23
Siyasət
25 Sentyabr 23:26
Siyasət
25 Sentyabr 23:25
Dünya
25 Sentyabr 23:18
Siyasət
25 Sentyabr 22:24
Dünya
25 Sentyabr 22:15
Dünya
25 Sentyabr 21:33
Siyasət
25 Sentyabr 21:25
Dünya
25 Sentyabr 20:17
Siyasət
25 Sentyabr 19:47
YAP xəbərləri
25 Sentyabr 19:37
Dünya
25 Sentyabr 19:20
Siyasət
25 Sentyabr 18:57
YAP xəbərləri
25 Sentyabr 18:30
YAP xəbərləri
25 Sentyabr 17:26
YAP xəbərləri
25 Sentyabr 16:24
YAP xəbərləri
25 Sentyabr 16:20
Siyasət
25 Sentyabr 15:29
YAP xəbərləri
25 Sentyabr 15:23
YAP xəbərləri
25 Sentyabr 15:13
YAP xəbərləri
25 Sentyabr 15:12
YAP xəbərləri
25 Sentyabr 15:07
YAP xəbərləri
25 Sentyabr 14:58
YAP xəbərləri
25 Sentyabr 14:44
YAP xəbərləri
25 Sentyabr 14:26
YAP xəbərləri
25 Sentyabr 13:24
İqtisadiyyat
25 Sentyabr 13:12
YAP xəbərləri
25 Sentyabr 13:08
Gündəm
25 Sentyabr 12:53
YAP xəbərləri
25 Sentyabr 12:36
Gündəm
25 Sentyabr 12:35
Gündəm
25 Sentyabr 12:18

